| 21.12.05 14:55 (744 dəfə oxunub)
Respublika Prokurorluğu seçkilərdə baş vermiş pozuntularla bağlı daha üç cinayət işinin istintaqını yekunlaşdırıb və baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib. Qeyd edək ki, indiyədək seçkilərlə bağlı Respublika Prokurorluğunda 16 cinayət işi başlanmışdı. Onlardan 9-nun istintaqı yekunlaşıb və materiallar məhkəməyə göndərilib. Yeddi cinayət işi üzrə isə araşdırmalar davam edir ("Olaylar"). |