Saytımıza xoş gəldiniz!
 
Əsas menyu
Əsas səhifə
Xəbər arxivi
Bloklar
Namizədlər
Nəticələr
Qanunvericilik
Təbliğat
Forum
Prezident-2003
Xidmətlər

Sayt haqqında
web: http://www.secki.info
e-mail: office@secki.info

Statistika



Nəticələr : SON XƏBƏRLƏR
1.12.05 23:31 (1368 dəfə oxunub)
<b>Səsvermənin son statistikasını kompyuterinizə yükləyə bilərsiniz:</b>

Excel faylı (son) - <a href="http://secki.info/sesverme.xls">yüklə</a>

Adobe PDF faylı (son) - <a href="http://secki.info/sesverme.pdf">yüklə</a>

22:30 Vidadi Mahmudovun başçılıq etdiyi MSK-nın 5 üzvünün təşəbbüsü ilə MSK-nın fövqaladə iclası keçirilib. Səbəb isə bəzi dairələrdə qanun pozuntularının kütləvilik alması olub. MSK sədri Məzahir Pənahov iclas keçirmək qərarını qəbul edib, beləki təlimata görə 5 üzv təşəbbüs göstərərək iclas çağıra bilər.
Qeyd edək, hər hansı bir dairədə seçkinin nəticələrini ləğv etmək üçün 15 üzvdən 6-nın razılığı lazımdır.
İclas çağıran 5-lik MSK sədrinə 20 dairə üzrə seçkilərin nəticələrinin ləğv edilməsi barədə müraciət edib və bu barədə Respublika Prezidentinə də müraciət yollanib. Məzahir Pənahov 5-liyin müraciəti ilə razılaşıb.

20:10 MDB müşahidə missiyasının rəhbəri Vladimir Ruşaylo da seçki prosesinin gedişi barədə fikirlərini açıqlayıb. "Biz bütün 125 dairədə müşahidə aparırıq. Hələlik seçkilər sakit gedir. Əhalinin aktivliyi çox yüksəkdir. Kənd yerlərində bu aktivlik daha çox gözə dəyir , ancaq ayrı-ayrı şikayətlər də var. Biz gün ərzində bu şikayətləri araşdıracağıq. Bununla bağlı hüquq-mühafizə orqanlarına və Mərkəzi Seçki Komissiyasına sorğu göndərmişik. Sorğularımızın və müşahidələrimizin nəticələri ilə bağlı sabah keçirəcəyimiz mətbuat konfransında geniş məlumat verəcəyik."

19:30 Azadlıq bloku səsvermə zamanı çoxsaylı qanun pozuntularının olmasına dair məlumatla çıxış edib. Blokun seçki qərərgahının bu gün saat 14-də keçirdiyi mətbuat konfransında bildirilib ki, günorta saatlarına kimi onların müşahidəçiləri və komissiya üzvləri 98 seçki dairəsində bir çox pozuntu qeydə alıb. 25 növdə olan qanun pozuntusu faktlarının hamısı aktlaşdırılıb. Eyni zamanda bildirilib ki, onlar seçkilərin nəticələrini tanımaya bilər.

19:20 London Demokratiya İnstitutunun direktoru xanım Reyçl Erinpeld AzərTAc-ın müxbirinə demişdir ki, rəhbərlik etdiyi müşahidəçi qrupu Bakının bir çox rayonlarında seçkilərin gedişini izləmişdir. Ciddi qanun pozuntusu ilə qarşılaşmamışıq. İnsanların seçkilərdəki fəallığı yüksəkdir. Adlarını seçici siyahılarında tapa bilməyənlərin tezliklə öz hüquqlarının bərpası istiqamətində atdığı addımlar bizdə müsbət təəssüratlar yaratmışdır. Rastlaşdığımız bəzi şikayətlər bizi o qədər də heyrətləndirmədi. Çünki bu problemlər yerindəcə, operativ həll olunurdu. Deyə bilərəm ki, seçkilər azad, demokratik və şəffaf keçirildi.

19:00

SEÇKİLƏR BAŞA ÇATMIŞDIR


18:20 “Seçkilər” İnformasiya Mərkəzində seçkilərin gedişi ilə bağlı saat 18:00-da növbəti mətbuat konfransı keçirilmişdir. Mərkəzin direktoru İqbal Babayev bildirmişdir ki, saat 17:00-a olan məlumata görə, 5 min 137 məntəqədə siyahıda olan 4,66 milyon seçicidən 1,85 milyon nəfəri, yəni 39,61 faizi səs vermişdir.

17:50 Türkiyə Böyük Millət Məclisinin 19 deputatı ölkəmizdə keçirilən parlament seçkilərini müşahidə edir. Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Haluk İpək demişdir ki, müşahidə etdiyimiz məntəqələrdəki seçici fəallığı bizi razı saldı. Hiss olunur ki, ölkə bu seçkiyə daha yaxşı hazırlaşıb. Respublikanın seçki praktikasında ilk dəfə tətbiq olunan barmaqların boyanması, exit-poll da bu mühüm siyasi kampaniyanın şəffaf və ədalətli keçirilməsinə kömək edəcəkdir. Polis də gözə görünmürdü, qutular şəffafdır. Hələlik tərəfimizdən seçki pozuntusu qeydə alınmayıb. Yekun rəyimizi isə seçkilər başa çatandan sonra bildirəcəyik.

17:30 ATƏT nümayəndəsi İvar Magne Bakıdakı 18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 və 5 saylı məntəqəsində müşahidə apararkən AzərTAc-ın müxbirinə demişdir ki, seçkilər sakit şəraitdə keçir. Lakin bəzi məntəqələrin yerləşdikləri sahə kiçik olduğundan fəallıq göstərən seçicilər üçün darısqallıq edirdi.

17:20 MDB-nin müşahidəçilər missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədri - icraçı katibi Vladimir Ruşaylo Bakının 29 saylı Səbail seçki dairəsindəki 6 saylı məntəqədə Azərbaycan parlamentinə seçkiləri müşahidə etmişdir. O, burada jurnalistlərin çoxsaylı suallarını cavablandıraraq demişdir ki, Milli Məclisə bu gün keçirilən seçkiləri beynəlxalq təşkilatlar, dünyanın ən inkişaf etmiş dövlətləri və kütləvi informasiya vasitələri çox böyük maraqla izləyir. Bizim əsas məqsədimiz seçkilərə obyektiv qiymət vermək, onun yerli qanunvericiliyə uyğun olub-olmaması barədə rəylərimizi bildirməkdir. Azərbaycanda həm deputatlığa namizədlərin, həm də müşahidəçilərin sayının kifayət qədər çox olması bu marağın təzahürüdür. Biz inanırıq ki, bu seçkilər ədalətli, şəffaf və demokratik keçiriləcəkdir. Bizim prosesin əvvəlindən apardığımız müşahidələr də onu göstərir. Yekun rəyimizi isə seçkilər başa çatandan sonra bildirəcəyik.

17:00 29-cu Səbail seçki dairəsində (day.az) seçkilərin saxtalaşdırılması davam edir. Dairə məntəqələrinə əllərində naməlum vərəqələr olan əsgər dəstələri (400 nəfərdən çox) gətirilmişdir. Bu ərazidə əsgərlərin səs verməsi üçün cəmi 2 məntəqənin ayrılmasına baxmayaraq, onlar bütün məntəqələrə bölünərək çox güman ki, nəticələri saxtalaşdırmaqla məşğul olurlar.

16:30 ABŞ səfirliyi Rəsul Quliyevin namizədliyi irəli sürülən seçki dairəsindəki səsvermə prosesini diqqətlə izləyir. Səfir Rino Harniş bildirmişdir ki, biz axşama bu dairədəki səsvermənin nəticələrini dəqiq biləcəyik.
"Rəsul Quliyev ABŞ-da 9 il yaşamışdır. Biz başa düşürük ki, əgər o Bakıya qayıtsa, onu həbs gözləyir. Amma biz bu dairədə ədalətli seçkilərin olmasına inanırıq. Ümumiyyətlə səfirlikdən 40 qrup müşahidəçi ayrı-ayrı dairələrdə səsverməni izləyir."

16:10 AzərTAc xəbər verir ki, “Seçkilər” İnformasiya Mərkəzində seçkilərin gedişi ilə bağlı saat 16-da növbəti mətbuat konfransı keçirilmişdir. Mərkəzin direktoru İqbal Babayev bildirmişdir ki, saat 15.00-a olan məlumata görə, 5 min 137 məntəqədə siyahıda olan 4 milyon 600 min seçicidən 1 milyon 496 min 113 nəfəri, yəni 32,08 faizi səs vermişdir. Respublika üzrə ən yüksək fəallıq 6 saylı Culfa-Babək seçki dairəsində (49,3 faizdən çox), Bakı şəhəri üzrə isə 14 saylı Əzizbəyov seçki dairəsində (45 faizə yaxın) qeydə alınmışdır.

16:00 “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev qanun pozuntularının olmadığını bildirmişdir. "Seçicilər aktivlik nümayiş etdirilər. Nə xarici, nə də yerli müşahidəçilərdən ciddi qanun pozuntuları barədə şikayət daxil olmamışdır".
Lakin aldığımız məlumatlara görə (day.az) 30-cu dairədən namizəd olan Vurğun Əyyub məntəqələrə gələrək, seçiciləri ona səs vərməyə çağırmışdır. 29-cu Səbail seki dairəsində isə Fuad Muradovun təbliğatı bir-başa məntəqələrdə aparılır.

15:00 PA Consulting şirkətinin İnformasiya Mərkəzinə ilkin məlumatların 20 %-i daxil olub. Bu barədə "Trend" agentliyinə şirkətin vitse-prezidenti Tom Uayt xəbər verib.
O qeyd etmişdir ki, şirkətin 3000-dən çoz əməkdaşı Seçki dairələrinin yarısinda səsverməni izləyirlər. 80 operator (onlardan 30 nəfəri bilavasitə şirkətin İnformasiya Mərkəzindədir) səsvermənin nəticələrini on-line rejimində qəbul edir. Bu nəticələr sonra faksla təsdiq edilir. Lakin səsvermənin konkret nəticələri saat 18:00-dan sonra məlum olacaqdır.

14:10 “Seçkilər” İnformasiya Mərkəzinin direktoru İqbal Babayev AzərTAc-ın müxbirinə bildirmişdir ki, saat 12-yə Naxçıvan Muxtar Respublikasındakı 7 seçki dairəsində və ölkənin digər şəhər və rayonlarındakı 40-a yaxın seçki dairələrində seçicilərin fəallıq göstəricisi 20 faizi aşmışdır.

13:10

MSK-nın "Seçkilər" İnformasiya Mərkəzinin rəhbəri İqbal Babayevin verdiyi məlumata görə seçicilərin aktivliyi saat 12:00 üçün artıq 18,34 %-i keçmişdir. Ən yüksək aktivlik Naxçıvan MR üzrə ümumi və 14-cü Əzizbəyov dairəsindədir (xatırladaq ki, buradan deputatlığa namizəd ölkənin birinci xanımı Mehriban Əliyevadır).

<b>ABŞ-ın Azərbaycandakı səfiri Rino Harniş seçki məntəqələrində olub</b>

ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Rino Harniş və onun xanımı Lezli Harniş artıq 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 22 saylı məntəqəsində və 20 saylı Nərimanov 2-ci DSK-nın 13 saylı məntəqəsində olublar.
Səfir və onun xanımı məntəqə sədri və onun üzvlərindən vəzifələri barədə məlumat verməyi soruşub.
20 saylı Nərimanov 2-ci DSK-nın 13 saylı məntəqəsində olan 9 müşahidəçilər pozuntuların aşkarlanmadığını bildiriblər. Sadəcə, başqasının əvəzinə səs verilmək istəyində olan şəxs olub ki, buna da imkan verilməyib. Saat 12.00-a olan məlumata görə, artıq həmin məntəqədə 1256 seçicidən 180-i səsvermədə iştirak edib. 19 saylı Nərimanov 1-ci seçki dairəsinin 22 saylı məntəqəsində olan səfir və onun xanımı 36 yerli müşahidəçi ilə görüşüb. “Yeni Siyasət” blokunun təmsilçisi mürəkkəblə bağlı prosesi yaxından izləməyə imkan verilmədiyi barədə məlumat verib. Bu məntəqədə 2 nəfərin məhkəmə yolu ilə adının seçici siyahısına salındığı aşkarlanıb. Bir qadın seçicinin isə səsvermədən sonra namizəd Əli Əhmədovun xeyrinə təbliğat apardığı müəyyənləşib. Həmin məntəqədə artıq 1397 seçicidən 268-i səsvermədə iştirak edib.

<b>Şimal bölgəsinə beynəlxalq müşahidəçilərin diqqəti daha çoxdur</b>

Xaçmazda seçki başlanandan saat yarım sonra qanun pozuntuları haqqında məlumat daxil olmağa başlayıb.
Xaçmaz Regional Seçki İnformasiya Mərkəzindən APA-nın yerli bürosuna bildirilib ki, 55 saylı Xaçmaz seçki dairəsinə daxil olan 5 saylı məntəqədə deputatlığa aparıcı namizədlərdən birinin seçicilərini İH başçısının birinci müavini Akif Mərdanovun göstərişi ilə səsverməyə buraxmırlar.
Xaçmaz şəhəri 4 saylı məktəbdə yerləşən məntəqədə də seçkiyə müdaxilə olub. Burada da İH işçiləri səsvermə prosesinə müdaxilə ediblər və bu proses deputatlığa namizədin vəkilləri tərəfindən video lentə alınıb. Regional Seçki İnformasiya Mərkəzindən onu da bildirdilər ki, baş verənlər ATƏT-in bölgədəki uzunmüddətli müşahidəçilərinə çatdırılıb.
56 saylı Xaçmaz kənd seçki dairəsindən Müsavat Partiyasının Xaçmaz rayon şöbəsinin sədri Ramazan Əliyev də prosesə müdaxilə olunduğunu deyib. Digər məntəqələrdə isə
vəziyyət normaldır, seçki prosesi davam edir. Bölgədə hazırda ATƏT-in, MDB-nin və digər ölkələrin qısamüddətli müşahidəçiləri seçki prosesini izləyirlər. Bölgədə ABŞ-ın Mitovski İnternətional və Edisson Reserc, PA Konsaltinq Qroup təşkilatları, Estoniyanın SAAR və digər yerli təşkilatlar da exit-poll keçirir. Şəhər mərkəzində yerləşən məntəqələrdə təxminən 20 metr aralıda exit-pollçuların əhalidən sorğu apardığını görmək mümkündür.

<b>99 saylı Şəmkir Kənd Seçki Dairəsindən 6 deputatlığa namizəddən 5-i namizədliyini geri götürməyə hazırlaşır</b>

APA-nın Şəmkirə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə,buna səbəb namizədlərin müşahidəçilərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və MSK-da akkreditə olunmuş jurnalistlərin seçki məntəqələrinə buraxılmamasıdır.
Deputatlığa namizədlər Məzahir Məmmədov və Şahin Nəcəfov APA-ya bildiriblər ki, rayonun bütün bələdiyyə sədrləri və icra nümayəndələri, idarə və müəssisə rəhbərləri məntəqələrdədirlər: “Mübarizə nəticəsizdir. Ona görə də namizədliyimizi geri götürmək barədə düşünürük. Artıq beynəlxalq təşkilatları çağırmışıq”

<b>Saat 10.30-a olan məlumata görə, respublika üzrə 231.355 nəfər səs verib ki, bu da ümumi seçicilərin 4,96%-i deməkdir</b>

APA-nın “Seçkilər” İnformasiya Mərkəzində olan əməkdaşı bildirib ki, ən yüksək seçici fəallığı 1 saylı Şərur-Sədərək Seçki Dairəsində qeydə alınıb.

<b>Exit-poll keçirənlər hələlik seçkidən razıdırlar</b>

Nərimanov rayon 20 saylı 2-ci seçki dairəsinin 18 saylı məntəqənin sədri Gəray Quliyevin sözlərinə görə, saat 10.00 -a olan məlumata görə, 60-dan çox insan səs verib.

Seçkiləri 29 nəfər yerli və xarici müşahidəçi izləyir.

Bu məntəqədə,”Mitofiski İnternational”in iki əməkdaşı exit-poll keçirir. Onlar indiyə qədər hər şeyin normal olduğunu bildiriblər.

<b>110 saylı Zaqatala Seçki Dairəsinin 12 saylı seçki məntəqəsində insident baş verib</b>

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, məntəqənin sədri Güldənə Zeynalova seçicilərə konkret namizədə səs vermək barədə göstəriş verib.

Bu isə müşahidəçilərin narazılığına səbəb olub. Xırda qarşıdurma yaransa da, problem sonradan yoluna qoyulub. Məntəqədə olan beynəlxalq müşahidəçilər məsələni diqqətdə saxlayacaqlarını bildiriblər. 110 sayı DSK-dan APA-nın əməkdaşına bildirib ki, məntəqədə baş verənlər araşdırılacaq, lazımi tədbirlər görüləcək.

<b>Ağdamda artıq seçki başlasa da, yağışlı hava şəraiti səsvermənin hələ ki kütləvi keçməsinə imkan vermir</b>

APA-nın Qarabağ bürosunun məlumatına görə, 12 və 33 saylı məntəqələrində hələ ki 10-15 nəfər səs verib.

Ağdamın Xıdırıstan kəndində yerləşən N saylı hərbi hissədə də müxbiriniz seçki prosesini izləyib. Hələlik heç bir qanun pozuntusu qeydə alınmayıb. Seçki prosesini izləmək üçün heç bir beynəlxalq müşahidəçi hələ məntəqələrə gəlməyib.
 
 
Əlavə linklər
Bölümün ən çox oxunan xəbəri:
· EXIT-POLL-un nəticələri

Bölümün son xəbəri:
· Əvvəlki parlamentin 52 üzvü yenidən deputat seçilə bilib

Çap versiyası  Məqaləni dostuna göndər