ANA SƏHİFƏ
SEÇİN Kİ, SEÇİLƏSİNİZ! 15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir.
daha çox oxuyun    [1] [2] [3]
[02.09.2003] İlk teledebatda namizədlər necə göründülər?
Hay-küyçülər müzakirəni “ittihamnamə”yə çevirdilər
Ötən şənbə dövlət televiziyasında təşkil edilmiş teledebatı təbliğat kampaniyasının ilk 2 həftəsinin son nöqtəsi saymaq olar. Həm də bundan sonra namizədlərin təbliğatlarını hansı xətlə davam etdirə biləcəkləri haqda başlanğıc nöqtəsidir. Teledebat təbliğatı politoloji baxımdan dəyərləndirmək üçün düşünməyə xeyli material verdi.
Mövzunun müstəqillik, dövlətçilik və onun qorunması ilə bağlı olması ayrıca əhəmiyyət daşıyırdı. Seçici üçün bu prinsipial məsələ haqda namizədlərin nə düşündüyünü, hansı konkret ideyalar əsasında hərəkət edəcəklərini öyrənmək çox maraqlı idi. Əfsus ki, o, bu məqsədinə tam nail ola bilmədi. Çünki teledebatın əksər iştirakçısı dövlətçiliyi qoyub, bir-birini ittiham əsasında ucuz təbliğata getdi. Aydın göründü ki, bu təbliğat qoyulan problemə aid daha real və perspektivli fikir söyləmək əvəzinə, rəqibi haqda tənqidi (və bəzən təhqir xarakterli) söz demək hesabına aparılır. Bu da həm teledebatın mahiyyətinə zidd idi, həm də seçicini çaşbaş salırdı. ABŞ-da teledebatların nə qədər ciddi rol oynadığı hamıya məlumdur. Ona namizədlər çox ciddi hazırlaşırlar və hətta əvvəlcədən replikalara necə cavab veriləcəyi müəyyənləşdirilir. Tssüf ki, bizdəki teledebat başqa təsir bağışladı və iştirakçıların hazırlıqlarındakı qüsurlar aydın göründü. Hər şeydən öncə teledebatda bütün namizədlərin iştirak etməməsinin səhv olduğu bilindi. Bəzilərinin təmsilçiləri, ümumiyyətlə, dövləti qorumağın nəzəri-konseptual incəliklərindən xəbərsiz olduqlarını nümayiş etdirdilər. Odur ki, onlar müzakirə mövzusu haqda danışmaq əvəzinə ənənəvi ittihametmə yolunu tutdular. Bu ittihamların konkret dövlətçiliyə çox az aidiyyatı vardı. Daha çox köhnə haqq-hesabları “mən yaxşı, siz pis” məntiqi üzrə yenidən qabartmaq cəhdi görünürdü. Bu zaman teledebat iştirakçılarının hazırkı problemlərdən çox uzaq olduğu tssüratı yaranırdı. Onları bu günə mövcud olan problemlərə dəvət etmək cəhdlərinə də fikir vermədilər. Başı ittihamlara qarışanlar yenə bir-birinə hücum edib, “siz beləsinizsə, hansı dövlətçilikdən danışa bilərik” sualı ilə aranı qatdılar. Təbii ki, sual verən cavabında analoji suallarla rastlaşdı. Nəticədə teledebat mövzusunun mahiyyəti baxımından XX əsrin 90-cı illərinin əvvəlinə gedib çıxdı. İştirakçılar müzakirəyə çıxarılan mövzunun konstruktivliyini tuta bilmədilər. Bütün bunlara baxmayaraq, teledebat konkret namizədlərin seçki təbliğatının əsas tərəflərini üzə çıxardı. Əksər namizəd ənənəvi hay-küyçülükdən uzağa getməyib. Onların təbliğatda yeni texnologiyalardan istifadə etmələri də qeyri-müəyyəndir. Yəni sözdə böyük dəyişiklikdən, yenilikdən danışsalar da, siyasətçi kimi özlərində yeniləşmə yoxdur. Nə obrazda, nə nitqdə, nə düşüncə tərzində, nə də davranışda, çıxışlarında XX əsrin 90-cı illərinin siyasi leksikonunun iyi gəlməsi təsadüfi deyilmiş. Bəziləri hələ də o illərdə yaşayır. Olaylar
[30.08.2003] Ekslər birləşmək istəyirlər?
Prezident seçkiləri ərəfəsində Azərbaycanın müxalifət cəbhəsinə daxil olan və vaxtilə dövlət aparatında mühüm vəzifələr tutan şəxslərin bir araya gəlmək cəhdlərinə bu dəfə Moskvada baş vurulub.
Bir neçə gün bundan əvvəl Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Milli Məclisin eks- spikeri Rəsul Quliyev Moskvada bir araya gələrək bir sıra məsələləri müzakirə ediblər. Ekslərin görüşündən sonra Ayaz Mütəllibov bildirib ki, onlar prezident seçkiləri ərəfəsində Azərbaycandakı ictimai-siyasi vəziyyəti təhlil ediblər. Eks-prezıdent :“Bizim, demək olar ki, bütün məsələlərdə mövqelərimiz üst-üstə düşüb. Hər ikimiz tezliklə Azərbaycana qayıtmaq və prezident seçkilərində iştirak etmək istəyirik. Bunun üçünsə birgə hərəkət etməyimiz lazım gəlir”,-deyib. Mütəllibov bununla belə qarşıdan gələn prezident seçkilərində müxalifətin iştirak etməsinin düzgün olmadığını açıqlayıb. O deyib ki, müxalifət indidən seçkiləri uduzub. Çünki müxalifət arasında olan fikir ayrılıqları xalqın onlara olan etimadının azalmasına gətirib çıxarıb.
Eks-prezident: “Biz reallığı nəzərə alaraq prezidentliyə namizədliyini verən müxalifət nümayənlərindən bizim namizədliyimiz qeydə alınmadan seçkilərdə iştirak etməməsini xahiş edəcəyik”,-deyib.
Lakin müxalifətdən namizədliyini irəli sürən şəxslərin artıq təbliğat kampaniyasına başladıqlarını nəzərə alsaq onlar, ekslərin xahişinə çətin ki, razılıq versinlər. Bunun da səbəbi aydındır. Belə ki, ekslərin seçkilərdə iştirak etməsi müxalifətin səsinin parçalanması deməkdir. Təbii ki, müxalifət liderləri bununla barışa bilməzlər. Üstəlik, ekslərlə indiki müxalifət liderləri arasında kökü 90-cı illərin əvvəllərinə gedib çıxan çəkişmələr var və bu gün də həmin çəkişmələrin üstüörtülü şəkildə davam etməsi onların bir araya gəlmələrini qeyri-mümkün edir.
Xatırladaq ki, istər eks-spiker, istərsə də eks-prezident vaxtilə indiki müxalifəti ən sərt şəkildə tənqid ediblər və bəzən bu tənqidlər təhqirə qədər gedib çıxıb. Məhz bu baxımdan Rəsul Quliyev və Ayaz Mütəllibovun Moskva görüşündə əldə etdikləri razılaşma çətin ki, Azərbaycan ictimai-siyasi həyatına hər hansı bir təsir göstərə bilsin.
Məsələ ilə bağlı digər bir maraqlı məqam da diqqəti cəlb edir ki, bu da ekslərin Moskva görüşü ilə bağlı ADP-nin baş katibi Sərdar Cəlaloğlunun açıqlamasıdır. O, görüşə münasibət bildirərkən: “Rəsul Quliyev Milli Məclis sədri olarkən Rusiya ilə əlaqələrin ən yüksək səviyyədə inkişaf etdirilməsinə çalışıb. Təbii ki, Quliyevin Rusiya ilə Azərbaycan arasında əlaqələri genişləndirmək cəhdini Moskvada unutmayıblar”,-deyib.
Cəlaloğlunun məsələ ilə bağlı açıqlamalarından belə başa düşmək olar ki, dünənə kimi ABŞ-dan və Qərbdən dəstək axtaran Quliyev indi də Moskvaya “stavka” etməyə başlayıb. Bu isə o deməkdir ki, Quliyev Qərbdən istədiyi dəstəyi ala bilməməsindən narahatdır. Və nəhayət, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan Quliyevin Moskvaya maneəsiz gedib -gəlməsi göstərir ki, lazım gələcəyi təqdirdə, Rusiya da Quliyev - Mütəllibov iş birliyini dəstəkləyəcək. ZAMAN
[29.08.2003] Prezident seçkisinin ikinci tura saxlanması real görünmür
Sadəcə müxalifət bu variantla London uğursuzluğunu ört-basdır etmək istəyir
AMİP, AXCP “islahatçılar”, ADP və Müsavat partiyaları rəhbərlərinin London görüşü siyasi müşahidəçilər üçün hər hansı konkret nəticəsinə görə deyil, siyasi gündəmə təqdim etdiyi yeni mövzularla azacıq əhəmiyyətli sayıla bilər. Məlum görüşə dair ilk açıqlamadan bəri 15 oktyabrda keçiriləcək prezident seçkisinin ikinci turu perspektivi də siyasi prosesləri az-çox diqqətdə saxlayan kəslərin baxış bucağındadır.
Azərbaycanda seçkinin ikinci tura qalması təcrübəsinin, ümumiyyətlə, mövcud olmamasına rəğmən prezident seçkisinin ikinci turuna dair proqnozların müxalifətin vahid namizədinin müəyyənləşdirilməsi probleminə qarşı alternativ kimi ortaya atılması əslində ənənəvi mahiyyət daşıyır. İndiyə qədər də müxalifət düşərgəsində təmsil olunan bir sıra siyasi qüvvələr - konkret, lideri namizəd kimi seçkiyə qatılan Azərbaycan Liberal Partiyası tərəfindən seçki zamanı müxalifətin ümumi dəstəyini mərkəzləşdirəcək siyasi obyektin tapılması üçün bu, ən perspektivli variant kimi nəzərdən keçirilib. Vahid namizədin müəyyənləşdirilməsi üçün Azərbaycanda ilkin seçki - “praymerz”in təşkili imkanlarının məhdudluğu, prosesdə iştirak edən siyasi qüvvələrin belə bir seçkinin nəticələrinə qarşılıqlı inamsızlığı, gələcəkdə bu istiqamətdə özünü göstərə biləcək mübahisə və ziddiyyətlər bütün razılaşma və sövdələşmələri seçkinin ikinci turuna saxlamaq ideyasını əslində alternativsiz edir. Lakin problemin məhz bu mərhələdə həlli prosesinin qarşısında dayanan maneə “praymerz”in təşkili, vahid namizədin başqa üsullarla müəyyənləşdirilməsi çətinliklərindən daha ağır və keçilməzdir. Niyə sualının sadədən sadə bir cavabı var - seçkinin ikinci turu seçkinin birinci turundan sonra gəlir və istənilən məsələnin ikinci turda həll edilməsi üçün hər şeydən daha əvvəl birinci turdan uğurla adlamaq lazımdır. Azərbaycanda seçkinin ikinci tura qədər davam etdirilməsi imkanlarının səviyyəsi barədə mövcud ictimai-siyasi situasiyaya istinadən müəyyən fikirlər söyləmək olar. Bununla belə, bütün proqnozlar son nəticədə yenə də bir qənaət üzərində ümumiləşəcək ki, Azərbaycanda seçkinin ikinci tura saxlanması üçün hər hansı real şərait yoxdur. Əgər müqayisə predmeti kimi bu ilin martında seçkinin hər iki mərhələsindən keçən düşmən-qonşu, işğalçı Ermənistan götürülürsə, onda Azərbaycan və Ermənistan, bu ölkələrin xarici siyasət xətti, beynəlxalq təşkilatların, xarici ölkələrin bu dövlətlərin rəhbərliklərinə münasibəti, qüvvələrin qalib gəlmək şansı və digər məsələlər bütün detallarına qədər nəzərdən keçirilməlidir. Siyasi proseslərdə Rusiya Federasiyasının “marionetka”sı kimi çıxış edərək davranışlarını bu ölkənin diktələrinə uyğun quran işğalçı qonşudan fərqli olaraq Azərbaycan qərbyönümlü siyasət yürüdür və Qərbin 15 oktyabr seçkisindən sonra da Azərbaycandakı mövcud hakimiyyətlə əməkdaşlıq istəkləri bütün bəyanat və siyasi addımlarda açıq-aşkar özünü büruzə verməkdədir. Azərbaycan sərvətlərinə külli miqdarda investisiya yatıraraq daha çox gələcək illər üçün də siyasi vəziyyətin müəyyənləşməsi arzusunda olan “demokratik seçki” niqablı Qərbdən ötrü seçkinin ikinci tura saxlanması, qüvvələrin haçalanması və ölkədə qeyri-sabitlik durumu üçün real şəraitin yaranması heç cür cəlbedici görünə bilməz. Prezident seçkisi ərəfəsində mövcud olan bütün real proseslər, güclər arasındakı böyük qeyri-mütənasiblik də nəticənin bundan əvvəl keçirilmiş bütün seçkilər kimi elə birinci turdaca elan ediləcəyindən xəbər verir. Lakin siyasi qüvvələrin belə bir vəziyyətdə nümayiş etdirə biləcəkləri davranışların aydınlaşdırılması xatirinə Azərbaycanda seçkinin ikinci turu mərhələsinin abstrakt təsvirini cızmaq da maraqlı olardı. Bu təsvir hazırda seçkinin ikinci turu ideyası üzərində qərar tutan müxaliflər üçün yeni ziddiyyətlərdən başqa heç nə vəd etmir. İkinci turun prinsiplərinə əsasən bu mərhələdə səsvermə prosesində ən çox səs yığan, lakin yetərsay mərhələsinə çata bilməyən iki namizədin yarışması getməli, London razılaşmasına görə isə əgər tərəflərdən biri müxalifətçi namizəd olarsa, ondan daha az səs yığmış digər müxaliflər öz tərəfdarlarını ona dəstək verməyə çağırmalıdırlar. Burada həmin müxalifətçi namizədin kim olacağı və onun digərlərindən daha çox səsi necə toplaması faktının hansı formada aydınlaşdırılacağı ekspertlər üçün sual doğurur. Azərbaycan müxalifətinin ənənəvi şikayəti həmişə ölkədə keçirilən seçkilərin saxtalaşdırılması barədə olub. Bu məzmunda şikayətlər güman ki, 15 oktyabr seçkisindən sonra da səsləndiriləcək. Deməli, əgər seçki ikinci tura qalsa və hər hansı müxalifətçi namizəd bu mərhələdə iştirak etsə, o həm də saxtalaşdırmaya şərikdir. İkinci mərhələdən kənarda qalan digər namizədlərin ona dəstəyi isə gücsüzlüyün və uduzmağın açıq etirafı olar ki, Azərbaycan müxaliflərinin buna razılaşacaqlarına adamın qəti inanmağı gəlmir. Bir məqam da diqqətdən qaçırılmamalıdır ki, seçkinin ikinci turunda iştirak heç də seçkinin qalibi olmaq deyil. Prezident seçkisinin lap ikinci turunda belə müxalifətin yenə məğlub olacağı təqdirdə isə bu düşərgədəki müəyyən toplumun öz siyasi mövqeyini yenidən müəyyənləşdirəcəyi, siyasi münasibətlərin tamam dəyişəcəyi, müxalifətin özünün taleyinin qeyri-müəyyən vəziyyətə yetişəcəyi ehtimalları ortadadır. Belə bir həssas mərhələdə yəqin ki, hər hansı peşəkar lider öz elektoratını kiməsə hədiyyə edib siyasi ömrünə könüllü balta çalmaz.
Həlledici məqamda şübhəsiz ki, adətə uyğun olaraq hər bir namizəd daha çox səsi məhz özünün topladığını iddia edəcək və bu minvalla da ikinci tur razılaşması iflasa uğrayacaq. Bu ehtimalların reallığına şübhə edənlər son həftə ölkə mətbuatında ikinci tura adlamağa daha şanslı olan müxalifətçi namizədin üzə çıxarılması üçün ayrı-ayrı partiya funksionerləri arasında gedən söz davalarının monitorinqini aparmaqla dəqiq nəticəyə gələ bilərlər. Yəni proses hələ seçkinin birinci turu keçirilməmişdən başlayıb.
Qeyd edilən reallıqlar hər kəsdən daha yaxşı, bəlli mövzu ətrafında siyasi gedişlər quran müxalifət namizədlərinin özlərinə bəllidir. “Bizim Azərbaycan” blokunun prezidentliyə namizədi İsa Qəmbərin dünənki brifinqdə seçkinin ikinci turu perspektivini tam istisna etməsi də bunun əlaməti sayıla bilər. Bütün bunlar bir həqiqəti də ortaya qoyur ki, London görüşünün nəticələri, Demokratik Sabitlik İttifaqının yaradılması, ikinci turda müxalifətin vahid namizədinə dəstək barədə razılıq dolu bəyanatlar verən müxalifət liderlərinin bu davranışları vahid namizədin müəyyənləşdirilməsi prosesindəki uğursuzluğu ört-basdır etməkdən ötrü həyata keçirilmiş siyasi spekulyasiyadan başqa bir şey deyil.  Şərq
[29.08.2003] “Müxalifətin qələbə şansı azaldı
AMİP-çilər İsa Qəmbəri deyil, Etibar Məmmədovu “dördlər”in vahid namizədi kimi görürlər
Prezident seçkiləri ərəfəsində müxalifətin başı seçki təbliğatından çox “dördlər”in vahid namizədi müəyyənləşdirə bilməməsindən yaranan qarşılıqlı ittihamlara qarışıb. Kimi müxalifətin səmimi münasibətinin olmamasından narahatdır, kimisi isə müxalifət daxilində separatçı meyllərin yaranmasından çəkinir.
“Dördlər”in London sammitində vahid namizədi müəyyənləşdirə bilməməsində cəmiyyətin qınağına tuş gələn əsasən Müsavat başqanı İsa Qəmbərlə AMİP sədri Etibar Məmmədovdur. Suallarımızı AMİP sədrinin müavini Əli Əliyev cavablandırır.
- Əli bəy, vahid namizədin müəyyənləşməməsində günahkar kimi İsa Qəmbərlə Etibar Məmmədov göstərilir. Bu ittihamların yaranmasına səbəb sizcə, nədir?
 - Sammitdə iştirak edən liderlər danışıqların müəyyən məqamlarına toxunublar. Bu iki namizəd üzərində fikir mübadiləsinin aparılmasının isə bir sıra səbəbləri var. “Dördlər”dən biri ADP sədri Rəsul Quliyev qeydə alınmayıb. AXCP lideri Əli Kərimli isə Etibar Məmmədova güzəştə gedəcəyini bəyan edib. Milli istiqlalçıların və müsavatçıların isə israrlı mövqeyi ortadadır. Biz Etibar Məmmədovu vahid namizəd kimi görürük və onun alternativi olmadığını qeyd edirik. Müsavatçılar isə İsa Qəmbəri vahid namizəd görürlər. Bu isə normal prosesdir. Bu səbəbdən görünür ki, vahid namizədin baş tutmamasında səbəbkar kimi onların adları açıqlanır. Amma vahid namizəd müəyyən edilməsə də, proseslərin birgə aparılması, gələcəkdə fəaliyyətin koordinasiyası üçün razılaşmaların olması müsbət addım kimi qiymətləndirilməlidir. Diqqəti vahid namizəddə fokuslaşdırmaq lazım deyil.
- Müsavat başqanının birinci müavini Vurğun Əyyub müxalifətin qeyri-səmimiyyətindən şikayətlənir. Siz bu cür prosesin şahidi olmusunuz?
- Siyasət maraqlarla idarə olunan peşədir. Verilən vədlərə açıq xilaf çıxılmasının şahidi olmamışam. Hələlik müxalifət düşərgəsində, xüsusən “dördlər” arasında əldə olunan razılaşmaların əleyhinə heç kəs fəaliyyət göstərməyib.
- Qəbul olunan protokolların müddəalarının yerinə yetirilməsində məsuliyyət “çərçivəsi” necə həyata keçiriləcək?
- Protokola imza atanlar hadisələrin hansısa gedişində dəyişkən mövqe tutarlarsa, demək, qeyri-ciddi adamlardır. İctimai etimadın əldən çıxmasına sahib ola bilərlər.
- Proseslər göstərir ki, “dördlər” prezident seçkilərinə 2 namizədlə gedəcək. Siz bunu necə qiymətləndirirsiniz?
- Proseslərin gedişi barədə konkret fikir söyləmək çətindir. Hələlik hadisələr inkişaf etməkdədir. Gələcəkdə inteqrasiya proseslərinin olması, namizədlərin sayının azaldılması ümumi işin xeyrinə olar.
- “Dördlər”dən “üçlər”in vahid namizədlə seçkilərə qatılma şansı nə dərəcədədir?
- Bu, sədrlərin ixtiyarında olan məsələdir. Nə vaxt məsləhət bilinsə, o vaxt da müzakirəyə çıxarılacaq.
- Vahid namizədin müəyyənləşməməsi müxalifətin qələbə şansını azaldır?
- Sözsüz ki, problemin həll olunmaması müxalifətin qələbə şansını azaldır. Seçkilərə vahid namizədlə qatıla bilsəydik, müəyyən qədər müxalifətə meylli olan elektoratı qoruyub saxlaya bilərdik. Ancaq bugünkü vəziyyət məğlubiyyətə səbəb ola biləcək proses deyil.
- Etibar Məmmədovun seçki təbliğatına nəzarət nə yerdədir? Plakatların cırılmasına rast gəlinir. AMİP hansı tədbirlər görmək fikrindədir?
- Partiya baş verən qanunsuzluqlara görə, MSK-ya, hüquq-mühafizə orqanlarına müraciət edib. Total sürətdə bütün ölkə üzrə bizim təşviqat vasitələrimiz sıradan çıxarılır. Təəssüflər olsun ki, bu proseslərə yerli icra orqanları, polislər başçılıq edir. Qanunsuzluqların başında onlar durur. Olaylar

[28.08.2003] “Seçkilərdə qələbəni xalq təmin edəcək”
Vaqif Hacıbəyli seçki məntəqələri qarşısında izdihamlı tədbirlərin keçirilməsi təklifini irəli sürür
Bu ayın 16-dan başlayaraq prezidentliyə namizədlərin təbliğat startı verilib. Ancaq müxalifət bu kampaniyanın gedişindən razı deyil. Əhrar Partiyasının sədri Vaqif Hacıbəylinin sözlərinə görə, seçki təşviqatı ayın 16-da başlamalı olduğu halda dövlət televiziyasında reklam xarakterli videofilmlərə, siyasi reklamlara, çıxışlara yer verilib.
Bu proses avqustun 16-dan sonra da davam etdirilir. Bundan əlavə dövlət televiziyasında və digər özəl telekanallarda açıq-aşkar təbliğata yönəlmiş konsert proqramları tamaşa etdirilir. “Məndə olan məlumata görə, həmin konsert proqramları üçün televiziyalara heç bir reklam xərci ödənilmir”. Həmçinin Vaqif Hacıbəyli müxalifət namizədlərinə bərabər şəraitin yaradılmadığından da şikayətləndi. Onun sözlərinə görə, bütün özəl müəssisələrə tapşırılıb ki, əgər hər hansı müxalifət namizədinin portretinə yer versələr, barələrində tədbir görüləcək. “Ona görə Hafiz Hacıyev, Qüdrət Həsənquliyev, Abutalıb Səmədovdan başqa küçələrdə digər müstəqil və müxalifət namizədinin portretlərinə rast gəlmək olmur”. O, bütün bunların beynəlxalq standartlara və Seçki Məcəlləsinə zidd olduğunu dedi. Vaqif Hacıbəyli hesab edir ki, seçkilərdə qələbəni xalq təmin edəcək. “Hər halda mən hesab edirəm ki, oktyabrın 15-də müxalifət bütün seçki məntəqələrinin qarşısında ən azı 50 nəfər adam yığmaqla, şəffaf qutuların və 1000-dən artıq beynəlxalq müşahidəçilərin köməyi ilə seçkidə hansı namizədin qalib gələcəyini təsdiq edən sənədləri əldə etməlidir. Əgər biz seçki məntəqələrinin qarşısında izdihamlı tədbirlər keçirə, seçki məntəqələrini saxtakarlıqdan çəkindirə və qanunvericiliyin tələblərinə uyğun protokollar əldə edə bilsək, onda qələbəyə nail ola bilərik”.
[28.08.2003] Layiqli davamçı
Dünən dövlət televiziyası ilə prezidentliyə namizəd İlham Əliyevin seçki platformasını özündə əks etdirən film-süjet nümayiş etdirildi.
Dünən dövlət televiziyası ilə prezidentliyə namizəd İlham Əliyevin seçki platformasını özündə əks etdirən film-süjet nümayiş etdirildi. Film-süjetdə əsasən bu fikirlər təlqin olunurdu: İlham Əliyev müstəqil Azərbaycan dövlətinin yaradılması və qorunmasında Heydər Əliyevin ən sadiq silahdaşı kimi onun yanında olub və ölkədə gedən tarixi proseslərdə xüsusilə fərqlənib. O, ictimai-siyasi xadim kimi də xalq arasında böyük hörmətə malikdir.
Azərbaycanın haqq səsinin mötəbər beynəlxalq təşkilatlarda eşidilməsində Heydər Əliyev siyasətinin ən layiqli davamçısı İlham Əliyevin rolu böyükdür. Məhz onun sayəsində Avropa Şurasında Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan bir ölkə kimi nüfuzu yüksəlib. Məhz onun siyasi fəaliyyəti nəticəsində Dağlıq Qarabağda ermənilərin azğınlıqları ictimaiyyətə çatdırılıb.
Film-süjet bu sözlərlə başa çatır: “Təsadüfi deyil ki, bu gün həm Azərbaycanda, həm də dünyanın hər yerində Azərbaycan deyəndə Heydər Əliyevlə birgə İlham Əliyevin də adı söylənilir. Bu gün hər bir Vətən övladı onu ümidlərinin reallığının yeganə təminatçısı bilir. Xalq sabahını onunla görür, ona inanır, ona arxalanır. Vətənin, xalqın, yeni nəsillərin qarantı İlham Əliyevdir.”
Dünən prezidentliyə namizəd Hafiz Hacıyev də çıxış etdi. O, 10 dəqiqəlik çıxışını, demək olar ki, müxalifətin tənqidinə həsr etdi ZAMAN
[28.08.2003] İsa Qəmbərin vahid namizəd olmasına kim mane olub?
Vurğun Əyyub: “Bəzən səmimi danışan insanlar səmimi hərəkət etmirlər”
“Dördlər”in London sammiti gözlənilən nəticəni vermədi. Artıq müxalifət arasında qarşılıqlı ittihamlar artıb. AMİP funksioneri Məhərrəm Zülfüqarlı vahid namizədin müəyyənləşməsində günahı Müsavat başqanı İsa Qəmbərdə görür.
Bir sözlə, liderlərin Londondan əliboş qayıtmaları ölmüş sinirləri oyadıb. Bundan sonrakı proseslərdə nələr baş verəcək? Birgə əməkdaşlıq davam etdiriləcəkmi? Suallarımızı Müsavat başqanının birinci müavini Vurğun Əyyub cavablandırır.
- Vurğun bəy, “dördlər”in London sammitində vahid namizədin müəyyənləşməməsi müxalifət daxilində birliyi pozmayacaq ki? - Prezident seçkilərində müxalifətin bütün qüvvələrinin vahid namizədi olsaydı, bu, təbii ki, prosesin gedişinə çox müsbət təsir edərdi. Amma bu o demək deyil ki, bu gün razılıq yoxdursa, hər şey qurtarıb və seçki prosesindən çəkilmək lazımdır. Biz seçkilərdə qələbə çalmaq əzmindəyik. Digər bir tərəfdən, liderlərin görüşünün məqsədi heç də yalnız vahid namizədlə bağlı deyildi. Ölkənin problemi müxalifətin seçkilərdə vahid namizədlə iştirak edib-etməməsi deyil. Azərbaycanın məqsədi ədalətli və demokratik seçkilərin keçirilməsinə nail olmaqdır. Müxalifət liderləri azad, ədalətli seçkilərin keçirilməsi və saxtakarlıqların qarşısının alınması istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəliblər. Bu, böyük uğurdur.
- AMİP sədri Etibar Məmmədov üç partiyanın vahid namizədlə seçkilərə qatılacağını bildirib. Sizcə, burada söhbət ADP-AMİP-AXCP “üçlüyü”nün birliyindən getmirmi?
- Əgər Etibar Məmmədov ad çəkmirsə, hələ demək olmaz ki, adlarını sadaladığınız partiyalar seçkilərə vahid namizədlə gedəcək, ya yox. Bu partiyalar AMİP - AXCP - Müsavat da ola bilər. İndidən konkret fikrə gəlmək çətindir.
- London görüşündə qəbul edilən protokolların seçkilərin demokratik keçməsinə nə dərəcədə təsiri olacaq?
- Hesab edirəm ki, ölkənin siyasi qüvvələri seçki saxtakarlığının qarşısını almaq üçün səmimi və birgə fəaliyyət göstərsə, işin nəticəsinə böyük təsiri olar.
- Belə çıxır ki, demokratik qüvvələrin, müttəfiqlərin səmimi mübarizəsinə inanmırsınız?
- Biz inanırıq. Ancaq bununla bərabər ehtiyatı da əldən vermirik. Çünki bəzən səmimi danışan adamlar heç də həmişə səmimi hərəkət etmirlər.
- Konkret kimləri nəzərdə tutursunuz?
- Müxtəlif siyasi qüvvələr sağlam müxalifətdə olduğunu bəyan edirlər və işin gedişində isə qeyri-səmimi davranırlar. Bütün gücləri ilə fəaliyyət göstərmirlər, saxtakarlığa hazır olmurlar.
- Bu problem “Bizim Azərbaycan” Blokunda hiss olunur?
- “Bizim Azərbaycan” Blokunda olan siyasi partiyalar müstəqil şəkildə seçkilərdə vahid namizədini müəyyən edib. Bu istiqamətdə kifayət qədər səmimi fəaliyyət göstərilir.
- İsa Qəmbərin vahid namizəd kimi müəyyənləşməsində hansı liderlər narazı olub?
- Bu müzakirələrin detalları barədə məlumatlı deyiləm. Ona görə də nəsə söyləməkdə çətinlik çəkirəm.
- Qəbul olunan protokolların müddəalarının birində göstərilir ki, ikinci tura çıxan lider vahid namizəd qəbul ediləcək. Sizdə bu əminlik varmı ki, “dördlər”dən ikinci tura çıxan olsun?
- Biz inanırıq ki, cəmiyyət çox sürprizlərin şahidi olacaq. Olaylar
[28.08.2003] Lalə Şövkətin şəkilləri yayılmayıb
Təşviqat vasitələrinin yerləşdirilməsi üçün müraciət ediləcək
Prezidentliyə namizədlərin bir çoxundan fərqli olaraq “Milli Birlik” Təşəbbüs Qrupunun namizədi Lalə Şövkətin şəkilləri təbliğat məqsədilə yayılmayıb. L.Şövkətin Seçki Qərargahından bildiriblər ki, təbliğat kampaniyası məqsədilə atılan hər bir addımı Seçki Məcəlləsinə uyğunlaşdırmaq lazımdır:
“Təbliğat və təşviqat materialları üçün yer bilavasitə seçki məntəqələrinin ərazilərində müəyyən edilməlidir. Seçki məntəqələri hələlik tam şəkildə müəyyənləşmədiyindən indiyə qədər asılan şəkillər qanuna ziddiyyət təşkil edir. Buna baxmayaraq, seçki qanunvericiliyinin müddəaları əsas götürülərək bu proses də aparılacaq. Şəkillərin seçki qanunvericiliyinin tələb etdiyi yerlərdə yerləşdirilməsi üçün müvafiq orqanlara müraciət ediləcək”. Olaylar
[28.08.2003]  Vahid namizədi İsa Qəmbər əngəlləyib
“Dördlüy”ün London səfərinin gizli məqamları yavaş-yavaş açılmaqdadır.
Bu görüşdə iştirak edən partiyalardan birinin yetkilisinin “Mərkəz”ə verdiyi bilgiyə görə, Londonda vahid namizəd məsələsinə birdəfəlik nöqtə qoyulub.
ADP-nin baş katibi Sərdar Cəlaloğlu dünən jurnalistlərlə söhbətində görüşün bəzi məqamlarına aydınlıq gətirib.
Belə məlum oldu ki, London görüşündə vahid namizədin müəyyənləşəcəyini gözləmək sadəlövlük olardı. Cəlaloğlunun fikirincə, indiyə qədər bəzi partiyaların liderləri bu ideyadan özlərinə dividend qazanmaq məqsədilə istifadə ediblər. Amma London görüşü vahid namizəd ətrafında gedən söhbətlərə və bəzilərinin bu məsələdən siyasi xal qazanmaq cəhdələrinə nöqtə qoyub.
ADP sədri Rəsul Quliyev və AXCP(i) sədri Əli Kərimli kənara çəkilərək, vahid namizəd olmaq uğrunda mübarizə aparan AMİP sədri Etibar Məmmədova və Müsavat başqanı İsa Qəmbərə bir-birlərinə güzəştə getməyi təklif ediblər. Lakin AMİP sədri və Müsavat başqanı öz aralarında anlaşa bilməyiblər. Bununla da tərəflər özləri üçün bir daha aydınlaşdırıblar ki, vahid namizəd reallaşmayacaq, liderlər bir-birinə heç vaxt güzəştə getməyəcəklər.
...ADP-nin baş katibi juranlistlərlə söhbətində Londonda ADP, AMİP və AXCP(i)-nin eyni mövqedən çıxış etməsi, yəni Etibar Məmmədovun vahid namizəd kimi dəstəklənməsi, lakin Qəmbərin bu mövqe ilə razılaşmaması barədə deyilənlərə konkret cavab verməkdən yayınıb. Bununla yanaşı, Cəlaloğlu bildirib ki, vahid namizəd məsələsində bizim müxalifət erməni müxalifətindən bir addım öndə gedir: “Yəni biz ikinci tura çıxan müxalifət lideri olsa, ona güzəştə getməyə razılaşmışıq. Ermənistanda isə müxalifət belə bir razılaşma əldə edə bilməmişdi”.
Qeyd edək ki, VHP sədri Sabir Rüstəmxanlı mətbuata açıqlamasında MKM-in bu həftə sonuncu toplantısını keçirəcəyini deyib. MKM-in ömrünü başa vurmaq mərhələsində olmasını isə “dördlüy”ün yeni qurum yaratmasıyla əsaslandırıb. O, əlavə edib ki, “dördlük” yeni yaratdığı qurumun bəyannaməsində MKM-in sazişindəki bəndlərin bir qismi əksini tapıb və bu baxımdan MKM-ə ehtiyac yoxdur. Məsələyə aydınlıq gətirən Cəlaloğlu isə fərqli düşünür: “Fikrimcə, MKM məsələsini indiki mərhələdə gündəmə çıxarmaq düzgün olmaz. Bu addım müxalifətin zəifləməsinə səbəb olar. Bir-birimizdən razı olmasaq da, seçki qurtarana qədər vəziyyəti qoruyub saxlamalayıq. Mən hansısa blokun buraxılmasının tərəfdarı deyiləm”. Rəsul Quliyevin Azərbaycana dönməsi barədə verilən vədlərin boşa çıxmasıyla bağlı suala cavabında isə Cəlaloğlu onun qayıdışına olan ümidlərin itdiyini dolayısıyla etiraf etdi: “ADP həmsədrinin Azərbaycana qayıtması çox ciddi problemdir. Rəsul Quliyevin qayıdışını əngəlləyən problemlər həll olunmadığı üçün, onun nə vaxt qayıtması barədə dəqiq tarix demək çətindir”. Mərkəz
[27.08.2003] Təşviqat plakatlarını cıranlar cəzalandırılacaqdır
Prezidentliyə namizədlərin təşviqat plakatlarını korlayan şəxslər inzibati məsuliyyətə cəlb edilərək, minimum əmək haqqının 35-60 mislinədək cərimə olunacaq.
Mərkəzi Secki Komissiyasından verilən məlumata görə, hələlik bununla bağlı quruma rəsmi müraciət edilməyib. Rəsmi müraciət olunacağı təqdirdə isə plakatları korlayan şəxslər cəzalandırılacaqlar.
Məlumatda,daha sonra namizədlərin plakatlarının qorunması üçün rəsmi göstəriş olmasa da, buna paytaxt polisinin nəzarət etdiyi qeyd olunur AssA-Irada
[27.08.2003] YAP-dan yeni seçki texnologiyası
Yeni Azərbaycan Partiyası müxtəlif təbliğat formalarından istifadə edir.
Partiya üzvləri seçicilərlə mənzillərində görüşərək, onların problemilə maraqlanırlar. Partiya fəalları dövlət başçısı Heydər Əliyevi seçicilərin mənzilində təbliğ edir. Bunu YAP-ın icra katibinin müavini Səyavuş Novruzov bildirib. O, “partiya üzvləri insanların yaşadığı mənzillərə gedərək, onların problemlərilə maraqlanmaqla yanaşı, namizədə olan münasibəti və elektoratı da öyrənirlər”,- deyə bildirib. Bu cür görüşlərin saрibkarlarla da keçirildiyini deyən Səyavuş Novruzovun bildirdiyinə görə, əsas təbliğat yolları isə рəmişə olduğu kimi kütləvi tədbirlər, Dəyirmi Masalar və xüsusi plakatlardır. YAP icraçı katibinin müavini sözlərinə görə, gün ərzində respublikada 80-dən artıq müxtəlif tədbirlər keçirilir.
[27.08.2003] İLHAM ELİYEV VAŞİNQTONA DEMOKRATİK SEÇKİ SÖZÜ VERİB
ABŞ dövlet katibinin müavini Azerbaycanda prezident seçkilerinin açıq keçirilmesinde maraqlı olduqlarını vurğulayıb
Avqustun 25-de İlham Eliyev ABŞ-da dövlet katibinin müavini Riçard Armitacla görüşüb. “AzerTAc”ın yaydığı melumatda bildirilir ki, görüşde prezident seçkilerine hazırlıq prosesi müzakire olunub: “Her iki teref qeyd edib ki, oktyabrdakı prezident seçkilerinin şeffaf ve açıq şekilde keçirilmesi tekce ölkemizde deyil, bütün bölgede demokratik proseslerin inkişafı üçün ehemiyyetli addım olacaq.”
Görüşde dövlet katibinin Avropa ve Avrasiya meseleleri üzre müavini Elizabet Cons, dövlet katibinin emek, insan hüquqları ve demokratiya meseleleri üzre müavini Lorn Kreyner, sefir Linn Pasko, ABŞ-ın Azerbaycandakı sefiri Reno Harniş, Azerbaycanın ABŞ-dakı sefiri Hafiz Paşayev, Prezidentin İcra Aparatının qanunvericilik ve hüquq ekpertizası meseleleri şöbesinin müdiri Şahin Eliyev iştirak edibler.
Göründüyü kimi, ABŞ seçki meselesinde prinsipiallıq nümayiş etdirir. Görüşle bağlı “Azadlıq” radiosunun yaydığı melumatda bu, bir daha tesdiqini tapır: “ABŞ Dövlet Departamenti Azerbaycan hakimiyyetini bir daha açıq seçkilerin keçirilmesine sesleyib. Bu barede Dövlet Departamentinin nümayendesi Filip Riker İ.Eliyev ve R.Armitacın görüşü barede melumat vererken deyib.”
[27.08.2003] SAXTAKARLIQ İŞİ ÇETİNLEŞDİ
Şeffaf qutuları asanlıqla açıb-bağlamaq, içine deste-deste bülletenler atmaq mümkün olmayacaq
Dünen Beynelxalq Metbuat Merkezinde Seçki Sistemleri üzre Beynelxalq Fondun (IFES) teşkilatçılığı ile oktyabrda keçirilecek prezident seçkilerine hesr olunan tedbir keçirilib. Ölkede fealiyyet gösteren qeyri-hökumet teşkilatlarının iştirakı ile keçirilen tedbirde esasen şeffaf qutular, seçkilerin demokratik keçirilmesi, seçki medeniyyetinin aşılanması ile bağlı geniş müzakireler aparılıb. Bu barede melumatı iştirakçılardan biri, müsteqil hüquqşünas Mahmud Hacıyevden aldıq.
Mahmud beyin sözlerine göre, şeffaf qutularla bağlı müzakirelerden bele aydın olub ki, bu il keçirilecek prezident seçkilerinde istifade olunacaq daşınan ve daşınmaz şeffaf qutular İFES-in teşkilatçılığı ile hazırlanır. Azerbaycana getirilen ilkin qutular Almaniya sefirliyinin maddi kömeyi ile hazırlanıb: “Hemin qutular 1200-e qeder bülleten tuta biler. Bildiyiniz kimi, bu ilden bülletenler zerflerin içerisinde yerleşdirilecek. Bu da elave qutuların getirilmesini teleb edir. Ona göre de nezeri olaraq düşünülüb ki, bir menteqeye 1500 seçicinin gelmesi mümkündür. Herçend reallıqda bu, mümkün olan mesele deyil. Amma elave şeffaf qutuların hazırlanması barede qerar qebul olunub. Bu defe qutuların hazırlanmasına maddi kömeyi Almaniya sefirliyi göstermeyecek. Tedbirde deyildi ki, bu meseleye ölkemizde olan Hollandiya nümayendeliyi ve Böyük Britaniya sefirliyi kömek edib. Daşınan qutuların hazırlanmasına maliyye yardımını ise İFES-in ABŞ-dakı merkezi ofisi edib.”
M.Hacıyevin sözlerine göre, İFES nümayendeleri qutuları, onların bağlanması ve nömrelenmesi qaydasını nümayiş etdirdiler. Qeyd edim ki, qutunun her iki terefi nömrelenenden sonra o açılmır. Qutuların qıfılbendleri onların saylarına göre verilir. Her hansı saxtakarlıq emeliyyatının qarşısını almaq üçün onu ele düzeldibler ki, açmaq mümkün deyil. Bele qutuları ancaq ve ancaq qırıb açmaq olar."
İFES nümayendeleri tedbir iştirakçılarına onu da bildiribler ki, eger şeffaf qutulardan menteqelerde ses verecek seçicilerin sayından bir dene artıq bülleten çıxarsa, o zaman hemin menteqede sesvermenin neticeleri etibarsız sayılacaq.
Dünenki tedbirde seçki protokollarının da İFES-in teşkilatçılığı ile ölkeden kenarda çap olunacağı barede melumat seslenib. Yeni Musavat
[27.08.2003] “BÜTÜN MESULİYYETİ ÖZ ÜZERİMİZE GÖTÜRÜRÜK”
Etibar Memmedov: “Londonda çox böyük nailiyyetler elde edilib”
Dünen AMİP lideri Etibar Memmedov Beynelxalq Metbuat Merkezinde London seferinin yekunları ile bağlı metbuat konfransı keçirdi. Qeyd edek ki, London görüşünde Müsavat başqanı İsa Qember, AXCP (“islahatçılar”) sedri Eli Kerimli, AMİP lideri Etibar Memmedov ve ADP sedri Resul Quliyev iştirak edib. E.Memmedov seferin xaricde baş tutmasını ADP sedri Resul Quliyevin Azerbaycana gele bilmemesi ile izah ederek, bu mesele ile bağlı metbuatda geden xoşagelmez fikirlerden teessüflendiyini bildirdi.
E.Memmedovun sözlerine göre, liderlerin görüşünün meqsedi Azerbaycandakı bugünkü veziyyeti, qarşıdan gelen prezident seçkilerinde adı çekilen dörd partiyanın, ümumiyyetle, Azerbaycan vetendaşlarının iştirakı ile bağlı meseleleri müzakire etmek olub: “Yaranmış veziyyetden çıxış yolları, Azerbaycan xalqını bu rejimden xilas etmek ve xilasetme yolunda birge fealiyyet de esas müzakire mövzusu oldu. Bu görüşün neticesi olaraq hesab edirem ki, çox böyük nailiyyetler elde edilib. Birinci nailiyyet ondan ibaretdir ki, Azerbaycanın aparıcı dörd partiyası ölkede yaranmış veziyyet ve bu durumdan çıxış yollarıyla bağlı bütün mesuliyyeti öz üzerine götürmesi haqqında beyanname qebul edib”.
Dörd partiyanın birleşmesinden yaranan Demokratik Stabillik İttifaqının beyannamesinde qurumun meqsedleri açıqlanıb. Meqsedler sırasına Azerbaycanda qanuni ve demokratik seçkilerin keçirilmesine nail olmaq, dövlet strukturlarının fealiyyetini qanuni çerçiveye salmaq, xalqın etiraz hüququ esasında müqavimeti teşkil etmek, seçilmiş meqsedler istiqametinde ardıcıl, prinsipial mübarize aparmaq, her hansı separatçılığa yol vermemek, milli maraqlarda kompromise getmemek daxildir. İttifaqın tesisçileri her bir Azerbaycan vetendaşını öz hüquqları, dövletçilik ve milli menafeler uğrunda bu herekata qoşulmağa ve xalqa qenim kesilmiş iqtidara qarşı ferdi ve kollektiv qaydada müqavimet göstermeye çağırır.
E.Memmedov bildirdi ki, partiya liderleri beyanname ile yanaşı, iki protokola da imza atıblar: “Protokolun birincisinde liderler veziyyetden çıxış yolları haqqında ümumi razılığa geldikleri meseleleri açıqlayıblar.
Razılığa göre, prezident seçkilerinin ikinci turunda yeni yaradılan qurumda temsil olunan prezidentliye namizedlerden yalnız bir neferin iştirak edeceyi teqdirde, ikinci tura çıxmış lider vahid namized kimi tanınacaq ve bütün partiyalar hemin liderin qelebesi üçün lazımi addımları atacaq. Protokolu imzalayan liderler mühüm siyasi qerarları konsensusla, icraya yönelmiş bütün qerarları ise sade ses çoxluğu ile qebul edecek. Sesler beraber bölündükde, her bir partiya öz qerarına uyğun müsteqil hereket edecek. Partiyalar öz qelebesine ve mövcud iqtidarı meğlub edene qeder qarşı terefle her hansı bir sövdeleşmeden imtina edecek".
Onu da deyek ki, sözügeden partiyalar senedde nezerde tutulan vezifeler yerine yetirilene qeder meslehetleşmeler aparacaq, terefdaşlarının marağına hörmet yolu tutaraq bir-birine qarşı her hansı bir formada mübarize aparmayacaqlarını öz öhdelerine götürübler. İmzalanan diger senedde ise Demokratik Stabillik İttifaqının prezident seçkilerinden, daha deqiqi, qelebeden sonrakı fealiyyet istiqametleri açıqlanıb.
Sonda E.Memmedov London görüşü ile bağlı jurnalistleri maraqlandıran çoxsaylı suallara cavab verdi.
Yeni Musavat
[26.08.2003] Müxalifət seçkilərin II turuna ümid edir
Müxalifətin aparıcı liderləri - İsa Qəmbər (Müsavat), Əli Kərimli (AXCP), Rəsul Quliyev (ADP) və Etibar Məmmədov (AMİP) arasında Londonda keçirilən növbəti görüş başa çatıb.
Londonda bir araya gələn müxalifət liderləri vahid namizəd məsələsini prezident seçkilərinin II turuna saxladılar. 2 gün ərzində müxalifət liderləri ölkə üçün mühüm məsələlərdə ortaq məxrəcə gəlməyə çalışıblar. Müxalifət liderləri ölkənin ictimai-siyasi həyatında mühüm rol oynayan partiyaların əməkdaşlığının ən yüksək səviyyədə inkişaf etdirilməsi barədə razılığa gəliblər. Belə bir fikir vurğulanıb ki, hazırkı mərhələdə müxalifətin xalqı öz ardınca apara bilməsi onların ölkə üçün mühüm məsələlərdə vahid mövqedən çıxış etməsindən asılı olacaq. Bununla belə, gözlənildiyi kimi, müxalifət liderlərinin prezidentliyə vahid namizəd məsələsində ortaq məxrəcə gəlmək cəhdləri baş tutmayıb.
İş orasındadır ki, ADP lideri Rəsul Quliyevin namizədliyinin qeydə alınmaması tərəflər arasında adı çəkilən məsələdə fikir ayrılıqlarının ortaya çıxmasına səbəb olub.
Eyni zamanda prezidentliyə namizədliyi qeydə alınan Etibar Məmmədov, Əli Kərimli və İsa Qəmbər arasında da vahid namizəd məsələsində ortaq məxrəcə gəlmək cəhdləri boşa çıxıb. Uzun müzakirələrdən sonra vahid namizəd məsələsinin seçkilərin II turunda müəyyənləşdirilməsi barədə razılıq əldə edilib. Bundan əlavə, 4 partiya lideri əməkdaşlığı daha da genişləndirmək məqsədi ilə Demokratik Sabitlik İttifaqının (DSİ) yaradılması barədə protokol imzalayıblar. Bu protokolun imzalanması ilə ölkənin dörd aparıcı partiyası hakimiyyət uğrunda mübarizədə mövqelərini müəyyənləşdiriblər. “Dördlər” beynəlxalq təşkilatlara və ABŞ prezidentinə müraciət də ünvanlayıblar. Müraciətdə prezident seçkilərinin demokratik keçirilməsinə köməklik göstərilməsi xahiş olunub.
Lakin vahid namizəd məsələsinin prezident seçkilərinin 2-ci turuna saxlanılması göstərir ki, adı çəkilən məsələ ilə bağlı aparılan danışıqlar istənilən nəticəni verməyib. Belə başa düşmək olar ki, müxalifət liderləri seçkilərin I turunda daha çox səs toplayan namizədi müəyyənləşdirərək vahid namizəd kimi onu dəstəkləyəcəklər. Lakin prezident seçkilərinin II tura qalacağına kim zəmanət verə bilər? Aydın məsələdir ki, heç kim. Ümumiyyətlə, tanınmış ekspertlərin əksəriyyəti prezident seçkilərinin II turunun keçiriləcəyinə inanmırlar. Belə bir fikir vurğulanır ki, prezident seçkilərinin elə ilk mərhələsində ölkəni yaxın 5 ildə idarə edəcək şəxs müəyyənləşdiriləcək. Odur ki, müxalifət liderləri arasında əldə edilən bu razılığı daha çox ictimaiyyətin diqqətini vahid namizəd ideyasının iflasa uğramasından yayındırmaq cəhdi kimi dəyərləndirmək olar.
Müxalifət Londonda vahid namizəd məsələsində ortaq məxrəcə gələ bilmədi. Bu isə seçkilərin taleyinin öncədən qarşı tərəfin xeyrinə həll edildiyini göstərir. ZAMAN
daha çox oxuyun    [1] [2] [3]
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info