Abutalıb Səmədov
(İlham Əliyevin
xeyrinə)
Yunis Oğuz
(İlham Əliyevin xeyrinə) Əli Kərimli
(Etibar Məmmədovun
xeyrinə)
Heydər Əliyev
(İlham Əliyevin xeyrinə)
15 oktyabr 2003-cü il seçkilərində
prezidentliyə namizədlər
Onlar bizə "SEÇ!" dedilər
- əsl seçimdə
isə seçmək heç də lazim gəlmir...
Adətan
səs verib, sonra səssiz qalırıq.... Səsinizi kəsməyənə səs verin!
31 oktyabr
2003-cü ildə Azərbaycanın sayca 4-cü prezidenti olan İlham Əliyevin
andiçmə mərasimi oldu
Antik dövrdə Siseronun nitqindən sonra dinləyicilər
yerbəyerdən qışqırırdılar: "o necə də gözəl danışır!"
Demosfen öz çıxışını başa vurduqdan sonra isə xalq tələb
edirdi: "Bizi döyüşə apar!".
Gəlin düşünək və
bizi "döyüşə apara
biləcək"
birini seçməyə
çalışaq...
Dünən Heydər Əliyev Azərbaycan Respublikasının
prezidenti kimi son fərmanını verib. Fərmana əsasən
İlham Heydər oğlu Əliyev Azərbaycanın prezidenti
seçilməsi ilə əlaqədar baş nazir vəzifəsindən azad
edilib. Dünən yeni prezident İlham Əliyev ilk
fərmanı imzalayıb.
MSK Azərbaycanda prezident seçkilərinin
keçirilməsinə ayrılmış 22 mlrd manatdan 2 mlrd manata yaxın vəsaitə qənaət
etmişdir. Əgər seçkilərdə 5%-dən az səs toplamış prezidentliyə namizədlər
onlara seçkiqabağı kampaniya üçün ayrılmış büdcə
vəsatini qaytarmaqdan imtina etsələr,
qanunvericiliyə uyğun olaraq onlar barəsində
tədbirlər görüləcək. Bu barədə jurnalistlərə Mərkəzi
seçki komissiyasının sədri Məzahir Pənahov bəyan
etmişdir.
İLHAM ƏLİYEV: "BİZ HAMIMIZ BİRLƏŞƏRƏK
AZƏRBAYCANIZƏNGİN DÖVLƏTƏ ÇEVİRƏCƏYİK"
Dünən Respublika sarayında Azərbaycanın yeni
seçilmiş prezidenti İlham Əliyevin andiçmə mərasimi
keçirilib.
Bu gün Azərbaycanın sayca 4-cü prezidenti olan İlham
Əliyev inauqurasiya mərasimindən sonra prezident səlahiyyətlərinin icrasına
başlayacaq. Mərasimin keçiriləcəyi Respublika Sarayında dekorasiya işlərilə
yanaşı, binanın mühafizəsinə də xüsusi diqqət yetirilib.