Saytımıza xoş gəldiniz!
 
Əsas menyu
Əsas səhifə
Xəbər arxivi
Bloklar
Namizədlər
Nəticələr
Qanunvericilik
Təbliğat
Forum
Prezident-2003
Xidmətlər

Axtarış

Sayt haqqında
web: http://www.secki.info
e-mail: office@secki.info

Statistika



Son xəbərlər
 · AŞPA-nın deputatların mandatı ilə bağlı qərarı təxirə salına bilər
 · MSK-nın təkrar seçkilərlə bağlı iş planı müəyyənləşib
 · Seçkilərlə bağlı daha üç cinayət işinin istintaqı yekunlaşıb
 · MSK deputatlara mandat payladı
 · Təkrar seçkilərlə bağlı seçici siyahıları yenidən dəqiqləşdiriləcək
Ən çox oxunan xəbərlər
 · Dairə Seçki Komissiyaları, ünvanlar, namizədlər
 · Seçki Blokları - 2005
 · EXIT-POLL-un nəticələri
 · Xidmətlər
 · SON XƏBƏRLƏR
Son xəbər : Vidadi Mahmudlu MSK üzvlərinin müstəqilliyini bir daha sübut etdi
13.12.05 13:58 (207 dəfə oxunub)
Nəticələri ləğv edilmiş dairələrdə may ayının 13-də keçiriləcək seçkilərlə bağlı Mərkəzi Seçki Komissiyası (MSK) təqvim planı hazırlayıb (APA). MSK sədri Məzahir Pənahovun jurnalistlərə verdiyi məlumata görə, növbəti iclasda həmin təqvim planı təsdiq olunacaq. O, təkrar seçkilərin də hazırkı tərkibli MSK tərəfindən keçiriləcəyini deyib. M.Pənahov müxalifətin MSK-da təmsil olunmaqdan imtina etməsi ilə bağlı onlarda hər hansı rəsmi məlumatın daxil olmadığını bildirib: "Hansısa deputat tərəfindən nə Milli Məclisdə iştirak etməmək barədə, nə də hər hansı partiya tərəfindən MSK-da təmsil olunmamaqla bağlı bizə rəsmi müraciət daxil olmayıb. Müxalifət tərəfindən bəzi MSK üzvlərinin ələ alınması haqda səsləndirilən məlumatlara gəlincə, hesab edirəm ki, Vidadi Mahmudlu MSK üzvlərinin müstəqilliyini öz hərəkətləri ilə bir daha sübut etdi. MSK üzvlərinə təsir göstərmək elə də asan iş deyil. Çünki bu insanlar seçilmiş adamlardırlar".
Son xəbər : Parlament seçkilərinin müşahidəsi üzrə komitənin sənədi yayımlanıb
10.12.05 12:14 (236 dəfə oxunub)
Avropa Şurası Parlament Assambleyası Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə komitənin hazırladığı sənədin surətini yayımlayıb. Bu barədə APA-ya Avropa Şurasının Bakıdakı informasiya ofisindən məlumat verilib. Komitənin seçkilərin müşahidəsi ilə bağlı gördüyü işlərin xronoloji ardıcıllığı əsasında hazırlanmış sənəd noyabrın 29-da AŞPA Monitorinq Komitəsində açıqlanıb və geniş müzakirə olunub. Qeyd edək ki, sənəd Avropa Şurasının Azərbaycanda parlament seçkilərinin uzunmüddətli müşahidə missiyasının rəhbəri, Birləşmiş Avropa Solçular Qrupunun üzvü Leo Platvoet tərəfindən hazırlanıb.
Son xəbər : Parlamentin növbəti iclasında millət vəkillərinə deputat mandatları təqdim olunacaq
10.12.05 12:13 (244 dəfə oxunub)
Parlamentin növbəti iclasında yeni millət vəkillərinə deputat mandatları təqdim olunacaq. Bu haqda APA-ya məlumat Mərkəzi Seçki Komissiyasından daxil olub. İndiyə kimi keçirilən parlament seçkilərindən sonra deputatlar öz mandatlarını özləri və yaxud səlahiyyətli nümayəndələri MSK-dan götürürdüsə, bu dəfə MSK mandatların verilməsi prosesində dəyişiklik edib. MSK sədri mandatları deputatlara parlamentin öz binasında təqdim edəcək. Qeyd edək ki, MSK rəhbərliyi mandatların təqdim olunmasını dünən həyata keçirmək niyyətində olub. Amma Milli Məclisin dünənki iclası təxirə salındığından mandatların təqdim olunması növbəti iclasa qalıb.
Nəticələr : Əvvəlki parlamentin 52 üzvü yenidən deputat seçilə bilib
7.12.05 17:05 (736 dəfə oxunub)
Konsititusiya Məhkəməsinin parlament seçkilərinin nəticələrini təsdiq etməsindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) elan etdiyi nəticələrdə müəyyən dəyişikliklər edilib. Bu haqda APA-ya məlumat MSK-nın "Seçkilər" İnformasiya Mərkəzindən daxil olub. Hazırda 115 deputatla fəaliyyət göstərən parlamentdə partiya mənsubiyyətinə görə 56 YAP, 40 bitərəf, 5 Müsavat, 3 partiya mənsubiyyətini göstərməyən şəxs, 2 AVP, 2 VHP üzvü, Ümid, Sosial Rifah, Xalq Cəbhəsi, Demokratik İslahatlar, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş və Vətəndaş Birliyi partiyalarının hər birindən isə bir nümayəndə təmsil olunur. 2000-2005-ci illərdə deputat olmuş şəxslərdən yalnız 52-si yenidən deputat seçilə bilib.
Son xəbər : ATƏT-in seçkilərə dair yekun hesabatı bu ayın sonunadək açıqlanacaq
7.12.05 17:04 (250 dəfə oxunub)
"Parlament seçkilərində baş verən qanun pozuntularına dair şikayətlərlə bizim ofis yox, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun ekspertləri məşğul olub. Ona görə də mən bu şikayətlərlə bağlı dəqiq bir söz deyə bilmərəm". Bu fikirləri APA-ya ATƏT-in Bakı nümayəndəliyinin başçısı Maurisio Pavesi ATƏT-in uzunmüddətli missiyasına daxil olan şikayətlərin kimlər tərəfindən araşdırıldığı və şikayətlərin əsasən hansı xarakterli olduğu barədə sualı cavablandırarkən deyib. Şikayətlərin sayının kifayət qədər çox olduğunu söyləyən diplomat bildirib ki, ATƏT-in Milli Məclisə seçkilərə dair yekun hesabatının üzərində iş davam edir. Maurisio Pavesi yekun sənədin bu ayın sonlarına kimi açıqlanacağını deyib.
Son xəbər : "Azadlıq" bloku təkrar seçkilərdə iştirak etməyəcək
7.12.05 17:03 (172 dəfə oxunub)
"Azadlıq" bloku təkrar parlament seçkilərində iştirak etməmək haqqında qərar qəbul edib. Bu qərar yalnız blokun və partiyaların qərarlarına tabe olan insanlar üçündür". Bu açıqlamanı APA-ya Azərbaycan Demokrat Partiyası sədrinin birinci müavini Sərdar Cəlaloğlu verib. O, Müsavat başqanının müavini Rauf Arifoğlunun təkrar seçkilərdə iştirak etmək niyyətində olması ilə bağlı açıqlamasına da münasibət bildirib: "Bu qərar ayrı-ayrı adamlara, bizim qərarlarımıza tabe olmayanlara aid deyil".
AXCP ("islahatçılar") sədri Əli Kərimli isə Rauf Arifoğlunun konkret olaraq seçkidə iştirak etmək qərarı vermədiyini deyərək məsələyə birmənalı münasibət açıqlamayıb: "Rauf Arifoğlu, sadəcə, bildirib ki, o təkrar seçkilərdə iştirak etmək haqqında düşünür. Düşünməkdə hər kəs azaddır. Biz heç kimə deyə bilmərk ki, bu haqda düşünməsin".
Son xəbər : Seçki cinayətlərinə dair araşdırmalar davam edir
7.12.05 17:03 (165 dəfə oxunub)
Azərbaycan Respublikası Baş Prokurorluğunda seçkilərin nəticələrinin araşdırılması ilə bağlı istintaq qrupları yaradılıb. Yasamal və Nizami rayonlarından daxil olan şikayətləri araşdırmaq üçün yaradılan istintaq qrupuna Azər Qasımov rəhbərlik edir. İstintaq qrupuna Anar Məmmədov, Eldar Məmmədov və Mahmudağa Mahmudov daxildir. Həmin qrup tərəfindən 16 saylı Yasamal ikinci seçki dairəsindən daxil olmuş şikayətlər əsasında cinayət işinin açılması üçün ilkin araşdırmalar başlayıb. Həmin dairədən namizədliyi irəli sürülən, deputatlığa sabiq namizədlər Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, Nadir Quliyev, Azad Kərimov, Fəxrəddin Babayev, Haqverdi Haqverdiyev və digərləri dünən istintaqa ilk izahatlarını veriblər. Şikayətçilər istintaqa verdikləri ifadələrində 16 saylı seçki dairəsi üzrə seçkilərin nəticələrindən narazı olduqlarını təsdiq ediblər. Deputatlığa sabiq namizədlər seçki pozuntularına dair onlarda olan məlumatları istintaq qrupuna veriblər. İstintaq davam edir.
Son xəbər : ABŞ seçkilərlə bağlı Konstitusiya Məhkəməsinin qərarını alqışlayır
3.12.05 12:57 (247 dəfə oxunub)
<b>Dünən ABŞ səfirliyi bununla bağlı açıqlama yayıb</b>

Konstitusiya Məhkəməsinin noyabrın 6-da keçirilmiş parlament seçkilərinin nəticələrini təsdiqləməsinə və 6 dairədə seçkilərin nəticələrini ləğv etməsinə ABŞ-ın münasibəti artıq müəyyənləşib.
Bu ölkənin Azərbaycandakı səfirliyinin yaydığı açıqlamada bildirilir ki, ABŞ Azərbaycan Konstitusiya Məhkəməsinin seçki saxtakarlığının təsdiqləndiyi daha altı dairədə nəticələri ləğv etməsini alqışlayır: "Seçkilərdən keçən müddət ərzində Azərbaycan hökuməti saxtakarlığa dair məlumatları araşdırıb, bir dairədə nəticəni dəyişıb, on dairə və yüzlərlə məntəqədə nəticələri ləğv edib. Biz inanırıq ki, bu cür addımlar seçki prosesinə inamı təmin etməyin vacib hissəsidir".
Son xəbər : AŞPA-nın Azərbaycan üzrə həmməruzəçiləri müxalifətçilərlə görüşüblər
3.12.05 12:52 (167 dəfə oxunub)
Dünən "Azadlıq" blokunun rəhbərləri Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qross və Andres Herkel, Avropa Şurasının Azərbaycandakı seçkiləri müşahidə qrupunun rəhbəri Leo Platvoetla görüş keçiriblər.
Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Sərdar Cəlaloğlu bildirib ki, görüşdə parlament seçkilərinin nəticələri, müxalifətin keçirdiyi kütləvi aksiyalar, Konstitusiya Məhkəməsinin çıxardığı qərar müzakirə edilib. Seçkilərdəki qanun pozuntuları barədə avropalı qonaqlara məlumat verdiklərini bildirən S.Cəlaloğlu müxalifət nümayəndələrinin böyük səs çoxluğu ilə qalib gəldiyi dairələrdə səsvermənin nəticələrinin məqsədli olaraq ləğv edildiyini deyiblər: "Görüşdə açıq şəkildə bildirdik ki, bundan sonra Qərb üçün Azərbaycanda dekorativ demokratiya rolunu oynamaq fikrimiz yoxdur. Ya onlar Azərbaycanda real demokratik mövqe nümayiş etdirməli, ya da hər dəfə seçkilərdə döyülmək, həbs olunmaq, topladığımız səslərin hesabına Qərbin burada demokratiya fonu yaratmasına imkan verməyəcəyik. Hər şeyi öz adı ilə çağırmağın lazım olduğunu bildirdik".
Son xəbər : Üçüncü çağırış Milli Məclis öz işinə başladı
3.12.05 12:50 (262 dəfə oxunub)
<b>Dünən keçirilən ilk iclasda Oqtay Əsədov parlamentin spikeri, Ziyafət Əsgərov sədrin birinci müavini, Bahar Muradova və Valeh Ələsgərov isə müavinləri seçildilər</b>

Dekabrın 2-də Azərbaycanın bu ilin 6 noyabr seçkiləri nəticəsində formalaşan üçüncü çağırış Milli Məclisinin ilk iclası keçirildi. İclasa Azərbaycan prezidenti İlham Əliyev də qatılmışdı.
Milli Məclisin daxili nizamnaməsinə uyğun olaraq, ilk iclasa sədrlik ötən çağırış parlamentin sədri Murtuz Ələsgərova həvalə edildi. Birinci iclasda hesablayıcı komissiyanın tərkibi müəyyənləşməli, parlamentin sədri və onun müavinləri seçilməli idi.
Prezident İlham Əliyev millət vəkillərini təbrik edərək dedi ki, ictimaiyyət bu deputat korpusundan çox şey gözləyir. Yeni parlament siyasi proseslərin inkişafını sürətləndirməli, demokratik islahatların aparılmasında və hüquqi dövlət quruculuğu prosesində fəal iştirak etməlidir.
Yeni məqalə
Bu gün yeni yazı olmayıb.
Sorğular
Səsvermənin nəticələrindən razı qaldınızmı?
Dayandırılıb 15.11.05 18:07

» Demokratik
11 %
11.25 % (18)

» Qismən
5 %
5.00 % (8)

» Səs vermədim
7 %
7.50 % (12)

» Buraxılmadım
0 %
0.62 % (1)

» Saxtakarlıq
75 %
75.62 % (121)

Ümumi səslər: 160
Cəmi səs verənlər: 160
[ 0 Şərhlər: ]

Hava haqqında
Hazırkı durum


Külək:
N/A

n/a
Havanın hərarəti: N/A
Ətraflı proqnoz...
Son yeniləmə: