ANA SƏHİFƏ
 
GÜNDƏM
QANUNVERİCİLİK
NAMIZƏDLƏR
FORUM
SOSİOLOJİ SORĞU
SƏSVERMƏ
LAYİHƏ
XİDMƏTLƏR
SEÇİN Kİ, SEÇİLƏSİNİZ!
LAYİHƏ
2003-cü ildə Azərbaycan prezident seçkiləri kimi mühüm bir siyasi kompaniyanı həyata keçirməyə hazırlaşır. Oktyabr ayının 15-də xalq növbəti müddətə öz prezidentini seçmək imkanına bir daha sahib çıxacaq. Prezident seçkilərinə hazırlıq və seçkilərin keçirilməsi ölkənin siyasi həyatında başlıca hadisə olaraq qalmaqdadir.
Ölkənin belə bir mühüm hadisəylə üzbə-üz qaldığı dövrdə çoxdan bizi düşündürən bir məsələ öz akttuallığı ilə gündəmə gəldi. Təəssüflə qeyd edək ki, bu gün ölkədə seçkilər (prezident və ya parlament seçkiləri olmasından asılı olmayaraq) haqda heç bir tutarlı, ixtisaslaşmış və eyni zamanda da müstəqil ola biləcək interaktiv informasiya mənbəyi yox dərəcəsindədir (əlbəttə ki, MSK iclaslarının gecikmiş stenoqrammaları toplanmış rəsmi «www.cec.gov.az» resursu istisna olmaqla). Əksinə, ictimai fikri azdıran, yüksək tirajlı, saysız-hesabsız partiyalı mənbələr yetərincədir. Qarşılıqlı böhtan və təhqirlərlə dolu bu mənbələrdə seçki təbliğatı o qədər iyrənc və əcaib formada aparılır ki, adi seçicinin siyasi hadisələr və seçki dinamikası barədə real informasiyanı əldə etməsi problemə çevrilir. Necə deyərlər seçki qazanı qaynayır, amma onun içində həqiqətən də nə bişdiyindən seçicinin xəbəri olmur. Əlbəttə ki, ocaqçı və qazançılardan başqa...
Əslində seçicilərin əksəriyyəti heç də səs verəcəkləri namizədi yaxşı tanımır, onların vəd etdikləri və real olaraq gördükləri işlərdən də xəbərsizdirlər (əlbəttə ki, əgər belə işlər varsa). Zənnimizcə bu, vətəndaşların öz ölkələrinin siyasi həyatı barədə düzgün və həqiqi informasiyalarının olmaması və savadsızlıqdan qaynaqlanır. Üstəlik, seçici-namizəd münasibətlərinin qarşılıqlı şəffaflığı da arzu olunan səviyyədə deyil. Bu kimi çoxsaylı səbəblərin nəticəsidir ki, hansısa Avropa ölkəsi və yaxud da ki, Rusiyanın uzaq bir əyalətində keçirilmiş səsvermə və seçkilərin tam nəticələini əldə etmək daha asandır nəinki, ölkəmizdə gedən prezident seçkiləri haqda dəqiq və operativ məlumat almaq.
"Seçki.info" serveri redaksiyasının məqsədi ayrılıqda hər bir namizədə münasibətdə oxucu və seçici rəyini məqsədli şəkildə formalaşdırmaq olmayıb, Azərbaycanın siysi xəritəsində baş verənlərin geniş və xronoloji işıqlandırılmasıdır. Əgər saytımızda yerləşdiriləcək materiallar qaydasız təbliğat girdabında itib batmış vətandaşlarımıza hadisələrdən baş çıxarmağa kömək edərsə bundan yalnız məmnun olardıq.
Serverdə həmçinin namizədlərin bioqrafiyaları, seçki xronikası, seçkilərin nəticələri, ayrı-ayrı mərhələlər üçün səsvermə və sosioloji sorğuların nəticələri, müqayisəli reytinqlər və s. materiallar da toplanacaq.
Ümid edirəm ki, seçki kompaniyasına hazırlıq və onun aparılması ilə birbaşa məşğul olacaq mütəxəssislər üçün də bu materiallar yararlı olacaq. Onlar üçün «seçki texnologiyaları» bölümündə çoxsaylı materiallar toplanıb. İstifadəçilərlə qaşılıqlı əlaqəyə də böyük ümid bəsləyirik. Reytinqlər tərtibatında firma, müstəqil ekspertlər və namizədlərdən məlumatların alınması işimizin obyektivliyinə böyük dəstək olardı.

Telefonlarımız: 658182; 652652
office@secki.info
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info