Saytımıza xoş gəldiniz!
 
Əsas menyu
Əsas səhifə
Xəbər arxivi
Bloklar
Namizədlər
Nəticələr
Qanunvericilik
Təbliğat
Forum
Prezident-2003
Xidmətlər

Axtarış

Sayt haqqında
web: http://www.secki.info
e-mail: office@secki.info

Statistika



Son xəbərlər
 · AŞPA-nın deputatların mandatı ilə bağlı qərarı təxirə salına bilər
 · MSK-nın təkrar seçkilərlə bağlı iş planı müəyyənləşib
 · Seçkilərlə bağlı daha üç cinayət işinin istintaqı yekunlaşıb
 · MSK deputatlara mandat payladı
 · Təkrar seçkilərlə bağlı seçici siyahıları yenidən dəqiqləşdiriləcək
Ən çox oxunan xəbərlər
 · Dairə Seçki Komissiyaları, ünvanlar, namizədlər
 · Seçki Blokları - 2005
 · EXIT-POLL-un nəticələri
 · Xidmətlər
 · SON XƏBƏRLƏR

Təbliğat kompaniyaları : Millətin səsini oğurlamaq istəyənlər qanun qarşısında cavab verəcəklər!
28.10.05 14:57 (487 dəfə oxunub)
Seçicilər: “Bizim Səsimizlə alver edənlər Parlamentə yox, Bayıl həbsxanasına düşməlidirlər!”

Azərbaycan Respublikası Milli Məclisinə 19 saylı Nərimanov Ι Seçki Dairəsi üzrə deputatlığa namizəd Namiq Həsənovun ötən həftə keçirdiyi silsilə görüşlərdə təqribən beş minə yaxın seçici iştirak edirdi. Buna səbəb bir tərəfdən builki seçkilərin ədalətli keçəcəyinə ümumxalq inamından irəli gəlirdisə, digər tərəfdən görkəmli ictimai-siyasi və dövlət xadimi Namiq Həsənovun şəxsiyyətinə diqqət və maraq, inam və ümidlərlə bağlı idi.
Təbliğat kompaniyaları : Qələbənin etiraf notları
19.10.05 13:20 (319 dəfə oxunub)
Hətta opponenti də Namiq Həsənovun qalib gələcəyinə şübhə etmir.

Məşhur rəssam, 19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Sayad İbrahim oğlu Bayramov bundan belə Namiq müəllimin təbliğatçısı olacağını birmənalı şəkildə bəyan etdi.

19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Namiq Həsənovun seçicilərlə silsilə görüşləri davam edir və son günlər belə tədbirlər daha da intensivləşib. «Onun xüsusi təqdimata ehtiyacı yoxdur», - deyə deputatlığa namizədin vəkili görüşün əvvəlində Namiq Həsənovu seçicilərinə belə tanıtdı: Kim seçki marafonunu şərəflə aparırsa, o, parlamentdə də ləyaqətlə çalışacaq. Hansı deputat hiss etsə ki, onu həqiqətən seçiblər, arxasında xalq dayanır, o, daha da məsuliyyətli və cəsarətli olacaq. Özünə və seçicilərinə inanan Namiq Həsənov, məhz həmin keyfiyyətləri özündə birləşdirən şəxsiyyətlərdəndir. Onu hamı belə tanıyır. Uzun illər birgə çalışdığı iş yoldaşları da, ilk təmasda olduğu insanlar da Namiq müəllimi həmişə ədalətli mövqedə durmağının, ən gərgin anlarda doğru qərar verməyinin, qanunun aliliyini uca tutmağının, özünə və ətrafındakılara hörmətlə yanaşmağının şahidi olublar. Kimə və nəyə görəsə heç vaxt seçdiyi yolu, əqidəsini dəyişməyib. Bu gün o, seçkilərə müstəqil namizəd kimi qoşulub.
Təbliğat kompaniyaları : Mikayıl Mirzə: “Özünün nəzarətində olan adam”
14.10.05 14:41 (330 dəfə oxunub)
Oxuculara təqdim olunan bu yazı 19 saylı Nərimanov Ι Seçki Dairəsindən Milli Məclis üzvülüyünə namizəd Namiq Həsənovla bağlı böyük təəsüratlardan yaranan bir nümunədir.
***
Qədim İncil yazılarında və eləcə Quranda da deyilir : “İstəmirsən ki, ruhun incisin , kimsənin ruhunu incitmə”. Namiqin azadlığı özünün və Quranın ixtiyarında olan azadlıqdır. Bu azadlıq bir kimsənin bu vaxta kimi, bir gül yarpağı qədər incitmədi. Ona görə incitmədi ki, Namiq özünə nəzarət etməyi, öz hərəkətlərinə, davranlşlarına kənardan baxmağı, əməllərində yaxşını pisdən, əyrini düzdən, fəziləti qəbahətdən, ülviyyəti rəzalətdən, haqqı rəyasətdən, ədavəti ədalətdən, məhəbbəti kin-küdurətdən ayıran və ayırmağı bacaran və bütün bunları əxlaqi dəyərlərə çevirən həssas ürək, böyük mədəniyyət sahibidir.
Təbliğat kompaniyaları : «Namiq Həsənovun vədi və sözü imzalı-möhürlü sənəddir!..»
12.10.05 18:40 (298 dəfə oxunub)
<b>Son günlər 19 saylı Nərimanov birinci seçki dairəsindən Milli Məclis üzvülüyünə namizəd, tanınmış ictimai-siyasi xadim Namiq Həsənov öz seçiciləri ilə silsilə görüşlər keçirib.</b>
Seçki marafonuna qoşulan namizədin ən möhtəşəm görüşlərindən biri «Minayə» şadlıq sarayında düzənləndi. Tədbirdə deputatlığa namizədin vəkili, hüquqşunas Zahid Ağayev giriş sözü ilə çıxış etdi. Namiq Həsənovun həyatı, ictimai-siyasi fəaliyyəti, seçkiqabağı platforması barədə ətraflı məlumat verdi. Sonra deputatlığa namizəd Namiq Həsənov mikrafona dəvət olundu.
«Əzid həmvətənlilər, hörmətli seçicilər!
Əvvəla onu deyim ki, Siz mənim seçkiqabağı platformamın başlıca məqamları ilə yaxından tanış olmusunuz. İstəyirəm ki, ilk öncə mənim məqsəd və məramımı – deputat olmaq istəyimin səbəblərini bəyan edim. Mən müstəqil şəkildə öz namizədliyimi irəli sürmüşəm. Millət vəkili statusu daşımağın məsuliyyətini sona qədər dərk edirəm.
Təbliğat kompaniyaları : Namiq Həsənov : “Parlament üzvü olmaq ali missiyadır”
10.10.05 18:52 (323 dəfə oxunub)
<b>19 Saylı Nərimanov Ι Seçki dairəsindən seçki marafonuna qoşulan Namiq Həsənov parlamentə seçiləcəyi təqdirdə elə ilk iclasdaca Dağlıq Qarabağ problemi ilə məşğul olacaq xüsusi komissyanın yaradılması təklifi ilə çıxış edəcək. </b>

Seçki marafonuna qoşulan namizədlərin əsasən hamısı qələbə qazanacağına əminliyini bildirir. Lakin onların heç də hamısı buna nə qədər haqlı olduğunu etiraf etmək kimi “çətinliyin” fərqinə varmaq istəmirlər. Həmsöhbət olduğumuz 19 saylı Nərimanov Ι Seçki Dairəsindən namizədliyini irəli sürmüş Namiq Həsənov isə millət vəkili statusu daşımağın məsuliyyətini sona qədər dərk edən, həm də bu ada ən layiq olan şəxslərdəndir. Səmimi və açıq fikirli olduğundan onunla bütün mövzularda danışmaq asandır. Qarabağ dərdimizdən tutmuş qadınların, uşaqların hüquqlarının müdafiəsinə qədər ən müxtəlif aktual problemlərlə bağlı maraqı söhbət etdik.
10.10.05 01:44 (328 dəfə oxunub)
<B>60 saylı SALYAN-NEFTÇALA seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Ağamalıyev Məmmədəli Mayil oğlu</B>

1962-ci ildə Salyan rayonun Qarabağlı kəndində ziyalı ailəsində anadan olub. Ali təhsillidir. Gəncə Texnologiya İnstitutunu və Azərbaycan Respublikası Prezidenti yanında Ali İdarəçilik Akademiyasını bitirib.
1984-90-cı illərdə Əli-Bayramlı “Süni Dəri” zavodunda baş texnoloq, 1990-93-cü illərdə Əli Baryamlı rayonlararası Topdansatış bazasında direktor, 1993-96-cı illərdə Bakı şəhərində «Spektor» regionlararası sənaye kommersiya kompaniyasında baş direktor, 1996-98-ci illərdə Əli Baryamlı rayonlararası texniki invertarlaşdırma bürosunda direktor, 1998-2000-ci illərdə Bakı «Zərif Mahud» ATSC-nin sədri, 2000-2001-ci illərdə Bakı şəhərində Xəzər dəniz Balıqmühafizə xidmətinin rəisi,
2001-02-ci illərdə Bakı «Zərif Mahud» ATSC-nin sədri işləyib. 2003-cü ildən «Kaspi» Azərbaycan Balıq Sənaye Kompaniyasının prezidenti işləyir. İctimai Liderlər Birliyinin üzvüdür. Ailəlidir, iki övladı var.

Atası Ağamalıyev Mayıl Məmmədəli oğlu həyatı boyu Salyan rayonunda quruculuq işləri ilə məşğul olub. Onun xeyirxah əməlləri bu gün də yerli əhali tərəfindən ehtiramla yad edilir.
Təbliğat kompaniyaları : Haqqını səsinlə qazan!
10.10.05 01:19 (334 dəfə oxunub)
<b>100 saylı Şəmkir-Daşkəsən seçki dairəsindən Milli Məclis üzvlüyünə namizəd Əsgərov Məhərrəm Əsgər oğlu</b>

1965-ci ildə Şəmkir rayon Seyfəli kəndində anadan olub. Ali təhsillidir, ixtisasca hüquqşünasdır. 1991-ci ildən Bakı Sənaye Pedoqoji texnikumunda müəllim kimi əmək fəaliyyətinə başlamış, daha sonralar hüquq mühafizə orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1997-ci ildən etibarən Moskvada hüquqşünas kimi əmək fəaliyyətini davam etdirən Məhərrəm müəllim həm də işgüzar fəaliyyəti ilə böyük uğurlar qazanmışdır. Hazırda Odlar Yurdu universitetində müəllim işləyir. Bitərəfdir. Ailəlidir, 2 övladı var.
<hr>
Əziz həmyerlilərim, 6 noyabr seçki günündə növbəti 5 ilinizin seçimi olacaq. Ömrünüzün, günüzün daha 1825 gününü “səssiz” qalmamaq üçün güvəndiyiniz namizədlərə səs verin.
Təbliğat kompaniyaları : Parlamentimizin Namiq Həsənov zəkasına ehtiyacı var!
10.10.05 00:00 (289 dəfə oxunub)
Seçicilər deputatlığa namizədlə görüş zamanı bu fikri israrla bəyan etdilər.

19 saylı Nərimanov Ι Seçki dairəsindən Milli Məclis üzvülüyünə namizəd Namiq Həsənovun seçki kampanyası uğurla davam edir.

2-ci Cənub küçəsi və 6 saylı seçki məntəqəsində keçirilən görüşə qatılanlar Namiq Həsənovu sürəkli alqışlarla qarşıladılar. Sonra gün-güzəranları, məişət qayğıları barədə ətraflı söhbət açdılar. Deputatlığa namizədlə daha da yaxın təmasda olmaqdan məmnun qaldıqlarını bildirdilər. Onlar belə bir fikir səsləndirdilər ki, indiyədək kimə səs verəcəyimiz barədə qəti qərara gələ bilmirdik. Düzdür, sizin haqqınızda camaat arasında müsbət fikirlər söylənilir. Sizin həmin insanlarla görüşləriniz olub və onları məqsəd və məramıvıza inandıra bilmisiniz. Bizsə, sizin seçki platformanızın əsas müddəaları ilə son günlərdə tanış olmuşuq. Çox şadıq ki, bizim arzu və istəyimiz, qayğı və problemlərimiz sizin diqqətinizdən yayınmayıb. Bu görüş əsl məqamına düşdü. Sevinirik ki, şərəfli ömür yolu, dərin elmi biliyi, zəngin həyat və parlament təcrübəsi, yüksək idarəçilik və təşkilatçılıq qabiliyyəti olan Namiq Həsənov bizim deputatımız olacaq.
Təbliğat kompaniyaları : «Mütləq qalib gələcəyəm!»
9.10.05 23:50 (287 dəfə oxunub)
«Səsim xalqın səsidi…» - deyən 19 saylı birinci Nərimanov seçki dairəsindən deputatlığa namizəd Namiq Həsənovun seçicilərlə möhtəşəm görüşləri davam edir.

Yeni görüşün ünvanı: Əlizadə küçəsi, 35

Əslində Namiq müəllim bu ünvanda yaşayan seçiciləri ilə yaxın günlərdə görüşü nəzərdə tutulmuşdu. Amma bu da seçki kampaniyasının maraqlı məqamlarından biridir ki, insanlar öz namizədinin fikir və düşüncələri ilə yaxından tanış olmağa tələsir, özləri birbaşa ünsiyyətə can atırlar.
Təbliğat kompaniyaları : “...Artıq biz seçimimizi etdik!”
6.10.05 18:36 (321 dəfə oxunub)
<b> 19 saylı Nərimanov Ι Seçki Dairəsindən deputatlığa namizəd Namiq Həsənovla görüşdə 1 və 2-ci məntəqənin seçiciləri belə dedilər.</b>

Zahirən ənənəvi olan bu görüş, əslində 19 saylı Nərimanov Ι Seçki Dairəsindən deputatlığa namizəd Namiq Həsənovun ərazidə yaşayan əhali ilə seçkiqabağı birbaşa təmasda olmaq istəyinin ifadəsi və onların spesifik qayğıları ilə yaxından tanışlıq xarakteri daşıyırdı.
Namiq müəllim əvvəlcə seçicilərinə özünün çətin və şərəfli ömür yolundan söhbət açdı. Seçkiqabağı platformasının başlıca məqamları haqqında danışdı. Bu zaman ətrafdan səslər eşidildi:

-Biz sizi çox yaxşı tanıyırıq, Namiq müəllim!Daim haqqın, ədalətin, halallığın, müqəddəs əxlaqi-mənəvi dəyərlərin yanında olmağınızdan xəbərimiz var. Tarixi düşmənlərimizə qarşı aparılan qanlı döyüşlərdəki fədakar xidmətlərinizi də unutmamışıq. Biz bu görüşü çoxdan gözləyirdik. Sizi deputatlığa namizəd kimi deyil, deputatımız kimi qəbul edirik...
Yeni məqalə
Bu gün yeni yazı olmayıb.
Sorğular
Səsvermənin nəticələrindən razı qaldınızmı?
Dayandırılıb 15.11.05 18:07

» Demokratik
11 %
11.25 % (18)

» Qismən
5 %
5.00 % (8)

» Səs vermədim
7 %
7.50 % (12)

» Buraxılmadım
0 %
0.62 % (1)

» Saxtakarlıq
75 %
75.62 % (121)

Ümumi səslər: 160
Cəmi səs verənlər: 160
[ 0 Şərhlər: ]

Hava haqqında
Hazırkı durum


Külək:
N/A

n/a
Havanın hərarəti: N/A
Ətraflı proqnoz...
Son yeniləmə: