| 13.12.05 14:01 (680 dəfə oxunub)
"Azadlıq" blokunun Mərkəzi Seçki Qərargahı 6 noyabr parlament seçkiləri ilə bağlı yekun rəy hazırlayır. Bu haqda APA-ya məlumatı seçki qərargahının rəhbəri Pənah Hüseyn verib. Onun sözlərinə görə, rəydə "Azadlıq" blokunun seçkidə iştirakı, təbliğat kampaniyası, seçki günü və seçkidən sonrakı fəaliyyət öz əksini tapacaq. Seçki zamanı baş verən pozuntular, təzyiqlərə məruz qalan blok üzvləri, kütləvi aksiyalar və digər tədbirlər də hesabata salınacaq. Rəy blokda təmsil olunan partiyaların rəhbərliyinə təqdim olunacaq və onların təsdiqindən sonra sənəd beynəlxalq qurumlara da göndəriləcək. Pənah Hüseyn bundan sonra Mərkəzi Seçki Qərargahının öz fəaliyyətini dayandıracağını qeyd edib. |