ANA SƏHİFƏ
 
GÜNDƏM
QANUNVERİCİLİK
NAMIZƏDLƏR
FORUM
SOSİOLOJİ SORĞU
SƏSVERMƏ
LAYİHƏ
XİDMƏTLƏR
SEÇİN Kİ, SEÇİLƏSİNİZ!
15 oktyabr 2003-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi qeydə alınmış [14.08.2003]  Abutalıb Səmədov.

Abutalıb Qəmbər oğlu Səmədov 1961-ci il 19 fevralda Tovuz şəhərində anadan olmuşdur.

1987-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirmişdir. Bundan sonra Bakı Dəniz Limanında və “Azəravtoyol” Dövlət Şirkətində hüquqşünas vəzifəsində işləmiş, Azərbaycan Xalq Hərakatında  fəal iştirak etmişdir. 1992-93-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılmasında fəal iştirak etmiş və Sumqayıt şəhər təşkilatının sədri olmuşdur.
Tərcümeyi-hal   namizədə seçici münasibəti

1993-cü ilin mayında partiya sədri ilə yaranmış ciddi fikir ixtilafını (hakimiyyətə qarşı zorakı vasitələrlə mübarizə aparmağı düzgün saymadığına görə 1993-cü ilin mayında Sumqayıt şəhərində planlaşdırılan mitinqi dayandırmaq barədə qərar verdiyinə görə partiya rəhbərliyini narazı salmışdı) nəzərə alaraq partiyanın üzvlüyündən çıxmışdır.

1994-cü ilin əvvəllərində fəxri sədrinin Azərbaycan Prezidenti Heydər Əliyev, sədrinin həmin dövrdə Daxili İşlər nazirinin müavini vəzifəsində işləyən Rövşən Cavadov olduğu Azərbaycan Demokratik Gənclər Birliyinin yaradılmasına rəhbərlik etmiş və oktyabrın 5-ə qədər Azərbaycan Demokratik Gənclər Birliyində sədrin I müavini vəzifəsində çalışmışdır. 1994-cü il oktyabr hadisələrində Azərbaycan Prezidentini müdafiə etdiyinə və birliyin sədri R.Cavadovla əks mövqedə dayandığına görə yaranmış fikir ayrılığından sonra vəzifəsindən azad edilmişdir. 5 oktyabr 1994-cü ildə imzalanmış həmin əmrdə deyilirdi: “ADGB sədrinə etimadsızlıg göstərdiyinə və təşkilatı parçaladığına görə sədrin I müavini vəzifəsindən azad olunsun”.

Abutalıb Səmədov 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib. ANAP mərkəzçi partiya olub Azərbaycanda orta təbəqənin formalaşmasını və güclənməsini özünün əsas vəzifəsi sayır. Kiçik və orta sahibkarlığın inkişafını zəruri sayan partiya Azərbaycan iqtisadiyyatının dirçəlməsində kənd təsərrüfatına böyük önəm verir. “Güclü dövlət güclü və sağlam vətəndaşların vasitəsilə yarana bilər” fikrini əsas götürən partiya bu yöndə bir neçə proqram hazırlayıb.

1997-98-ci illərdə Azərbaycan Dövlət Qaçqınlar Komitəsinin sədr müavini vəzifəsində işləmişdir.

1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak etmiş və 2001-ci il Parlament seçkilərində 99 saylı Şəmkir seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmişdir.

Ailəlidir, 3 övladı var.

"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info