ANA SƏHİFƏ
SEÇİN Kİ, SEÇİLƏSİNİZ!
daha çox oxuyun    [1] [2] [3]  
[16.08.2003] Növbədənkənar seçkilər keçirilə bilməz
Konstitusiya Məhkəməsi 179.1-ə şərh verib
Dünən Konstitusiya Məhkəməsi “Seçki Məcəlləsi”nin 179.1 maddəsinə şərh verib. Şərhə görə, prezident seçkilərinə üç ay və ondan az vaxt qalmış prezident vəzifəsindən gedərsə, növbədənkənar seçkilər keçirilmir. “Seçki Məcəlləsi”nin 179.1 maddəsinin tələbinə görə, prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilmiş müddət (prezidentin səlahiyyətlərinin icra müddəti beş ildir-TURAN) başa çatmamış bitərsə, növbədənkənar prezident seçkiləri keçirilir. Bu hal növbəti prezident seçkiləri təyin edildikdən sonra baş verərsə, növbəti seçkilər dayandırılır və növbədənkənar prezident seçkiləri keçirilir. Qanuna görə, növbədənkənar prezident seçkiləri üç ay müddətində keçirilməlidir.
Xatırladaq ki, Konstitusiya Məhkəməsi “Seçki Məcəlləsi”nin 179.1 maddəsinin şərh edilməsi ilə bağlı məsələyə Respublika Prokurorluğunun müraciətinə əsasən baxıb. Baş Prokurorun müavini Eldar Nuriyev bildirib ki, Müxalifətin Koordinasiya Mərkəzinə daxil olan 8 siyasi partiya lideri “Seçki Məcəlləsi”nin 179.1 maddəsinin araşdırılması ilə bağlı Respublika Prokurorluğuna məktub göndərib. “Prokurorluq araşdıma aparıb və həmin maddənin qəbulu zamanı qanun pozuntusuna yol verilmədiyini aşkarlayıb. Bununla yanaşı, Respublika Prokurorluğu bu maddənin şərhinə ehtiyac olduğunu hesab edərək Konstitusiya Məhkəməsinə müraciət edib”-deyə o vurğulayıb. Konstitusiya məhkəməsinin hakimi Rafik Qvaladze isə bildirib ki, prezident seçkilərinə üç aydan az vaxt qaldığı müddətdə prezident vəzifəsindən gedərsə, növbədənkənar seçkilərin keçirilməsinə ehtiyac qalmır. “Belə ki, qanunvericiliyə görə növbədənkənar seçkilər üç ay müddətində keçirilməlidir. Bu səbəbdən də təyin edilmiş seçkilər növbədənkənar seçki hesab edilməli və MSK-nın seçkilərin keçirilməsi ilə bağlı qəbul etdiyi qərarlar qüvvədə saxlanmalıdır”-deyə o qeyd edib.
[16.08.2003] Yüksək kürsü uğrunda 12 nəfər mübarizə aparacaq
Kimin qalib gələcəyinə isə oktyabrın 15-də xalq qərar verəcək.
Mərkəzi Seçki Komissiyasının dünən keçirdiyi sonuncu iclasında daha 3 nəfərin - Əli Kərimlinin (AXCP), Sabir Rüstəmxanlının (VHP) və Hafiz Hacıyevin (Müasir Müsavat) prezidentliyə namizədliyi qeydə alınıb. Beləliklə, bu gündən etibarən prezident kürsüsü uğrunda 12 nəfər namizəd mübarizə aparacaq.
Mərkəzi Seçki Komissiyasının dünən keçirdiyi sonuncu iclasında daha 3 nəfərin - Əli Kərimlinin (AXCP), Sabir Rüstəmxanlının (VHP) və Hafiz Hacıyevin (Müasir Müsavat) prezidentliyə namizədliyi qeydə alınıb. Beləliklə, bu gündən etibarən prezident kürsüsü uğrunda 12 nəfər namizəd mübarizə aparacaq. Onu da deyək ki, prezidentliyə 19 nəfər öz namizədliyini irəli sürmüşdü. Onlardan biri (Şadman Hüseyn) vəfat etmiş, digəri (Toğrul İbrahimli) isə öz namizədliyini geri götürmüşdü. 5 nəfərin namizədliyi isə toplanan imzalarda qeyri-dəqiqliyə yol verildiyi üçün qeydə alınmayıb. Bu gün prezidentliyə namizədlərin televiziyada çıxışı ilə əlaqədar püşkatma mərasiminin keçirilməsi gözlənilir. Püşkatma nəticəsində namizədlərin dövlət televiziyasında çıxış vaxtı müəyyənləşəcək. Dövlət televiziyasında çıxış üçün hər bir namizədə cəmi 3 saat vaxt ayrılacaq. Oktyabrın 14-dək davam edəcək təbliğat kampaniyası üçün hər bir namizədə Dövlət büdcəsindən 60 milyon manat vəsait ayrılıb. Dövlət prezidentliyə namizədlərin mühafizəsini öz üzərinə götürüb.
[15.08.2003] Avqustun 15-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur.
Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Rüstəmxanlı Sabir Xudu oğlunun,cənab Musayev Elşad Nəbi oblunun, Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov isə prezidentliyə namizədlikləri təsdiq edilmiş cənab Hacıyev Hafiz Ələmdar oğlunun, cənab Kərimli Əli Əmirhüseyn oğlunun, cənab Sadıxov Çingiz Dəmir oğlunun, cənab Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə namizədliklərinin qeydə alınması haqqında məlumat vermişlər.
Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Rüstəmxanlı Sabir Xudu oğlu və cənab Hacıyev Hafiz Ələmdar oğlu könüllü qeydiyyat depozitinin geri qaytarılmaması şərtilə namizədliklərinin qeydə alınması barədə rəsmi müraciət etdiklərinə görə Mərkəzi Seçki Komissiyası onların prezidentliyə namizədliklərini qeydə almaq haqqında qərar qəbul etmişdir.
Komissiya Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq edilmiş cənab Kərimli Əli Əmirhüseyn oğlunun sənədləri Seçki Məcəlləsinin tələblərinə uyğun rəsmiləşdirildiyinə görə onun prezidentliyə namizədliyini qeydə almaq barədə qərar qəbul etmişdir.
Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Musayev Elşad Nəbi oğlunun, cənab Sadıxov Çingiz Dəmir oğlunun, cənab Kərimli Tahir Zayıdağa oğlunun prezidentliyə namizədlikləri onların müdafiəsi üçün təqdim olunmuş etibarlı seçici imzalarının lazımi sayda olmaması səbəbindən qeydə alınmamışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizəd Həsənquliyev Qüdrət Müzəffər oğlu tərəfindən Mərkəzi Seçki Komissiyasına məşvərətçi səs hüquqlu üzv təyin edilmiş Mirzəbəyli Elçin Əbdülrəhim oğlunun, habelə Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparmaq üçün müşahidəçi təyin edilmiş Məmmədov Elbrus Qibləli oğlunun təsdiq edilməsi haqqında məlumat vermişdir. Komissiya buməsələlərin müsbət həlli barədə qərar çıxarmışdır.
İclasın sonunda 8 saylı Binəqədi və 92 saylı Zərdab –Ucar seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi məsələsi müzakirə edilmiş və müvafiq qərar qəbul olunmuşdur.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Büürosunun,Milli Demokratiya İnstitutunun, Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəliyinin, ABŞ və Türkiyə səfirliklərinin təmsilçiləri, xarici vaə yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
Mərkəzi Seçki Komissiyasının Mətbuat xidməti
[14.08.2003] Avqustun 14-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq olunmuş cənab Hafiz Ələmdar oğlunun, cənab Şirin İxtiyar Əlibala oğlunun, cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun, xanım Hacıyeva Lalə-Şövkətin prezidentliyə namizədliklərinin qeydə alınması haqqında məlumat vermişdir. Komissiya Azərbaycan Respublikası prezidentliyinə namizədlikləri təsdiq edilmiş cənab Hacıyev Hafiz Ələmdar oğlunun, cənab Şirin İxtiyar Əlibala oğlunun, cənab Əlizadə Araz Məmməd Mübariz oğlunun nami-zədliklərini onların müdafiəsi üçün təqdim olunmuş etibarlı seçici imzalarının lazımi saydan az olmasına görə qeydə almamışdır.
Azərbaycan Respublikası prezidentliyinə namizədliyi təsdiq olunmuş xanım Hacıyeva Lalə-Şövkət könüllü qeydiyyat depozitinin geri qaytarılmaması şərtilə namizədliyinin qeydə alınması barədə müraciət etdiyinə görə Mərkəzi Seçki Komissiyası onun prezidentliyə namizədliyini qeydə almaq haqqında qərar qəbul etmişdir.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cənab Rüstəmxanlı Sabir Xudu oğlunun prezidentliyə namizədliyinin qeydə alınmaması barədə səsvermə keçirilməsi haqqında məlumat vermişdir.
Komissiya Sabir Xudu oğlu Rüstəmxanlının prezidentliyə namizədliyinin qeydə alınmamasını səs çoxluğu ilə qərara almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudov Azər-baycan Respublikası Seçki Məcəlləsinin 19.3-cü maddəsinin tələblərinin bəzi dairə seçki komissiyaları tərəfindən pozulması barədə Mərkəzi Seski Komissiyasına daxil olmuş şikayətlərə baxılmasının nəticələri haqqında məlumat vermişdir. Məsələ hərtərəfli müzakirə olunmuş və əslində heç bir qanun pozuntusu hallarına yol verilmədiyi aşkara çıxarılmışdır.
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Svetlana Qasımovanın 76 saylı Lənkəran- Astara dairə seçki komissiyasının tərkibində dəyişiklik edilməsi barədə məlumatı dinlənilmişdir. Həmin dairə seçki komissiya-sının tərkibində dəyişiklik edilməsinə razılıq verilməsi qərara alınmışdır.
Müsavat Paritiyası tərəfindən Mərkəzi Seçki Komissiyasında məşvə-rətçi səs hüquqlu üzv təyin edilmiş İsmayılov İlham Köçəri oğlunun təsdiq edilməsi haqqında komissiyanın katibi Vidadi Mahmudovun məlumatı dinlənildikdən sonra İsmayılov İlham Köçəri oğlunun məşvərətçi səs hüquqlu üzv təsdiq edilməsi qərarlaşdırılmışdır.
Seçki Komissiyasının katibi İnqilab Nəsirov Komissiyaya daxil olmuş müraciətlərə baxılması haqqında məlumatla çıxış etmişdir. Komissiya həmin müraciətlərin Azərbaycan Respublikası Baş Prokurorluğunda araş-dırılan sənədlərə əlavə kimi göndərilməsini qərara almışdır.
İclasın sonunda cari məsələlər müzakirə olunmuşdur.
Komissiyanın iclasında Seçki Sistemləri üzrə Beynəlxalq Fondun (İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurası Baş Katibinin xüsusi nümayəndəliyinin, ABŞ, Türkiyə, Yaponiya səfirliklərinin təmsilçiləri, xarici və yerli kütləvi informasiya va-sitələrinin nümayəndələri iştirak etmişlər.
[13.08.2003]  Prezidentiyə namizədliyi qeydə alınanların sayı səkkiz oldu
Dünən MSK-nın növbəti iсlasında AMİP Sədri Etibar Məmmədovun prezidentliyə namizədliyi qeydə alındı. Məruzə ilə çıxış edən MSK katibi İnqlab Nəsirov Etibar Məmmədovun namizədliyinin müdafiəsi ücün 50.400 imzanın komissiyaya təqdim olunduğunu və ekspert qrupu tərəfindən aparılan yoxlamanın nətiсəsi olaraq 47.244 imzanın qanunun tələblərinə müvafiq olaraq toplandığını elan etdi. O, daha sonra namizədin əmlakı və gəlirləri haqqında təqdim olunan sənədlərdə də hər hansı bir qüsurun olmadığını və işci qrupun rəyinə görə təqdim edilən bütün sənədlərin qanunun tələblərinə сavab verdiyini komissiya üzvlərinin nəzərinə çatdırdı. Müzakirələrdən sonra səsvermə nətiсəsində 10 nəfər lehinə, 4 nəfər əleyhinə və bir nəfər bitərəf olmaqla Etibar Məmmədovun Azərbayсan Respublikası Prezidentliyinə namizədliyi qeydə alındı.
[13.08.2003]  Rusiya Federasiyasının rəsmiləri İlham Əliyevin prezidentliyə namizədliyini yüksək qiymətləndirirlər
Xarici ölkə diplomatları Azərbaycanda keçiriləcək prezident seçkilərini diqqət mərkəzində saxlayıblar. Müstəqil dövlətdə bu il keçiriləcək prezident seçkiləri demokratik və obyektivliyinə görə əvvəlkilərdən xeyli fərqlənəcək.  Bunu namizədlər arasında daha çox müxalifət nümayəndələrinin olması da təsdiqləyir. Namizədlərin sayı nə qədər çox olsa da, beynəlxalq təşkilatların ekspertləri, habelə tanınmış ictimai-siyasi xadimlər, peşəkar diplomatlar İlham Əliyevin ən şanslı namizəd olduğunu deyir, onun namizədliyini yüksək qiymətləndirirlər. Bu qənaətə gələn tanınmış diplomatlar İlham Əliyevin beynəlxalq aləmdə apardığı danışıqlar və görüşlər zamanı məntiqli xarici siyasətinin nəticələrinə əsaslanmışlar. Bu günlərdə Rusiya Federasiyasının “Nezavisimaya qazeta”sı da Azərbaycanda keçiriləcək prezident seçkilərinə münasibət bildirmişdir. Ümumiyyətlə, qəzet Müstəqil Dövlətlər Birliyində prezidentliyə ən şanslı namizədlərin siyahısını dərc etmişdir. Azərbaycanda isə həmin namizədin İlham Əliyevin olduğu qeyd edilir. “Nezavisimaya qazeta”nın yazdığına görə Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü, ARDNŞ-in birinci vitse-prezidenti İlham Əliyev Azərbaycan prezidentliyinə bir nömrəli namizəddir. Qəzet Rusiya Federasiyasının yüksək dairələrinin rəylərini öyrəndikdən sonra bu qənaətə gəlmişdir. Görünür Rusiya Federasiyasının hakim dairələri də İlham Əliyevin prezident olmasına maraqlıdır. Bu da təsadüfi deyildir. Rusiya ilə Azərbaycan arasında aparılan iqtisadi-siyasi və mədəni əlaqələr daim yüksələn xətt üzrə inkişaf edir. Nəzərə alsaq ki, Vladimir Putin Rusiya Federasiyasının prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etmiş, bunun özü bir daha təsdiqləyir ki, Azərbaycanla Rusiya arasında iqtisadi əlaqələr daim möhkəmlənir, Rusiya kimi qüdrətli bir dövlətin Azərbaycanla əməkdaşlıq etməsində israrlı olması ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun artması deməkdir. Görünür Rusiya rəsmiləri Heydər Əliyevdən sonra hakimiyyətin İlham Əliyev kimi yetkin siyasi xadim, geniş dünya görünüşünə malik, yüksək intellektual səviyyəyəli bir şəxsiyyətin əlinə düşməsinə maraqlıdır. Həm də İlham Əliyevin neft strategiyası sahəsində yeritdiyi uğurlu siyasət Rusiyanın ictimai siyasi xadimlərinin diqqətindən yayınmamışdır. Nəzərə alsaq ki, neft kəmərinin bir qolu da Novorosiyskdən keçir, Azərbaycan-Rusiya əməkdaşlığının daha da inkişaf etdirilməsinə əmin ola bilərik. Bütün bunlara görə də Rusiya Federasiyasının yüksək dairələri İlham Əliyevin prezidentliyə ən layiqli namizəd olduğunu deyirlər.

[11.08.2003] Prezident seçkisinə 1,9 milyard manat ayrılıb
Daha 7 milyard manat MSK-nın hesabındadır
Azərbaycanda prezident seçkisi prosesinə 1,9 milyard manat (386.6 min dollar) vəsait xərclənib. Bu barədə ötən gün Rusiyanın “İnterfaks” agentliyi ilə söhbətində Azərbaycanın maliyyə naziri Əvəz Ələkbərov bildirib.
“Daha 7 milyard manat hazırda Mərkəzi Seçki Komissiyasının hesabındadır. Ümumiyyətlə isə 2003-cü ildə dövlət büdcəsindən seçki prosesi üçün 22 milyard manat ayrılıb. Gərək olduqca biz bu vəsaiti də MSK-nın hesabına keçirəcəyik”-deyə maliyyə naziri bildirib.
Onun sözlərinə görə, MSK qeydiyyatdan keçmiş hər bir namizəd üçün Seçki Fonduna 60 milyon manat keçirib. Bundan əlavə, MSK üçün ayrılmış hesabda namizədlərə efir vaxtının verilməsi, dairə və yerli seçki məntəqələrində işlərin təşkili, seçkilərin keçirilməsi üçün təbliğat plakatlarının hazırlanması üçün ayrılan vəsait əksini tapıb. Maliyyə naziri qeyd edib ki, prezidentliyə namizədin seçki fondu 5,5 milyard manatı aşmamalıdır. Qeyd olunmalıdır ki, seçki fondu prezidentliyə namizədlərin təmsil olunduğu partiyaların və ya partiya bloklarının vəsaiti hesabına, MSK-nın ayırmaları, fiziki və hüquqi şəxslərin könüllü olaraq ayırdıqları hesablardan təşkil olunur. Xatırladaq ki, prezidentliyə namizədlərin qeydiyyat üçün sənədlərinin qəbulu avqustun 6-da başa çatıb. Seçkidə iştirak edəcək namizədlərin ümumi siyahısı isə avqustun 21-dən gec olmayaraq elan olunmalıdır. Namizədlərin təbliğatı avqustun 14-dən başlayacaq və oktyabrın 14-ə kimi davam edəcək.
[11.08.2003] Efir vaxtının həcmi namizədlərin sayından asılıdır
Müxalifət müddətin artırılmasında israr edəcək
Prezidentliyə namizədliyi qeydə alınan şəxslərə təbliğat-təşviqat kampaniyası aparmaq üçün pulsuz efir vaxtının ayrılması məsələsi müzakirə mövzusuna çevrilməkdədir. MSK-dakı YAP təmsilçilərinin bu vaxtın həftədə 3 saat olmasını tələb etmələrinə rəğmən müxalifətçilər müddətin artırılmasını istəyirlər. Bəs namizədliyi qeydə alınan qurumların təmsilçiləri bu barədə nə düşünürlər?
Milli Vəhdət Partiyasının sədri, prezidentliyə namizədliyi qeydiyyata alınmış Yunus Oğuz hesab edir ki, həftədə 3 saat efir vaxtının ayrılmasının özü də kifayət qədərdir: “Ancaq namizədlərin sayına görə bilinəcək ki, neçə dəqiqə çıxış olacaq. Nə qədər çox namizəd olsa, vaxt da o qədər qalacaq. Məsələn, 10 namizəd olarsa, həftədə onların hər birinə 18 dəqiqə düşür. Hər halda nə düşəcəksə, çalışacağıq ki, o vaxta qənaət edək, onun öhdəsindən gələk, çıxışlarımızı lokal quraq. Geniş şərhlər vermədən seçkiqabağı platformamızı və digər məsələləri hər həftə 10-15 dəqiqə müddətində açıqlayaq”. Namizəd bildirib ki, vaxt azlıq edəcəyi təqdirdə onun artırılması üçün MSK-ya müraciət edəcək: “Bu, MSK-nın işi olacaq ki, bu məsələyə necə yanaşacaq. Qeydiyyat mərhələsi tam qurtarandan sonra bilinəcək ki, hər namizədə neçə dəqiqə düşür”.
Müsavat başqanının seçki qərargahının sədri Arif Hacılı isə hesab edir ki, Azərbaycan şəraitində müxalifətin efirə buraxılmamasını nəzərə almaqla bu vaxt azlıq təşkil edir. A.Hacılının qənaətincə, efir vaxtının 20-30 saat olması daha məqsədəuyğundur. Həmin vaxtın əldə edilməsinə gəlincə isə Müsavat təmsilçisi səylər nəticəsində bunu əldə edə biləcəklərini güman edir.
Ədalət Partiyası sədrinin MSK-dakı səlahiyyətli nümayəndəsi Aydın Alıyev bildirib ki, komissiyadan dəqiq məlumat aldıqdan sonra konkret bir fikir deyə bilər: “Mənim əlimdə rəsmi məlumat yoxdur. Buna görə də dəqiq bir şey deyə bilmərəm. Çünki saatın miqdarı namizədlərin sayından asılı olmalıdır. Təxminən 14-15 namizəd olacaq. Bu qədər namizəd üçün 3 saat heç nədir. Sadəcə olaraq deyirlər ki, təbliğat üçün vaxt vermirik”.

[09.08.2003] "Builki seçkilərdə saxtakarlıq halları az olacaq"
ƏDALƏT PARTİYASININ SƏDRİ İLYAS İSMAYILOV: "BUNU İQTİDARIN DAVRANIŞI DA SÜBUT EDİR"
"İqtidarın atdığı son addıma qarşı müxalifətin ən sərrast cavabı vahid namizədin müəyyənləşdirilməsi ola bilər". Bu fikirləri "525"in müxbiri ilə söhbətində Ədalət Partiyasının sədri İlyas İsmayılov son vaxtlar müxalif siyasi kuluarlarda aktuallaşan müxalifətin vahid namizədini müəyyənləşməsi barədə mövqeyini açıqlayarkən bildirib. Xatırladaq ki, vahid namizədinin müəyyən edilməsinin vacibliyi Müxalifətin Koordinasiya Mərkəzinin (MKM) sonuncu toplantısında da vurğulanıb. İ.İsmayılovun sözlərinə görə, o daim müxalifətin vahid namizədinin müəyyənləşdirilməsinin tərəfdarı olub: "Yeri gəlmişkən, qeyd edim ki, bu günlərdə AMİP sədri Etibar Məmmədovun müsahibəsilə tanış oldum. O müsahibəsində bildirib ki, vahid namizədlə bağlı MKM-ə daxil olan partiyaların içərisində intensiv məsləhətləşmələr gedir. Mən də bu istiqamətdə MKM-ə daxil olan partiyalara uğurlar arzulayıram. Arzu edirəm ki, onlar öz vahid namizədlərini müəyyən etsinlər". İ.İsmayılov MKM-in daxilində vahid namizədlə bağlı konkret müzakirələrə başlanacağı təqdirdə onların da bu prosesə qatılmasını istisna etməyib: "Qoy əvvəl MKM öz namizədini müəyyən etsin, sonrasına baxarıq". Əgər müxalifətin vahid namizəd ideyası reallaşmasa, bu həmin qüvvənin seçkilərdə qalib gəlmə şansına necə təsir göstərə bilər? İ.İsmayılovun qənaətinə görə, əgər seçkilər demokratik keçirilərsə, müxalifətin qalib gəlməsi üçün şans yaranar: "Görürük ki, iqtidarın özünün də vahid namizədi yoxdur. Heydər Əliyev də, İlham Əliyev də, iqtidaryönlü partiyaların bir neçə namizədi də seçkilərə qatılıb. Demək istəyirəm ki, seçkilərdə əsas problem həmin prosesin ədalətli keçməsi və seçki saxtakarlığının aradan qaldırılmasıdır. Bndan savayı problem görmürəm". İ.İsmayılov builki seçkilərdə saxtakarlıq hallarının əvvəlkilərdən az olacağına ümid etdiyini bildirib: "Bunu iqtidarın davranışı da sübut edir. Şübhəsiz ki, bu prosesə beynəlxalq nəzarət də güclü olacaq".  
[09.08.2003] İLHAM ƏLİYEV BİRİNCİDİR
RESPONDENTLƏR MÜXALİFƏTİN SEÇKİLƏRƏ VAHİD NAMİZƏDLƏ GEDƏ BİLMƏYƏCƏYİ FİKRİNDƏDİRLƏR

I. Sabah seçki keçirilsə, aşağıdakı siyasətçilərdən hansına səs verərdiniz?
1. İ.Əliyev -  51,7 %
2. İ.Qəmbər - 12,8 %
3. E.Məmmədov -  8 %
4. Ə.Kərimli - 6,8 %
5. Y.Oğuz - 6,6 %
6. L.Şövkət - 5,9 %
7. S.Rüstəmxanlı - 3,1 %
8. İ.İsmayılov - 2,6 %
9. A.Əlizadə - 0,8 %
10. T.Kərimli - 0,6 %
11. Q.Həsənquliyev - 0,5 %
12. A.Səmədov -  0,2 %
13. H.Hacıyev - 0,1 %
14. İ.Şirin - 0,1 %
15. Ç.Sadıqov - 0,1 %
16. E.Musayev - 0,1 %
Prezident seçkisi uğrunda yarışın çox əhəmiyyətli mərhələsi başlayır. Ölkədə baş verən siyasi hadisələrin gərginliyi cəmiyyətin bütün təbəqələrinə ciddi təsir edir. Uyğun olaraq ictimai rəyin dəyişmə dinamikası da sürətlənir. Artıq prezidentliyə namizədlərin şanslarının dəyərləndirilməsi aktuallaşır. Son siyasi hadisələrin fonunda siyasi qüvvələrin seçkiyə hansı əməkdaşlıq formasında qatıla biləcəyi də maraq kəsb edir. "Sel" Analitik İnformasiya və Sorğu Mərkəzi bu aktual mövzulara aid Bakı şəhərində 300 respondent arasında sorğu keçirib. Sorğuda iştirak edənlərin 50 faizi kişi, 50 faizi isə qadın olub. Gənclər 53 faiz, orta yaşlılar 37 faiz, yaşlılar 10 faiz təşkil edib. Respondentlər müxtəlif peşə sahibləri olublar. Nəticələr aşağıdakı kimidir.
 Qeyd: Prezidentliyə namizədlərin reytinqlərinin bu cür nisbəti son siyasi hadisələrin məntiqi baxımından izah olunandır.
   1. İlham Əliyevin hiss ediləcək fərqlə irəli çıxması onun baş nazir təyin edilməsinə verilən ictimai reaksiyanın göstəricisidir. İ.Əliyevin reytinqinə Avropa Şurasının son iclaslarında Azərbaycanın mövqeyini böyük fəallıqla müdafiə etməsi də təsir edib. Onun baş nazir təyin olunmasında Qərb və Rusiyadan dəstək gəlməsi amili də öz rolunu oynayıb.
   2. Müsavat başqanı İsa Qəmbərin reytinqinin aşağı düşməsi son hadisələr prizmasından başa düşülən görünür. Qərbdən ümid edilən dəstəyin olmaması, daxildə elə bir ciddi təbliğatın aparılmaması, müxalifət sıralarında davam edən çəkişmələr İ.Qəmbərin şansını azaldıb.
   3. Etibar Məmmədov hələ real və təsirli siyasi gedişi ortaya qoya bilməyib. Onun müxalifətin qurumları daxilindəki fəaliyyəti də başqalarından seçilmir. AMİP hələ də seçki platformasını açıqlamayıb, seçkiyə necə qatılacağı məlum deyil. Onun da Qərbdən dəstəyini itirməsi öz təsirini göstərir. Respondentlər E.Məmmədova münasibətdə qeyri-müəyyənliklərini saxlamaqdadırlar.
   4. Əli Kərimli qışda qazandığı imici xərcləməkdədir. MM-də ünvanına söylənənlər və son hadisələr zamanı dəstək görməməsi onun reytinqini aşağı salıb. Ə.Kərimli müstəqil olaraq elə bir ciddi siyasi gediş etməyib.
   5. Yunus Oğuzun reytinqdə irəliləməsi qarışıq siyasi proseslərdən kənarda durması, seçki platformasını daha fəal təqdim etməsi və təbliğatda onun ayrı-ayrı tərəflərini qabartması ilə izah olunur. Y.Oğuzun ideoloji konsepsiyada millətsevərlik, barış və türkçülüyə istinad etməsi, dayanıqlı iqtisadi inkişaf vəd etməsi cəmiyyət tərəfindən anlaşıqlıqla qarşılanır.
   6. L.Şövkət yaz aylarına nisbətən fəallığını artırıb, seçki platformasını tədricən təqdim etməyə başlayıb.
   7. Sabir Rüstəmxanlı həm siyasi addımlarında fəaldır, həm də təbliğat müstəvisində mühüm irəliləyişlər edib.
   8. İ.İsmayılov son siyasi gedişləri ilə "sol" düşərgəyə və Rusiyaya bağlılığını təsdiqlədi. Buna baxmayaraq, İ.İsmayılov reytinqini yüksəldə bilib.
   9. A.Əlizadə siyasi səhnədə çox az göründüyündən, seçki konsepsiyası məlum olmadığından və sosial-demokrat ideyasının qeyri-populyarlığından reytinq cədvəlinin sonlarında qərarlaşıb.
   10. T.Kərimli siyasi taleyini Rusiyapərəstlərə bağlamaqla taleyini həll edib. Onun nə siyasi konsepsiyası, nə də seçki platforması bəlli deyil. Son siyasi manevrləri də siyasi mövqeyinə pis təsir edib.
   11. Q.Həsənquliyev "cəbhəçi" kimi seçki platformasında hansı fərqli cəhətləri ortaya qoyacağını deməyib. Onun konseptual ideyaları da bəlli deyil. Seçici üçün Q.Həsənquliyev "qapalı obyekt"dir".
   12. A.Səmədov siyasi səhnədə son 6-7 ayda, demək olar ki, görünməyib. Onun hər hansı seçki platforması ortaya qoyacağına inam azdır. Odur ki, respondentlər onu "görə bilmirlər".
   13. H.Hacıyev heç bir konsepsiya və platforma ortaya çıxarmayıb. Təbliğatda fəallığı gözə dəymir. Seçici H.Hacıyevi, demək olar ki, tanımır.
   14. İ.Şirin Elçibəy hökumətinin baş prokuroru imicini xərcləmiş, ancaq əvəzində yeni heç nə ortaya qoymayan siyasətçi obrazına malikdir. Respondentlər onu da "hiss etmirlər".
   15. Ç.Sadıqov AMİP - AXCP (i) - Tərəqqi sazişini imzalayanlardan biri olmaqdan başqa imicə malik deyil. Onun hər hansı siyasi konsepsiyaya və platformaya malik olduğu məlum deyil.
   16. E.Musayevi, demək olar ki, respondentlərin əksəriyyəti tanımır. Onun siyasi mövqeyi haqda təsəvvür çox cüzidir. Odur ki, reytinqin son pilləsində qərarlaşması təsadüfi deyil.
   II. Sizcə, müxalifət prezident seçkisinə vahid namizədlə gedə biləcək?
   a) Hə - 24,3 %
   b) Yox - 65,5 %
   v) Cavab verməkdə çətinlik çəkirəm - 10,2 %
   Qeyd: Əvvəlki sorğularda alınan nəticələrə uyğunluq müxalifətin seçici inamını qazana bilməməsini göstərir. Bir neçə aylıq fəaliyyət respondentlərin onlar haqqındakı fikrinə elə bir dəyişiklik etməyib. Deməli, insanlar hələ də sözlə əməl arasında fərqi görürlər.
[09.08.2003] MSK daha iki iddiaçının prezidentliyə namizədliyini təsdiq edib
Mərkəzi Seçki Komissiyası Yunus Oğuzun ("MilliVəhdət") və İlyas İsmayılovun ("Ədalət") prezidentliyə namizədliyini təsdiq edib.
Beləliklə, prezidentiyə namizədliyi qeydə alınanların sayı yeddiyə çatıb.Bundan əvvəl MSK Heydər Əliyevin, İlham Əliyevin, İsa Qəmbərin, Qüdrət Həsənquliyevin və Abutalıb Səmədovun namizədliyini qeydə alıb
[07.08.2003] MSK 12 namizədin məsələsinə baxır
18 prezidentliyə namizədin imza vərəqələri MSK-ya təqdim edilib
Dünən prezidentliyə namizədlərin imza vərəqələrinin MSK-ya təqdim edilməsi prosesi başa çatdı. MSK-dan bildiriblər ki, sonuncu gün ASDP-dən Araz Əlizadə, Milli Konqres Partiyasından İxtiyar Şirin, Tərəqqi Partiyasından Çingiz Dəmiroğlu və Vəhdət Partiyasından Tahir Kərimlinin prezidentliyə namizədlikləri ilə bağlı imza vərəqələri və müvafiq sənədlər komissiyaya təqdim edilib.
Beləliklə, prezidentliyə namizədliyi MSK tərəfindən təsdiq edilən 19 nəfərdən cəmi biri “Namus” Partiyası tərəfindən namizədliyi irəli sürülmüş Toğrul İbrahimli ilə bağlı imza vərəqələri komissiyaya təqdim olunmayıb. Digər namizəd Şadman Hüseyn isə vəfat etdiyindən MSK onun namizədliyini ləğv edəcək. Qeyd edək ki, artıq 5 nəfər - Heydər Əliyev, İlham Əliyev, İsa Qəmbər, Abutalıb Səmədov və Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyi qeydiyyata alınıb. MSK daha 12 namizədin qeydiyyat məsələsinə baxacaq.
[06.08.2003]  Sənədlərin qəbulu başa çatıb
Dünən saat 18:00-da prezidentliyə namizədlərin qeydə
alınması üçün MSK-ya imza vərəqələrinin və digər sənədlərin təqdim olunması müddəti başa çatıb.

MSK-nın mətbuat xidmətinin rəhbəri Arif Hüseynovun bildirdiyi kimi, təsdiq olunmuş 19 namizəddən 15-i qeydiyyata alınması üçün sənədlərini təqdim edib. Onlardan 5-i - indiki prezident Heydər Əliyev, baş nazir İlham Əliyev, “Müsavat”ın lideri İsa Qəmbər, “Azərbaycan Naminə Alyans” Partiyasının rəhbəri Abutalıb Səmədov və Qüdrət Həsənquliyev (“Xalq cəbhəsi” təşəbbüs qrupu tərəfindən irəli sürülüb) artıq prezidentliyə namizəd kimi qeydə alınıblar. Sənədlərini təqdim etmiş namizədlərdən biri - Şadman Hüseynov vəfat edib. Avqustun 16-na qədər MSK sənədlərini ona təqdim etmiş qalan 9 namizədin - “Ədalət” Partiyasının lideri İlyas İsmayılov, “Milli Vəhdət” Partiyasının rəhbəri Yunus Əliyev (Oğuz), AMİP-in lideri Etibar Məmmədov, Lalə Şövkət (“Milli Vəhdət”
Partiyasının təşəbbüs qrupu tərəfindən irəli sürülüb), “Vətəndaş Həmrəyliyi” Partiyasının rəhbəri Sabir Rüstəmxanlı, AXCP-nin lideri Əli Kərimli, “Müasir Müsavat” Partiyasının lideri Hafiz Hacıyev, Elşad Musayev (“Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupu) və Sosial-demokrat Partiyasının başçısı Araz Əlizadənin qeydə alınması məsələsinə baxacaq. Prezidentliyə daha 4 namizəd - Toğrul İbrahimli (“Azərbaycançılıq Naminə” seçicilərin təşəbbüs qrupu), “Tərəqqi” Partiyasının rəhbəri Çingiz Sadıxov, (“Vahid Azərbaycan” Partiyasından) “Vəhdət” Partiyasının başçısı Tahir Kərimli və “Milli Konqres Partiyasının sədri İxtiyar Şirin qeydiyyata alınmaları üçün sənədlərini təqdim etməyiblər. Avqustun 16-dan qeydiyyata alınmış namizədlərin seçkiqabağı təşviqatı başlayacaq.
[01.08.2003] Avqustun 1-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Məzahir Pənahov iclas iştirakçılarına 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması haqqında məlumat vermişdir. O, cənab İlham Heydər oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrinin və digər seçki sənədlərinin Seçki Məcəlləsinin tələblərinə tam uyğun olması bütün iştirakçıların diqqətinə çatdırmışdır.
Mərkəzi Seçki Komissiyası cənab İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini qeydə almaq barədə qərar çıxarmışdır.
Daha sonra iclas gündəliyində nəzərdə tutulmuş digər məsələlərə baxılmışdır.
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Milli Konqres Partiyasına, habelə “Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupu tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş Elşad Musayevə əlavə imza vərəqələri verilməsi üçün müraciətlərə baxılması haqqında komissiya üzvlərini məlumatlandırmışdır. Mərkəzi Seçki Komissiyası Milli Konqres Partiyasına və prezidentliyə namizədliyi “Böyük Azərbaycan” seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Elşad Musayevə əlavə imza vərəqələri verilməsini qərara almışdır.
İclasda Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov Vəfa Adil qızı Dəmirovanın Azərbaycan Respublikası Prezidentinin seçkiləri üzrə 55 saylı Xaçmaz şəhər seçki dairəsi dairə seçki komissiyasının üzvlüyündən öz xahişi ilə vaxtından əvvəl azad edilməsi barədə məlumat vermişdir. Komissiya bu xahişə əməl olunmasını qərara almışdır.
İclasda Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar bəzi sənəd nümunələrinin təsdiq edilməsi haqqında Mərkəzi Seçki Komissiyasının katibi Vidadi Mahmudovun məlumatı dinlənildikdən sonra həmin sənədlər əsas kimi qəbul olunmuşdur.
Sonda cari məsələlərə baxılmışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Bakı ofisinin,Yaponiya, Türkiyə, İsrail, ABŞ, Polşa səfirliklərinin təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
[19.07.2003] İyulun 19-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası olmuşdur. Komissiyanın sədri Məzahir Pənahov 2003-cü il oktyabrın 15-də keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində Heydər Əlirza oğlu Əliyevin prezidentliyə namizədliyinin qeydə alınması haqqında məlumat vermişdir.
İclasda Heydər Əlirza oğlu Əliyevin namizədliyinin qeydə alınması üçün təqdim olunmuş imza vərəqələrinin və digər seçki sənədlərinin Seçki Məcəlləsinin tələblərinə tam uyğun olması bütün iştirakçıların nəzərinə çatdırılmışdır. Mərkəzi Seçki Komissiyası cənab Heydər Əliyevin Azərbaycan Respublikasının prezidentliyinə namizədliyini qeydə almaq barədə qərar çıxarmışdır.
Cənab Heydər Əlirza oğlu Əliyev Mərkəzi Seçki Komissiyasında təsdiq olunmuş namizədlər arasında prezidentliyə qeydə alınmış ilk namizəddir.
Komissiya daha sonra gündəliнdəki digər məsələlərin müzakirəsini keçirmişdir.
Mərkəzi Seçki Komissiyasının katibi Вкеаек Раьршетв Azərbaycan Vahid Kommunist Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş cənab Sayadov Sayad Sayad oğlunun namizədliyinin təsdiq olunması haqqında məlumat vermişdir.
Komissiya prezidentliyə namizədin təqdim olunmuş sənədlərinin Seçki Məcəlləsinin tələblərinə uyğun hazırlanmadığını nəzərə alaraq cənab Sayad Sayad oğlu Sayadovun namizədliyini təsdiq etməmişdir.
İclasda 2003-cü il oktyabrın 15-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətə baxılması haqqında komissiyanın üzvü İlham Məmmədovun məlumatı dinlənilmişdir.
Komissiya müraciətin araşdırılaraq müvafiq tədbirlər görülməsi üçün sənədlərin Azərbaycan Respublikasının Baş Prokurorluğuna, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Ədliyyə Nazirliyinə göndərilməsi ni qərara almışdır. Komissiya üzvlərinin dairə seçki komissiyalarında məsələlərin aidiyyəti üzrə araşdırılmasını da məqsədə müvafiq saymışdır.
İclasda Xalq Cəbhəsi Partiyasıса əlavə sayda imza vərəqələri verilməsi рзцзпзцк müsbət həll olunmuşdur.
Komissiya iclasın sonunda cari məsələlərə baxmaqla işini tamamlamışdır.
İclasda Seçki Sistemləri üzrə Beynəlxalq Fondun(İFES), ATƏT-in Demoukratik Təsisatlar və İnsan Hüquqları Bürosunun təmsilçiləri, habelə xarici və yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

daha çox oxuyun    [1] [2] [3]

"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info