|
|
 |
SEÇİN Kİ,
SEÇİLƏSİNİZ! |
 |
15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir. |
|
|
Adətən səsvermədən sonra əllər aşağı enir... |
|
AFORİZMLƏR |
Hər bir dildə on minə yaxın lazımsız sözlər var ki, onlardan
yalnız seçkiqabağı platforma yazarkən istifadə olunur.
Siz seçkiləri, mənsə səslərin hesabını qazanmışam.
Seçkilər ona görə keçirilir ki, kimin seçkiqabağı proqnozunın
dəqiq olduğu məlum olsun.
Siyasətçi-namizədlərin sifətlərinə baxıb, şükür elə ki, onlardan
yalnız biri qalib gələcək.
Səsvermə – azad vətəndaşın «zarafata salıb» öz vətəninin
gələcəyini taleyin ümidinə buraxma hüququnun gerçəkləşməsi
aktıdır.
Səsvermə heç də hadisələrin gedişini müəyyənləşdirmir. Səsvermə
kimin hadisələrin gedişini müəyyənləşdirəcəyini müəyyənləşdirir.
Əgər seçkilər doğurdan da nəyisə dəyişə bilsəydilər, çoxdan onu
ləğv eləyərdilər.
Əgər əks fikir söylənilməyibsə, axı nədən ən yaxşısını seçmək
olar?...
Əgər bir namizəd televiziyada təbliğat üçün pulsuz vaxt ala
bilibsə, onun opponenti də birincinin dediklərini inkar etmək üçün
o qədər vaxt tələb edir.
Hava şəraiti pis olarsa, seçkiyə gələn seçicilərin sayı azalır.
Əgər hava şəraiti yaxşı olarsa, seçkiyə gələn seçicilərin sayı
yenə də azalır.
Hər kəsin səhv etmək hüququ var, hamı bundan istifadə edə bilsin
deyə, seçkilər keçirilir.
Namizəd - seçkiyə qədər qayğıkeş ata, seçkidən sonra isə qəzəbli
ögey ana qismindədir.
Prezident seçildikdən sonra məni ən çox dəhşətə gətirən bu, oldu
ki, hər şey doğurdan da biz öncədən təstiqlədiyimiz kimi
acınacaqlı vəziyyətdə idi.
Pis dövlət xadimləri seçkilədə iştirak etməyən vicdanlı
vətəndaşlar tərəfindən seçilirlər.
Seçkilər və toydan sonra nadir hallarda istədiyinə nail olursan.
Adətən səs verib, sonra səssiz qalırıq; əksər hallarda bu belə
olur...
Ömrünün iki ilini gecəli-gündəzlü seçki kompaqiyasına qurban verən
heç bir vətəndaşı dövlət idarəçiliyinə buraxmaq olmaz...
Seçkidə seçimə ehtiyac qalmır...
Seçki devizi - Sizin yalnız bir seçiminiz var...
Milləti həmişə aldatmaq olmaz, lazım da deyil: dörd ildə bir dəfə
yetərli göstəricidir.
Seçkilərin nəticəsi həmişəki kimi ürəkaçan olmasa da, hadisələrin
gedişindən həzz almağa heç nə bizə maneə olmur
Bütün digər siyasi quvvələrdən güclü olan «səs verməyənlər» bloku
hamılıqla seçkilərə qatılmaq fikrindədilər...
Hər kəsə və hamıya layiq olmadığını sübut etmədən seçilmək qədər
çətin məsələ yoxdu.
Ən çox yalanlar müharibə vaxtı, ovdan sonra və seçkiqabağı ərəfədə
daşılır.
Seçkilərdə namizədliyinizi irəli sürmək qədər keçmişinizi korlaya
biləcək başqa bir şey yoxdur.
Adətən səsvermədən sonra əllər aşağı enir...
|
|
|
|
|
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652;
|
|