Saytımıza xoş gəldiniz!

  Ana səhifə
  Məcəllə

Azərbaycan Respublikasının Seçki Məcəlləsi

VI BÖLMƏ
AZƏRBAYCAN RESPUBLKİKASI PREZİDENTİNİN SEÇKİLƏRİ

FƏSİL

Maddə 203. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi

Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması

Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə

Maddə 206. Təkrar Prezident seçkiləri

Maddə 207. Növbədənkənar Prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi

Maddə 208. Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması
--------------------------------------------------------------------------------
Maddə 203. Prezident seçkilərinin nəticələrinin müəyyən edilməsi

203.1. Mərkəzi Seçki Komissiyası səsvermə günündən başlayaraq 14 gündən gec olmayan müddətdə Prezident seçkilərinə yekun vurur və nəticələri təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə təqdim edir.Konstitusiya Məhkəməsinin bu haqda qərarı qətidir.
203.2. Mərkəzi Seçki Komissiyasının protokoluna dairə seçki komissiyalarının məlumatlarını əks etdirən ümumi cədvəl əlavə edilir.
203.3. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyalarından daxil olmuş səsvermənin nəticələri haqqında protokollar əsasında bu Məcəllənin 108-ci maddəsində göstərilənlərə əlavə olaraq, səsvermənin keçirilməsi zamanı və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntularının seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədiyi seçki dairələrinin sayını, səsvermənin nəticələri etibarsız sayılmış seçki məntəqələrinin sayını, hər bir prezidentliyə namizədin lehinə verilmiş səslərin sayını müəyyən edir.
203.4. Konstitusiyasının 101-ci maddəsinin II hissəsinə əsasən, prezidentliyə namizədə səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu səs verdikdə, o, Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.
203.5. Prezident seçkilərinin nəticələri haqqında protokol imzalandıqdan sonra 24 saat müddətində dərc edilir.

Maddə 204. Prezident seçkilərinin nəticələrinin etibarsız sayılması

204.1. Mərkəzi Seçki Komissiyası aşağıdakı hallarda Prezident seçkilərinin nəticələrini etibarsız sayır:
204.1.1. seçki məntəqələrinin 2//5 hissəsindən çoxunda səsvermənin nəticələri etibarsız sayıldıqda;
204.1.2. məhkəmənin qərarı əsasında.

Maddə 205. Prezident seçkiləri zamanı təkrar səsvermə

205.1. Seçki bülleteninə prezidentliyə namizəd kimi ikidən çox şəxs daxil edilibsə və onlardan heç biri seçilməyibsə, Mərkəzi Seçki Komissiyası seçkilərdə daha çox səs toplamış iki namizəd üzrə təkrar səsvermə təyin edir.
205.2. Konstitusiyanın 101-ci maddəsinin III hissəsinə uyğun olaraq təkrar səsvermə ümumi seçkilərdə səsvermə günündən sonra ikinci bazar günü keçirilir.
205.3. Təkrar səsvermə keçirilməsi haqqında məlumat Mərkəzi Seçki Komissiyası müvafiq qərar qəbul etdikdən sonra ən geci 2 gün müddətində kütləvi informasiya vasitələrində dərc olunur.
205.4. Konstitusiyanın 101-ci maddəsinin IY hissəsinə uyğun olaraq təkrar səsvermədə seçkilərdə iştirak edən seçicilərin çoxunun səsini toplayan namizəd Azərbaycan Respublikasının Prezidenti seçilmiş sayılır.

Maddə 206. Təkrar Prezident seçkiləri

Prezident seçkilərinin nəticələri Konstitusiya Məhkəməsi tərəfindən etibarsız hesab edilərsə və Azərbaycan Respublikasının Prezidenti seçilməzsə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə təkrar Prezident seçkiləri təyin edilir.

Maddə 207. Növbədənkənar Prezident seçkiləri zamanı seçki hərəkətlərinin həyata keçirilməsi

Növbədənkənar Prezident seçkiləri keçirilərsə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında qərarla birlikdə Konstitusiyanın 105-ci maddəsinin I hissəsində göstərilən müddətə zəruri olan seçki hərəkətlərinin həyata keçirilməsi müddətlərini müəyyən edir və cədvəl şəklində dərc edir. Bu məqsədlə bu Məcəllədə nəzərdə tutulan müddətlər ən çoxu 2 dəfə azaldıla bilər.

Maddə 208. Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması

Prezident seçkilərinin yekunlarının və səsvermənin nəticələrinin dərc olunması qaydaları bu Məcəllənin 109-cu maddəsi ilə müəyyən edilir.

Maddə 209. Prezidentin öz vəzifəsinə başlaması

209.1.Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, Prezident seçilmiş şəxs Prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən rəsmi elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir.
209.2. And içdiyi gündən Azərbaycan Respublikasının Prezidenti müəyyən edilmiş minimum əmək haqqının 3.000 mislində aylıq əmək haqqı alır.
209.3. Fəaliyyətdə olan Azərbaycan Respublikasının Prezidenti öz vəzifələrini yeni seçilmiş Azərbaycan Respublikası Prezidentinin öz vəzifəsinə başlamasına kimi həyata keçirir.

Powered by : PREMIER GROUPS
Design By WWW.SECKİ.İNFO
top.SUMQAYIT