Saytımıza xoş gəldiniz!
 
Əsas menyu
Əsas səhifə
Xəbər arxivi
Bloklar
Namizədlər
Nəticələr
Qanunvericilik
Təbliğat
Forum
Prezident-2003
Xidmətlər

Axtarış

Sayt haqqında
web: http://www.secki.info
e-mail: office@secki.info

Statistika



Son xəbərlər
 · AŞPA-nın deputatların mandatı ilə bağlı qərarı təxirə salına bilər
 · MSK-nın təkrar seçkilərlə bağlı iş planı müəyyənləşib
 · Seçkilərlə bağlı daha üç cinayət işinin istintaqı yekunlaşıb
 · MSK deputatlara mandat payladı
 · Təkrar seçkilərlə bağlı seçici siyahıları yenidən dəqiqləşdiriləcək
Ən çox oxunan xəbərlər
 · Dairə Seçki Komissiyaları, ünvanlar, namizədlər
 · Seçki Blokları - 2005
 · EXIT-POLL-un nəticələri
 · Xidmətlər
 · SON XƏBƏRLƏR
Son xəbər : Oqtay Əsədov üçüncü çağırış Milli Məclisin sədri seçilib
2.12.05 14:51 (388 dəfə oxunub)
Oqtay Əsədov üçüncü çağırış Milli Məclisin sədri seçilib. MM-in işində iştirak edən 106 deputatdan 105 onun lehinə, 1 nəfər isə əleyhinə səsə verib.
Oqtay Əsədov ona etimad göstərdiyinə görə, MM üzvlərinə təşəkkür edib, bundan sonra da uğurlu qanunvericilik fəaliyyəti ilə məşğul olmalarını arzulayıb. O, ötən beş il ərzində parlamentdə qanunların qəbul olunmasında iştirak etdiyini də deyib.
Son xəbər : Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək
2.12.05 14:49 (183 dəfə oxunub)
Bu gün Milli Məclisin yeni tərkibdə ilk iclası keçiriləcək. Bu barədə APA-ya parlamentin mətbuat xidmətinin rəhbəri Aqşin Babayev məlumat verib. A.Babayev bildirib ki, iclas təşkilati xarakter daşıyır. Qeyd edək ki, yeni tərkibdə ilk iclas parlamentin ən yaşlı deputatının sədrliyi ilə keçiriləcək. Parlamentin iclasında prezident İlham Əliyev çıxış edəcək.
Nəticələr : SON XƏBƏRLƏR
1.12.05 23:31 (1369 dəfə oxunub)
<b>Səsvermənin son statistikasını kompyuterinizə yükləyə bilərsiniz:</b>

Excel faylı (son) - <a href="http://secki.info/sesverme.xls">yüklə</a>

Adobe PDF faylı (son) - <a href="http://secki.info/sesverme.pdf">yüklə</a>
Son xəbər : Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini təsdiqləyib
1.12.05 23:02 (217 dəfə oxunub)
Bu gün Konstitusiya Məhkəməsində seçkilərin nəticələrinin yoxlanılması və təsdiqi ilə bağlı Plenum keçirilir (APA). KM sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilən iclasda məhkəmənin 7 hakimi, MSK sədri və üzvləri, ekspertlər, mütəxəssislər, xarici ölkə səfirliklərinin nümayəndələri və KİV mənsubları iştirak edib.
MSK katibi Vidadi Mahmudlu xəstə olduğundan iştirak etməyib. F. Abdullayev iclasın gündəliyi barədə məlumat verəndən sonra hakimlər çıxış edib. Məhkəmənin hakimi Ələddin Sultanov bildirib ki, seçki zamanı baş verə biləcək əyintilərin, qanun pozuntularının qarşının alınması məqsədi ilə prezident seçki praktikasının təkmilləşdirilməsinə dair 11 may və 25 oktyabr 2005-ci ildə sərəncam imzalayıb. Seçki Məcəlləsinə əsasən, MSK daxil olan müraciətlərin araşdıraraq 20 gün ərzində seçkinin nəticələri barədə qərar qəbul etməli və KM-yə göndərməlidir. MSK noyabrın 23-də yekun protokolu KM-yə təqdim edib. Məhkəmənin hakimi Rafael Qvaladze seçki pozuntuları ilə bağlı MSK-ya, məhkəmələrə və prokurorluğa edilən şikayətlər barədə məlumat verib.
Son xəbər : Konstitusiya Məhkəməsi 6 dairədə seçkilərin nəticəsini ləğv edəcək?
30.11.05 16:58 (166 dəfə oxunub)
Konstitusiya Məhkəməsinin (KM) qanun pozuntusuna yol verilmiş daha 6 seçki dairəsində seçkilərin nəticələrini ləğv edəcəyi gözlənilir. Bu barədə APA-ya Konstitusiya Məhkəməsindəki mənbələrdən bildirilib. Lakin KM sədrinin köməkçisi Sarıbəy İbrahimov bu barədə məlumatsız olduğunu deyib. O, seçkilərin nəticələrinə dair rəsmi məlumatların KM-in plenumunda açıqlanacağını söyləyib. Plenumun nə vaxt keçiriləcəyi isə yaxın günlərdə məlum olacaq.
Son xəbər : Seçkilərin nəticələrini tanıyan namizədlərin siyahısı yenidən hazırlanır
30.11.05 16:56 (224 dəfə oxunub)
Parlament seçkilərinin nəticələrinin tanınmasına dair bəyanata imza atanların siyahısının hazırlanmasında texniki səhvlərə yol verildiyindən Yeni Azərbaycan Partiyası (YAP) bununla bağlı yeni siyahı hazırlayır. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, yeni siyahı bir neçə günə hazır olacaq və partiyanın saytına yerləşdiriləcək.
Son xəbər : AŞPA-nın Monitorinq Komitəsi seçkiləri yenə müzakirə edəcək
30.11.05 16:55 (206 dəfə oxunub)
<b>Andres Herkel: "Biz təklif edəcəyik ki, seçkilərə dair xüsusi bəyannamə və ya bəyanat qəbul olunsun"</b>

Dekabrın 15-də Parisdə Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin (MK) növbəti iclasında Azərbaycanda noyabrın 6-da keçirilmiş parlament seçkiləri bir daha müzakirə olunacaq. Bu məlumatı APA-ya AŞPA MK-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkel verib. Dekabrın 2-də digər həmməruzəçi Andreas Qrossla Bakıya gələcəklərini deyən A.Herkel AŞ-nın Seçkiləri Müşahidə Missiyasının rəhbəri Leo Platvoetin də onlarla birgə olmasını istisna etməyib. Həmməruzəçi bildirib ki, səfərin məqsədi seçkidən sonrakı vəziyyət, Mərkəzi Seçki Komissiyasına daxil olmuş şikayətlərin araşdırılmasını öyrənməkdir: "Bu məqsədlə Mərkəzi Seçki Komissiyasında və müxalifət nümayəndələri ilə görüşlər keçirəcəyik".
Son xəbər : Seçkilərin nəticələrindən razı qalan namizədlərin sayı 800-ə yaxınlaşıb
29.11.05 11:07 (192 dəfə oxunub)
Dünən Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat xidmətindən "525"ə verilən məlumata görə, 2005-ci il noyabrın 6-da Milli Məclisə (MM) keçirilən seçkilərin demokratik, şəffaf, ədalətli olması və bu seçkilərin xalqın iradəsini əks etdirən nəticələrinin müdafiəsi ilə bağlı bir qrup deputatlığa namizədin yaydığı bəyanatı imzalayanların sayı 770 nəfərə çatıb. Məlumatda qeyd olunur ki, bəyanatı imzalayanların siyasi mənsubiyyəti ilə bağlı ümumi mənzərələri təhlil edərkən istisnasız olaraq bütün partiyalarda seçkilərin şəffaf və ədalətli keçirilməsi barədə rəyin mövcudluğu bir daha öz təsdiqini tapır. Məlumatda o da bildirilir ki, bəyanatı imzalayanlar arasında bitərəflər və bu seçkilərdə namizədliyini irəli sürmüş YAP üzvləri üstünlük təşkil ediblər. Bəyanata qoşulanların 150 nəfərə yaxını isə digər siyasi partiyaların və ictimai təşkilatların üzvləridir.
Son xəbər : AŞPA Daimi Komitəsində Azərbaycandakı seçkilər müzakirə edildi
26.11.05 11:48 (241 dəfə oxunub)
Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin üzvlərinin toplantısı keçirilib. Toplantıda Azərbaycanda keçirilən parlament seçkiləri müzakirə olunub. Bu barədə məlumatı APA-ya AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib. Onun sözlərinə görə, iclasda çıxış edənlər Azərbaycan-Avropa Şurası münasibətlərinin davam etdirilməsini, ölkəmizdəki demokratik inkişafa yardımçı olmaq istədiklərini deyiblər. İclasda müxtəlif fikir və rəylərin səsləndirildiyini deyən S.Seyidov həmçinin AŞ-nın Azərbaycanda keçirilən parlament seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Leo Platvoetin da çıxış edərək bir neçə məsələ ilə bağlı konkret münasibətini açıqladığını bildirib.
Son xəbər : Seçkidə iştirak etmiş gənc namizədlər bir araya gəldi
26.11.05 11:42 (252 dəfə oxunub)
<b>Seçkidə baş verən mənfi halları təbii qarşılamaq lazımdır</b>

Dünən Yeni Azərbaycan Partiyasının (YAP) gənclər təşkilatının təşəbbüsü ilə 6 noyabr parlament seçkilərinin yekun nəticələrinə dair mətbuat konfransı keçirilib. Gənclərin seçki bloklarının, gənc namizədlərin, müşahidə aparan qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə bəyanat qəbul olunub.
YAP gənclər təşkilatının sədr müavini Zaur Adıgözəlov deyib ki, builki seçkilər demokratik və ədalətli keçirilib. Onun sözlərinə görə, seçkilərin demokratik və şəffaf keçirilməsində prezident İlham Əliyevin müstəsna xidmətləri olub: "Hesab edirik ki, Azərbaycan iqtidarının 2005-ci ilin əvvəllərindən etibarən parlament seçkilərinin demokratik şəraitdə keçirilməsi naminə göstərdiyi yüksək siyasi iradə, qətiyyət, imzalanan sərəncamlar seçkilərin şəffaflığını təmin edib. Azərbaycanın dövlət başçısı azad və ədalətli seçkilərin keçirilməsində hamıdan çox maraqlı olub. Bu məqsədlə 11 may və 25 oktyabr sərəncamlarını imzalayıb". Z.Adıgözəlov seçki zamanı bəzi qanun pozuntularının olduğunu da deyib. O bildirib ki, mənfi halların olmasına baxmayaraq, ümumilikdə, seçkilər demokratik keçirilib.
Yeni məqalə
Bu gün yeni yazı olmayıb.
Sorğular
Səsvermənin nəticələrindən razı qaldınızmı?
Dayandırılıb 15.11.05 18:07

» Demokratik
11 %
11.25 % (18)

» Qismən
5 %
5.00 % (8)

» Səs vermədim
7 %
7.50 % (12)

» Buraxılmadım
0 %
0.62 % (1)

» Saxtakarlıq
75 %
75.62 % (121)

Ümumi səslər: 160
Cəmi səs verənlər: 160
[ 0 Şərhlər: ]

Hava haqqında
Hazırkı durum


Külək:
N/A

n/a
Havanın hərarəti: N/A
Ətraflı proqnoz...
Son yeniləmə: