| 13.12.05 13:59 (639 dəfə oxunub)
Təkrar parlament seçkilərində iştirak edəcək namizədlər pulsuz efir vaxtından istifadə edə bilməyəcəklər. Bu açıqlamanı APA-ya Mərkəzi Seçki Komissiyasının (MSK) katibi Vidadi Mahmudlu verib. Onun sözlərinə görə, Seçki Məcəlləsinin tələbinə görə, yalnız 60-dan çox Seçki Dairəsində namizədi qeydə alınan siyasi partiyalar və seçki blokları ölkə ərazisinin 50 faizəndən çox yerdə yayımlanan telekanallarda pulsuz efir vaxtından istifadə etmək hüququ var: "Təkrar seçki cəmi on dairədə keçirilir. Buna görə də təkrar seçkilərdə pulsuz efir vaxtı olmayacaq. Qanunda təkrar seçkilərlə bağlı hər hansı istisna nəzərdə tutulmayıb. Amma bu məsələnin necə həll olunacağını indidən demək mümkün deyil". |