|
AXC Ali Məclisinin üzvü olub və AXC Ali Məclisi sədrinin
müavini vəzifəsində işləyib.
"Azadlıq" qəzetinin parlament müxbiri olub. 1992-ci ilin
mayında Azərbaycan Respublikası Prezidenti Aparatının
ərazi-idarəetmə və hakimiyyət orqanları ilə iş şö'bəsinin müdiri,
1993-cü ilin aprelindən isə Azərbaycan Respublikasının dövlət
katibi tə'yin olunub.
1993-cü ildə 4 iyun hadisələrini rəsmi şəkildə qiyam kimi
qiymətləndirən ilk dövlət nümayəndəsi olub. 1993-cü il iyunun 26-
da iste'fa verərək Ordubad rayonunun Kələki kəndində yaşayan
prezident Elçibəyin yanına gedib, oradan isə bir sıra Qərbi Avropa
ölkələri və Amerika Birləşmiş Ştatlarına işgüzar səfərlərə çıxıb.
1994-cü ilin may ayından Bakı şəhərinə qayıdaraq AXCP sədrinin
siyasi məsələlər üzrə müavini işləyib. Hazırda AXCP sədrinin
birinci müavinidir. 1995-ci il noyabrın 12-də proporsional qaydada
AXC-dən Milli Məclisin üzvü seçilib. Hazırda
AXCP(i) sədri və
2003-cü il prezident seçkilərinə
namizəddir.
Ailəlidir, iki övladı var. |