| 13.12.05 13:59 (714 dəfə oxunub)
Müsavat Partiyası Mərkəzi Seçki Komissiyasına (MSK) nümayəndə göndərməməklə bağlı qərarında dəyişiklik edib. Partiya başqanının müavini Arif Hacılının APA-ya verdiyi açıqlamaya görə, Müsavat artıq nəinki MSK-da, digər seçki komissiyalarında da fəal təmsil olunmaq fikrindədir: "Biz ümumiyyətlə, istəyirik ki, seçki komissiyalarında daha çox yer əldə edək. Ona görə də seçki komissiyalarının tərkibində dəyişikliyin olmasına çalışırıq. Komissiyaların paritet əsaslarla formalaşması ilə bağlı bizim tələbimiz öz qüvvəsində qalır. Bunu nəinki biz, beynəlxalq qurumlar da tələb edirlər. Ona görə də hakimiyyət seçki komissiyalarının tərkibini tələsik formalaşdırmaqla yenə də komissiyaları öz nəzarəti altında saxlamağı düşünür". A.Hacılı bildirib ki, hazırda MSK-ya göndəriləcək nümayəndə ilə bağlı partiyada müzakirə aparılır. MSK formalaşan zaman müəyyənləşən nümayəndə təsdiq olunmaq üçün quruma göndəriləcək. |