|
|
 |
SEÇİN Kİ,
SEÇİLƏSİNİZ! |
 |
15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir. |
|
|
daha çox oxuyun [] []
[] []
[] [] []
[] |
[15.10.2003]
İsa Qəmbər: "Mən prezident seçkilərini udmuşam"
''Seçicilərin 60%-i mənə səs veriblər''
"Bizim Azərbaycan" blokundan prezident seçkilərinə namizəd, "Müsavat"
partiyasının lideri İsa Qəmbər oktyabrın 15-də axşam "Müsavat" partiyasının
polislə əhatələnmiş qərargahında jurnalistlər üçün brifinq keçirib. "Seçki
məntəqələrində bizim müşahidəçilər tərəfindən aparılan səs sayımı göstərib ki,
seçicilərin 60%-i mənə səs veriblər. Mən bu gün keçirilmiş seçkiləri udmuşam",-
deyə o bildirib. Onun sözlərinə görə, hakimiyyət bütün yollarla bu qələbəni
"oğurlamaq" və seçkilərin yekunlarını saxtalaşdırmaq istəyir. "Mən bununla
barışmaq niyyətində deyiləm",- deyə o vurğulayıb və əlavə edib ki, "xalq öz
qələbəsini müdafiə edəcək". Turan
[15.10.2003]
Polislə Müsavat tərəfdarları arasında amansız
toqquşma olub
Müsavat partiyasının tərəfdarları bu siyasi
təşkilatı mühasirədə saxlayan polis kordonunu yarıb və əlbəyaxa savaşa girib.
Polis və mülki şəxslərin müsavatçıları yenidən mühasirəyə almaq cəhdi baş
tutmayıb. Mitinqçilərə yeni etirazçılar qoşulur, onlar polislə davaya
girir.Toqquşma getdikcə artır və qonşu küçələrə keçir. Zərərçəkənlərin sayı
artır Turan
[15.10.2003]
Seçicilərin 62,78 faizi İ. Əliyevə səs verib
Anonim sorğunun nəticələrinə görə prezident
seçkilərində İlham Əliyev seçicilərin 62,78 faiz səs toplayıb
"Şəffaf seçkilər" monitorinq mərkəzinin Seçki məntəqələrinin
çıxışında (exit poll) keçirdiyi anonim sorğunun nəticələrinə görə,Azərbaycan
prezidenti seçkilərində İlham Əliyevə seçicilərin 62,78 faizi səs verib.
Sorğunun nəticələri oktyabrın 15-də axşam açıqlanıb. Həmin sorğuya görə,
prezidentliyə namizədlər aşağıdakı ardıcıllıqla düzülmüşlər:
İsa Qənbər ("Musavat" partiyası) -14,65%,
Lalə Şövkət Hacıyeva ( Liberal partiyasının keçmiş sədri)-3,5%,
Etibar Məmmədov (Milli İstaqlaliyyət partiyasının lideri)-3,1%,
Sabir Rüstəmxanlı (Vətəndaş həmrəyliyi partiyası )-1,1 %
İlyas İsmayılov ("Ədalət" partiyasının sədri)-1,1 %,
Hafiz Hacıyev ("Yeni Musavat" partiyası)- 0,5% və
Qüdrət həsənquliyev ("AXC"partiyası Təşəbbüs qrupu)-0,2%.
Bizim əsr
[15.10.2003]
MÜSAVAT PARTİYASININ QƏRARGAHI QARŞISINDA GƏRGİN ANLAR
Saat 21:46. Müsavat Partiyasının qərargahı qarşısında gərgin anlar yaşanır.
Hazırda müsavat tərəfdarları Müsavat qarşısına toplanır.Xəbər.net hadisələri
yaxın dəqiqələrdə sizə catdıracaq... Xəbər.net
[15.10.2003]
İlham Əliyev seçkilərdə böyük üstünlük qazanıb
"Sel" Analitik İnformasiya və Sorğu Mərkəzi bu günkü seçkilərlə əlaqədar
Bakı və Sumqayıt şəhərlərində səs verən 2005 vətəndaş sorğu keçirib. Sorğuda
iştirak edənlərin 63 faizini gənclər, 22 faizini orta yaşlılar, 15 faizini isə
yaşlılar təşkil edib. Onların 95 faizi müxtəlif peşə sahibləri olub. 5 faizi isə
işsizlər təşkil edib. Respondentlərin 52 faizi kişi, 48 faizi isə qadın olub.
Sorğunun nəticələri aşağıdakı kimidir. Bu gün kimə səs verdiniz 1. İlham Əliyev
- 61.2 faiz 2. İsa Qəmbər - 13.8 3. Etibar Məmmədov - 3.6 4. Lalə Şövkət - 3.2
5. Sabir Rüstəmxanlı - 3.1 6. İlyas İsmayılov - 1.2 7. Qüdrət Həsənquliyev - 0.6
8. Hafiz Hacıyev - 0.3 9. Heç kimə səs verməyənlər - 13 QEYD: Sorğunun son
nəticələri elan olunmazdan əvvəl keçiririlib. Ona görə də səsvermə faizlərinin
dəyişə bilməsi mümkündür.
525ci
q əzet
[15.10.2003]
Heydər Əliyev Klivlend klinikasında səs verib
Azərbaycanın Vaşinqtondakı səfirliyindən AzərTAc-a bildiriblər ki, Amerika
Birləşmiş Ştatlarının Klivlend şəhərinin klinikasında müalicə olunan dövlət
başçısı Heydər Əliyev oktyabrın 15-də yerli vaxtla saat 8.30-da (Bakı vaxtı ilə
saat 17.30-da) səs verib. Ölkəmizin Vaşinqtondakı səfirliyində prezident
seçkilərinin keçirilməsi üçün təşkil edilmiş 17 saylı Yasamal üçüncü seçki
dairəsinin Vaşinqton seçki məntəqəsinin komissiya üzvləri daşınan seçki qutusunu
Klivlendə çatdırıb, beləliklə, prezident Heydər Əliyevin və orada olan digər
Azərbaycan vətəndaşlarının seçki hüquqları təmin edilib.
525ci
q əzet
[15.10.2003]
ABŞ-ın Azərbaycandakı səfiri seçkilərin gedişindən
razıdır
ABŞ-ın Bakıdakı səfiri Reno Xarniş Azərbaycan
prezidenti seçkilərində seçicilərin fəallığından razı qaldığını bildirib.
O, Mərkəzi Seçki komissiyası (MSK) yanındakı İnformasiya Mərkəzində
bu haqda bəyanat verərək deyib: "Bu gün mən 3 seçki məntəqəsində oldum və
seçicilərin fəallığından razıyam. Olduğum yerlərdə seçicilərin fəallığı 45
faizdən yüksək idi ". Reno Xarnişin sözlərinə görə, məntəqələrdən hər birində
ABŞ-ı təmsil edən müşahidəçilər var. Nöqsanlar olan kimi onlar dərhal bu barədə
Dairə Seçki komissiyalarına və MSK-ya məlumat verirlər. Səsvermə gedişində
hələlik elə bir ciddi pozuntu olmayıb. Seçki məntəqələrində də hansısa hadisə
baş verməyib. Xatırladaq ki, Azərbaycanda prezident seçkilərinin gedişini
1000-dən artıq xarici müşahidəçi izləyir. Onların əksəri-660 nəfəri-ATƏT-in
Demokratik institutlar və insan hüquqları bürosunun üzvüdür. Avropa Şurasının
Parlament Assambleyası- 32, ATƏT-in Parlament Assambleyası-24 müşahidəçi ilə
təmsil olunublar. Müşahidəçilər arasında Fransa Milli Assambleyasının, İslam
Konfransı təşkilatının, Lüksemburqun Avropa Şurası yanındakı daimi
nümayəndəliyinin, Qara dəniz İqtisadi Əməkdaşlıq təşkilatı parlamentinin və
Türkiyənin "Mərmərə" qrupunun nümayəndələri də vardır. Rusiya Mərkəzi Seçki
Komissiyasının nümayəndələri MDB ölkələri müşahidəçiləri missiyasının tərkibində
prezident seçkilərinin gedişini izləyirlər. MDB-nin icraçı katibi Yuri Yarov bu
gün bəyanat verib ki, Azərbaycanda demokratik prezident seçkilərinin keçirilməsi
üçün zəruri şərait yaradılıb. O, deyib: "Burada seçkilərin keçirilməsi üçün
işlənib hazırlanmış metodologiya, seçki komissiyaları üzvlərinin peşəkarlığı,
seçki bülletenlərinin hər cür saxtakarlıqlardan yüksək dərəcədə müdafiə olunması
azad seçkilərin keçiriləcəyini gözləməyə imkan verir". Yarovun sözlərinə görə,
o, bu gün Azərbaycanın şimal, qərb və mərkəzi rayonlarında, həmçinin Sumqayıtda
8 seçki dairəsində olub. MDB-nin icraçı katibi qeyd edib ki, Azərbaycanda "çox
böyük hazırlıq işi aparılıb". Seçkilərdə bir çox yeniliklər tətbiq ediləcək, o
cümlədən seçicilər səsvermədən sonra öz bülletenlərini xüsusi zərflərə
qoyacaqlar. Yarov məlumat verib ki, MDB ölkələrindlən olan müşahidəçilər
Azərbaycanda prezident seçkilərinin gedişi barədə öz yekun hesabatını başqa
müşahidəçilərin fikrindən asılı olmayaraq hazırlayacaq. Bizim hesabatımız yalnız
şəxsi müşahidələrimizə söykənəcək. O,eyni zamanda deyib ki, MDB nümayəndələri
digər beynəlxalq müşahidəçilərlə, o cümlədən ATƏT-in Demokratik intstutlar və
insan hüquqları bürosu ilə sıx əlaqədə işləyirlər. Azərbaycanın bir sıra
regionlarında seçkiqabağı vəziyyətin təhlili müxtəlif fitnəkarlıqların ola
bilməsi haqqında bəzi yerli qəzetlərin məlumatının doğruluğuna şübhə ilə
yanaşmağa imkan verir. Əlbəttə, hansısa bir xoşagəlməz hadisənin yaranması
istisna edilmir. Ancaq seçkiqabağı vəziyyətin inkişafına nəzər salsaq, görərik
ki, burada heç bir kütləvi qanunsuzluq halları gözlənilmir. Yuri Yarov daha bir
məsələyə diqqəti cəlb edib. Onun sözlərinə görə, Azərbaycanda prezidentliyə
namizədlər arasında qarşılıqlı münasibətlərdə dözümlülük səviyyəsi bu ilin
fevralında Ermənistanda prezident seçkiləri keçirilən zaman müşahidə
edlidiyindən daha yüksəkdir. MDB -nin İcraçı katibi deyib ki,seçkilərə gəlmiş
Birlik ölkələri müşahidəçilərinin missiyasına 200-ə yaxın ekspert də daxildir.
Bizim əsr
[15.10.2003]
Azərbaycanda prezident seçkiləri başa çatıb
Azərbaycanda yerli vaxtla saat 19.00-da ölkə
prezidentinin seçkiləri üzrə bütün seçki məntəqələri bağlanıb.
Hələ günün ortalarında aydın oldu ki, seçkiləri baş tutmuş hesab
etmək olar. Respublika Mərkəzi Seçki Komissiyası yanındakı İnformasiya
mərkəzinin saat 17.00-a olan məlumatına görə, ölkə seçicilərinin artıq 63,76
faizi səs verib ki, bu da 2 mln. 791 min 329 nəfər deməkdir. Mərkəzi Seçki
komissiyası yanındakı İnformasiya mərkəzinin rəhbəri İqbal Babayevin məlumatına
görə, seçki məntəqələrinin bağlanması anına kimi, səsverənlərin sayı haqqında
məlumat saat 21.00 radələrinə yaxın elan olunacaq. Sonra İnformasiya Mərkəzinin
zalında qurulmuş ekranlara prezidentliyə bütün 8 namizədin hamısının soyadları
çıxarılacaq və məlumatlar daxil olduqca, onlardan hər birinə səs verənlərin sayı
monitorlarda əksini tapacaq. İqbal Babayevin sözlərinə görə, seçki
məntəqələrinin protokolları oktyabrın 15-i saat 22.00-dan oktyabrın 16-sı saat
20.00-dək İnformasiya mərkəzinə daxil olmağa başlayacaq. Mərkəzi Seçki
Komissiyası ekspertlərinin hesablamalarına görə, seçkilərin ilkin nəticələri ya
bu gecə, ya da cümə axşamı səhər tezdən elan ediləcək.
Bizim əsr
[15.10.2003]
Prezident seçkiləri fəal keçsə də, bəzi pozuntular
vardır
BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏR BELƏ HESAB EDİR
Beynəlxalq müşahidəçilərin fikrincə, Azərbaycanda prezident seçkiləri fəal
keçir, lakin ayrı-ayrı pozuntular vardır. Azərbaycan prezidenti seçkilərində
səsvermə seçicilərin yüksək fəallığı şəraitində keçir. MDB ölkələri
müşahidəçiləri missiyasının rəhbəri, Birliyin icraçı kaitibi Yuri Yarov bu gün
"İtar-Tass"a müsahibəsində belə deyib. Onun sözlərinə görə, "bu fəallıq
sevindirir, lakin eyni zamanda seçicilər üçün narahatlıq yaradır. Ona görə ki,
səsvermə məntəqələrinin bir çoxunun qarşısında növbələr yaranıb". Yarov indiki
seçkilərdə çoxsaylı müşahidəçilərin iştirak etdiyini qeyd edərək deyib ki,
zənnimcə, bu, "prosesin obyektivliyinə kömək edəcək". Eyni zamanda o, qeyd edib
ki, "müşahidəçilərin iradları da vardır", o da bundan ibarətdir ki, "ayrı-ayrı
məntəqələrdə bir sıra seçicilərin adı səsvermə siyahılarına daxil edilməyib".
Bir qədər əvvəl Avropa Şurası Parlament Assambleyasının müşahidəçilər
missiyasının rəhbəri və Avropa Şurasının Azərbaycan üzrə Monitorinq komitəsinin
həmməruzəçisi Gilyermo Martines Kassanın "İtar-tass"a verdiyi bəyanatına görə,
Azərbaycanda prezident seçkiləri demokratikdir, sakit və sərbəst şəraitdə keçir.
O, eyni zamanda etiraf edib ki, əsas müxalifət qüvvəsi- "Musavat" partiyasından
seçki qanunvericiliyinin pozulmasına dair 3 şikayət alıb. Kassan deyib: "Biz
onları yoxlayıb, nəticəni ölkənin Mərkəzi seçki komissiyasına verəcəyik ".
Azərbaycandakı seçkiləri 1000-dən artıq beynəlxalq və 40 mindən çox yerli
müşahidəçilər, o cümlədən MDB ölkələrindən və Avropa Şurasından nümayəndələr
izləyir. Seçkiləri 50-dən artıq nüfuzlu beynəlxalq mətbu və elektron kütləvi
məlumat vasitəsinin yüzlərlə jurnalisti işıqlandırır
Bizim əsr
[15.10.2003]
Vətəndaşların seçki aktivliyi
Mərkəzə Seçki Komisiyasından verilən məlumata görə
vətəndaşların seçki aktivliyi
saat 10.00-a 14,54%;
saat 12.00-a 36,14%;
saat 15.00-a 56,53%;
saat 17.00-a 63,55%; (2785214 nəfər) olub. Xatirladaq
səsvermə hüququ olan seçicilərin ümumi sayı 4382828 nəfərdir.
[15.10.2003]
Müxalifət seçki prosesini pozmağa cəhd göstərir
SEÇKİ MƏNTQƏLƏRİNDƏN BİRİNƏ HÜCUM OLUB
Bu gün bir sıra seçki məntəqələrində müxalifətdən olan nümayəndələr
seçkinin gedişini pozmağa cəhd göstəriblər. Etimad Əsədovun başçılıq etdiyi
"Qarabağ Döyüşçülər Hərəkatı"nın Müsavat Partiyasında təmsil olunan, İ.Qəmbərin
təbliğat kampaniyasında iştirak edən üzvləri Ağdam rayonunun seçki
məntəqələrindən birinə gələrək dava salıb, komissiya üzvlərini təhqir edib,
onlara qarşı güc tətbiq edib və seçki məntəqəsini yandırmağa cəhd göstəriblər.
Onların qarşısı polis tərəfindən alınıb və günahkarlar saxlanılıb. Daha bir
məlumata görə, AMİP öz tərəfdarlarına seçki qutularını götürüb qaçmaq və kütləvi
şəkildə küçələrə çıxmaq haqqında göstəriş verməyə hazırlaşır. E.Məmmədov ona
verilən səslərin çox az olmasından narahat olaraq öz tərəfdarlarına seçki
qutularını oğurlamaq və kütləvi şəkildə küçələrə çıxmaq haqqında tapşırıq
gözləmək barədə xəbərdarlıq edib. 20 saylı Nərimanov 2-ci seçki dairəsinin 19
saylı məntəqəsində Müsavatın məşvərət səsli müşahidəçisi Məmmədov Şahin Abbas
oğlu seçicilərlə kobud davranaraq səsvermənin gedişinə birbaşa müdaxilə edib. Bu
məsələ ilə bağlı protokol tərtib edilərək Ş.Məmmədov məntəqədən kənarlaşdırılıb.
Atatürk liseyində yerləşən 40 saylı Nəsimi dairəsinin 2-caylı Ağdam şəhər
məntəqəsində Müsavat Partiyasından müşahidəçi olan Babayev Xəyyam Soltan oğlu və
ADP-ni təmsil edən müşahidəçi Tağıyev Nizami Novruz oğlu səsverməyə gələn
vətəndaşları saxlayır, onları İ.Qəmbərə səs verməyə çağırırlar. Həmin şəxslər
seçicilərlə birgə seçki kabinəsinə girir və seçiciləri öz namizədlərinə səs
verməyə məcbur edirlər. AzərTAc-ın bir qədər əvvəl yaydığı məlumata görə, Oğuz
rayonunda Zərrab kənd sakini 1966-cı il təvəllüdlü, Müsavat Partiyasını üzvü
Kərimov Pərviz Eldar oğlu Kərimli kəndində yerləşən 52 saylı seçki məntəqəsində
seçki komissiyasının üzvlərinə hədə-qorxu gələrək onları təhqir edib. P. Kərimov
polis şöbəsinə gətirilib, xəbərdarlıq edildikdən sonra buraxılıb. Zərrab kənd
sakini 1961-ci il təvəllüdlü, Müsavat Partiyasını üzvü Kərimov Zərrabi Qədir
oğlu Kərimli kəndində yerləşən 53 saylı seçki məntəqəsində seçki ilə əlaqədar
seçki komissiyasının üzvlərinə hədə-qorxu gələrək onları təhqir etdiyinə görə
polis şöbəsinə gətirilib, xəbərdarlıq edildikdən sonra buraxılıb. Zərrab kənd
sakini 1975-ci il təvəllüdlü, Müsavat partiyasını üzvü Davıdov Anar Vaqif oğlu
Calud kəndində yerləşən 43 saylı seçki məntəqəsində seçki komissiyasının
üzvlərinə hədə-qorxu gələrək onları təhqir etdiyinə görə polis şöbəsinə
gətirilib, xəbərdarlıq edildikdən sonra buraxılıb. Şəki şəhəri - 113 saylı seçki
dairəsinin 25 saylı seçki məntəqəsində AXCP Şəki şəhər təşkilatı tərəfindən
bitərəf müşahidəçi kimi təyin edilmiş 1957-ci il təvəllüdlü Mahmudov Maqsud
Məmməd oğlu seçkinin gedişinə maneçilik törətdiyi üçün barəsində akt tərtib
edilərək məntəqədən kənarlaşdırılıb. Tərtər rayonu - 96 saylı Texniki peşə
məktəbində yaradılmış 6 saylı seçki məntəqəsində Müsavat partiyasından olan
müşahidəçi Əliyev Əhməd Məhəmmədəli oğlu seçkilərin gedişinə müdaxilə etmiş və
komissiyanın üzvləri tərəfindən aktlaşdırılaraq tədbir görülməsi üçün polisə
göndərilib. Nəsimi rayonu 22 saylı dairənin 22 saylı məntəqəsində Müsavat
Partiyasını təmsil edən müşvərətçi müşahidəçi Lalə Fərəcova qalmaqal yaratmağa
çalışaraq səsvermənin gedişini pozmağa səy göstərib. O, nəyin bahasına
olursa-olsun hakimiyyətə gələcəklərini bildirərək İsa Qəmbərin xeyrinə
çağırışlar səsləyib. Səbayel rayonun 7 saylı məntəqəsində ADP baş katibi Sərdar
Cəlaloğlu öz dəstəsilə səsvermə məntəqəsinə gəlib. Onlar seçki qaydalarını
pozaraq hamısı eyni vaxtda kabinəyə daci l olub və bülletenləri doldurduqdan
sonra onları bir zərfə qoyaraq seçki qutusuna atıblar. Səbayel rayonunun 6 saylı
məntəqəsində müğənni Flora Kərimova asayişi pozaraq İlham Əliyevə qarşı ayarlar
qışqırıb və seçiciləri İsa Qəmbərin namizədliyini müdafiə etməyə çağırıb. Bu
hadisə İ.Əliyev səs verdiyi vaxtda baş verib.
525ci
q əzet
[15.10.2003]
Xalqın iradəsinin əleyhinə getmək dövlət, millət
qarşısında cinayətdir
"Qələbə" koalisiyasının prezidentliyə namizədi, AMİP
lideri Etibar Məmmədov bu gün saat 11.30-da Yasamal seçki dairəsinin
məntəqələrindən birində səs verib.
Jurnalistlərlə söhbətində Məmmədov deyib ki, bu seçkilərin, nəhayət ki,
Azərbaycana xeyir gətirəcəyinə ümüd edir. Seçkilər demokratik olacaqmı sualına
E.Məmmədov cavab verərək bildirib ki, "xalqın iradəsinin əleyhinə getmək dövlət,
millət və Allah qarşısında cinayətdir". Məmmədov bildirib ki, səhərdən
başlayaraq minlərlə adamın adının seçki siyahısına salınmaması ilə bağlı
məlumatlar gəlir. Onun sözlərinə görə, adı siyahıya düşməyənlərin arasında
AMİP-in xeyli tərəfdarı var. Seçkilərin ikinci mərhələsi mümkündürmü sualına
E.Məmmədov müsbət cavab verib Turan
[15.10.2003]
Müxalifət kütləvi qanun pozuntuları barədə məlumat verir
Seçki məntəqələrində səsvermə zamanı kütləvi
qanun pozuntuları davam edir.
Demokratik Sabitlik İttifaqının bu gün saat 11.00-da AXCP (i)
qərargahında keçirilmiş mətbuat konfransında bu barədə məlumat verilib. AXCP (i)
sədrinin müavini Fuad Mustafayev bildirib ki, bu saata daha çox qanun pozuntusu
Saatlı, Yevlax, Ağcabədi, Füzuli, Yasamal rayonlarında, eləcə də Şəki və Gəncədə
qeydə alınıb. Qanun pozuntuları üçün xarakterik olanlar qutulara kütləvi
bülleten atılması, müxalifətdən olan müşahidəçi və komissiya üzvlərinin polisin
köməyilə məntəqələrə buraxılmaması, səsvermədən əvvəl bülletenlərin
sayılmasından imtina olunması və s.dir. Qanun pozuntularının çoxu beynəlxalq
müşahidəçilərin gözləri qarşısında baş verir. Müsavat partiyası başqanının
birinci müavini Vurğun Əyyub bildirib ki, Gəncədə yerli müəllimlərin bir neçə
dəfə səsverməsi barədə məlumatlar var. Belə ki, Gəncədə iki dövlət nişanlı
avtobus (20 BL 548 və 20 BA 122) yerli pedaqoqları məntəqələrə daşıyır və onlar
burada bir neçə dəfə səs verirlər. AMİP sədrinin müavini Əli Əliyev öz
növbəsində bildirib ki, Sumqayıt, Binəqədi və Yasamal rayonlarının qarşısı
adamlarla doludur və seçicilərin şikayətlərini vaxtında qəbul etməyi
çatdırmırlar. Səbayel rayon məhkəməsinin qarşısında 150-yə qədər adam yığışıb,
lakin məhkəmənin qapısı bağlıdır. DSİ-nin növbəti mətbuat konfransı saat
14.00-da Müsavat partiyasının qərargahında, saat 17.00-da isə Demokrat
Partiyasının ofisində olacaq. Yekun mətbuat konfransı isə saat 20.00-da AMİP
qərargahında keçiriləcək Turan
[15.10.2003]
Saat 12.00-a qədər səsvermədə seçicilərin 17.07%-i
iştirak edib
Ölkədə 4.238.134 mln seçici var.
"Azad və ədalətli seçkilər uğrunda" QHT, siyasi və beynəlxalq təşkilatlar
Məşvərət Şurasının "Seçkilər" Müstəqil İnformasiya Mərkəzinin məlumatına görə,
(www.infomerkez.org) saat 12.00-a qədər 59 dairə və 1623 məntəqə üzrə
seçicilərin 17.07%-i səsvermədə iştirak edib. "Seçkilər" informasiya mərkəzinin
rəhbəri Osman Qunduzov bildirib ki, göstərilən 1623 seçki məntəqəsi 1.33.109
(31%) seçicini əhatə edir. Mərkəzi seçki komissiyası saat 13.00-a kimi səsermə
ilə bağlı öz saytına hər hansı məlumat yerləşdirməyib. MSK-nın mətbuat katibi
Azər Sarıyev TURANa bildirib ki, saat 12.00-a kimi ölkədə 14% seçici səs verib
Turan
[15.10.2003]
İlham Əliyev:«Mən Azərbaycanın gələcəyinə səs verdim»
«Mən Azərbaycanın gələcəyinə səs verdim».
Bu sözləri prezidentliyə namizəd,baş nazir İlham Əliyev bu gün Səbail
rayonu ərazisində yerləşən seçki məntəqəsində ailə üzvləri ilə birgə səs
verdikdən sonra KİV nümayəndəlrinə müsahibəsində bildirdi. Jurnalistlərin
«Seçkilərin II turunun keçirilməsi ehtimalı varmı?» sualını cavablandıran
İ.Əliyev: «Buna cavab verməyəcəyəm.Bu rəqiblərimə qarşı qeyri-korrekt münasibət
olardı» dedi. Prezident seçiləcəyi təqdirdə atacağı addımlar haqda məlumat verən
İ.Əliyev Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi, sosial problemlərin həlli
və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara uyğun nizamlanmasına
çalışacağını bildirdi. O, «Azərbaycana sülh, sabitlik, iqtisadi inkişaf və dünya
birliyinə inteqrasiya lazım olduğunu, vətəndaş müharibəsi, xaos və anarxiyayaya
yenidən qayıtmağın isə gərəksizliyini» dedi. Baş nazir Prezident Heydər Əliyevin
səhhəti ilə bağlı sualları cavablandırarkən qeyd etdi ki, atası ilə dünən əlaqə
saxlamışdır. Heydər Əliyevin seçkilərlə bağlı heç bir narahatçılığı olmadığını
deyən İ.Əliyev, onun internet vasitəsilə ölkədə gedən prosesləri izlədiyini
vurğuladı AssA-Irada
[15.10.2003]
İran KİV-i qadağan olmuş vaxtda İsa Qəmbəri təbliğ edib
Xatırladaq ki, İran televiziyalarını Azərbaycanın həmsərhəd cənub
bölgələrində asanlıqla seyr etmək mümkündür
Seçkilərə 24 saat qalmış namizədlərin təbliğat kampaniyası aparılmasının Seçki
Məcəlləsində qadağan edilməsinə baxmayaraq, oktyabrın 14-də, axşam saatlarında
İran televiziyası Müsavat başqanı prezidentliyə namizəd İsa Qəmbərin geniş
təbliğatını aparmışdır. Xarici telekanalların ölkə ərazisində yayımına məsul
olan dövlət qurumunun rəhbəri-rabitə naziri Nadir Əhmədov bu gün jurnalistlərlə
söhbətində buna öz etirazını bildirmişdir. «Dünən axşam olmuş bu hadisə barədə
bizim də məlumatımız vardır.Bu qanunsuz işdir. Əgər hadisə bu gün də
təkrarlanarsa, biz ona qarşı tədbir görəcəyik» -deyə Nadir Əhmədov
vurğulamışdır. AssA-Irada
[15.10.2003]
Lalə Şövkət Hacıyeva seçkinin aktivliyindən razıdır
Prezidentliyə namizəd, Liberal
Partiyasının(ALP) sədri Lalə-Şövkət Hacıyeva 18 saylı Yasamal-Səbail seçki
dairəsinin 21 saylı məntəqəsində səsvermədə iştirak etdi.
Səsvermədən sonra müsahibə verən ALP sədri seçkinin aktiv
keçməsindən razı qaldığını bildirdi.Bəzi bölgələrdə səsvermə zamanı
insidentlərin baş verdiyini qeyd edən L.Ş.Hacıyeva prezident seçkisinin
keçirilməsi ilə bağlı ALP-nin bəyanatını seçki bitdikdən sonra, saat 20-00-dan
tez verməyəcəyini bildirdi AssA-Irada
[15.10.2003]
Spiker seçimini etdi
«Bu gün öz səsimi Azərbaycanın xoşbəxt
gələcəyinə, ən layiqli oğluna verdim».
Milli məclisin sədri Murtuz Ələsgərov xanımıyla birgə səhər saat
9-30-da 18 saylı Yasamal-Səbail seçki dairəsinin 18 saylı seçki məntəqəsində səs
verəndən sonra bu barədə məlumat vermişdir. - Spiker səsvermənin Seçki
Məcəlləsinin bütün tələblərinə uyğun aparıldığını,hər şeyin qaydasında cərəyan
etdiyini, qayda-qanunun pozulmadığının şahidi olduğunu vurğulamışdır.
Parlamentin rəhbəri baş nazir İlham Əliyevin sözlərinə istinadən hazırda ABŞ-da
müalicə keçən prezident Heydər Əliyevin isə müalicə olunduğu yerdə səs
verəcəyini bildirmişdir.M.Ələsgərov beynəlıxalq müşahidəçilərin də seçkiqabağı
vəziyyəti normal qiymətləndirdiklərini, hazırlıq prosesindən xeyli razı
qaldıqlarını da qeyd etmişdir AssA-Irada
[15.10.2003]
SİM prezident seçkisinin ilkin nəticələrini elan etdi
Seçkilər İnformasiya Mərkəzinin(SİM)
prezident seçkisinin gedişi ilə bağlı ilkin hesabatı saat 10-30-da açıqladı.
SİM-in rəhbəri İqbal Babayyevin verdiyi məlumata görə, bu saata kimi
582.855 nəfər səsvermədə iştirak etmişdir. Seçki prosesi zamanı heç bir qanun
pozuntusuna yol verilməmişdir. İ.Babayevin sözlərinə görə, məntəqələrdə səsvermə
aktiv surətdə davam edir. Respublika üzrə ən yüksək göstərici Şərur rayonunda
(42,14%) qeydə alınmışdır. Paytaxta isə Nərimanov rayon seçiciləri aktivlik
(19,28%) göstərmişlər.Xatırladaq ki, respublika üzrə seçicilərin ümumi sayı
4.376.921 nəfərdir AssA-Irada
[15.10.2003]
Sabah axşam Rəsul Quliyevin Bakıya qayıdışı gözlənilir.
Oktyabrın 15-də, axşam saatlarında
eks-spiker, ADP lideri Rəsul Quliyevin Bakıya qayıdışı gözlənilir.
Bu barədə ADP mətbuat xidmətindən bildiriblər. Ötən həftə Quliyev
Azərbaycan xalqına müraciət edərək seçkilərdə "Bizim Azərbaycan" blokunun
namizədi İsa Qəmbəri dəstəkləməyə çağırıb. Əldə olunmuş razılıqlara görə,
İ.Qəmbərin qalib gələcəyi təqdirdə R.Quliyev baş-nazir vəzifəsini tutacaq
Turan
[15.10.2003]
Səsvermə prosesi qanunun tələblərinə uyğun davam edir
Prezident seçkilərində Demokratik Seçki Mərkəzindən (DSM) 3 min nəfərdən artıq
müşahidəçi iştirak edir.
DSM-dən Müstəqil Mətbuat
Mərkəzinə bildirmişlər ki, Sumqayıt, Bakı, Naxçivan Muxtar Respublikası, Şəmkir
və Bərdədə aparılmış müşahidələr göstərir ki, səsvermə prosesi qanunun
tələblərinə uyğun davam edir. 41 saylı Sumqayıt I seçki dairəsinin 28 saylı
məntəqəsində DSM nümayəndəsi ilə yanaşı beynəlxalq müşahidəçi Andreas Qross da
iştirak edir. DSM-in Saatlı rayonun əlaqələndiricisi bildirir ki, saat 10-dək 62
saylı Saatlı seçki dairəsində seçicilərin 12 faizi səs vermişdir. 3 saylı
Babək-Şərur seçki dairəsinin seçiciləri daha fəaldırlar. Saat 10-dək burada
seçicilərin 37,9 faizi, başqa sözlə 13005 nəfəri səs vermişdir. 57 saylı
Kürdəmir seçki dairəsində seçicilərin 16.9 faizi öz iradəsini ifadə etmişdir.
Xəbər.net
[15.10.2003]
Hərbçilər seçkilərdə fəal iştirak edir
Azərbaycan Respublikası Prezidentinin seçkiləri
başlanan ilk dəqiqələrdən Müstəqil Mətbuat Mərkəzinə müxtəlif zənglər daxil
olur.
Səsvermə günü təxminən saat 9
radələrində ADP nümayəndəsi Nürəddin Məmmədli mərkəzlə əlaqə saxlayıb bildirdi
ki, 20 saylı Nərimanov II seçki dairəsinin 31 saylı seçki məntəqəsinə 400-ə
yaxın hərbçi gətirilərək onlara seçki bülletenləri verilmişdir. Məlumatı
dəqiqləşdirərək öyrəndik ki, həmin ərazidə 2 hərbi hissə yerləşir və haqqında
söhbət gedən hərbçilər orada qulluq edirlər. Onlar 31 saylı məntəqə seçki
komissiyasının siyahısındadırlar. Müstəqil Mətbuat Mərkəzi
[14.10.2003]
"Seçkilər ədalətli və açıq şəraitdə keçiriləcək"
BAŞ NAZİR İLHAM ƏLİYEV DÜNƏN KEÇİRDİYİ MƏTBUAT
KONFRANSINDA BİLDİRİB Kİ, SEÇKİLƏRDƏN SONRA AZƏRBAYCANDA SABİTLİYİ POZMAQ
İSTƏYƏNLƏRİN QARŞISI ALINACAQ
Dünən Azərbaycanın baş naziri İlham Əliyev 15 oktyabr prezident
seçkiləri ilə əlaqədar xarici ölkələrin kütləvi informasiya vasitələri üçün
mətbuat konfransı keçirib. İ.Əliyev məlumat verib ki, bu seçkilər yeni qəbul
olunmuş Seçki Məcəlləsi əsasında keçiriləcək. Məcəllənin çox demokratik sənəd
olduğunu, beynəlxalq təşkilatların müsbət rəyini aldığını deyən İ.Əliyevin
sözlərinə görə, seçki kampaniyası çox uğurla davam edir və artıq başa çatmaq
üzrədir. O deyib ki, bütün namizədlər eyni şəraitə, eyni hüquqlara malikdir:
"Hər bir namizədin öz fikirləri, siyasi platforması haqqında seçicilərə məlumat
verməyə geniş imkanı var idi. Həm dövlət televiziyası vasitəsilə onlara geniş
şərait yaradılmışdı, həm də bölgələrdə keçirilən görüşlərdə bunun üçün böyük
imkanlar var idi. Ona görə də mən əminəm ki, bu seçkilər demokratik şəkildə,
şəffaf və azad keçiriləcək. Seçkilərdən sonra Azərbaycanda gedən demokratik
proseslər daha da inkişaf edəcək". Jurnalistlərin suallarını cavablandıran
İ.Əliyev bildirib ki, prezident Heydər Əliyevin rəhbərliyi ilə aparılan
demokratik islahatlar siyasətinə Azərbaycan qətiyyətlə əməl edir: "Ölkəmizdə çox
qanunlar qəbul olunub və onlar demokratiyanı sözün əsl mənasında, inkişaf
etdirməyə imkan verir. Artıq üç ildir ki, Azərbaycan Avropa Şurasının üzvüdür və
qanunvericiliyimizi Avropa standartlarına uyğunlaşdırmaq işi, əslində, başa
çatmaqdadır. Əminəm ki, seçkilərdən sonra ölkəmiz azad cəmiyyətin,
demokratiyanın inkişafı üzrə öz xəttini davam etdirəcək. Bu, ilk növbədə,
Azərbaycan xalqı və ölkəmizin uğurla inkişafı üçün vacibdir. Bu yolda bütün
lazımi tədbirlər görüləcək. Əminəm ki, demokratik və ədalətli seçkilər
keçirilməsi demokratiyanın inkişafı işinə böyük töhfə olacaq. Biz bu xəttə,
Azərbaycanın dünya birliyinə inteqrasiyasına sadiqiq. Biz bu yolda böyük uğurlar
qazanmışıq və o xətti davam etdirəcəyik". İ.Əliyevin sözlərinə görə, son 7 ildə
ölkəmizdə ümumi daxili məhsulun artımı hər il 10 faiz olub. Bu isə hakim
partiyanın qələbəsinə şübhə oyatmır. O qeyd edib ki, Azərbaycan xalqı 1993-cü
ildə ölkədə baş verən olayların qayıtmasından qorxur: "Çünki indi müxalifətdə
olanların rəhbərliyi ilə ölkə vətəndaş müharibəsi həddinə gəlib çıxmışdı,
Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalına şərait
yaradılmışdı. Hər bir kəs bilir ki, müxalifətin hakimiyyətə gəlməsi yenə də
vətəndaş iğtişaşlarına, digər xoşagəlməz hadisələrə gətirib çıxara bilər. Bir
vətəndaş kimi mən bunların hamısını görmüşəm və o hadisələrin təkrar edilməsini
heç vaxt istəmərəm". İndi Azərbaycan uğurla inkişaf etdiyini deyən İ.Əliyev
xarici sərmayələrin həcminə görə ölkəmizin təkcə keçmiş Sovet İttifaqı məkanında
deyil, həm də Şərqi Avropa ölkələri arasında öncül mövqe tutduğunu bildirib:
"Əgər insanlar yaxşı yaşamağa başlamışlarsa, bu vəziyyət niyə dəyişməlidir? İndi
inflyasiyanın səviyyəsi 2 faizə enib. Belə siyasəti dəyişdirməyə əsas varmı?
Əksinə, bu siyasət davam etdirilməlidir və əminəm ki, insanlar düzgün seçim
edəcəklər". Azərbaycan hökumətinin seçkilərdən sonra ölkədə baş verə biləcək
iğtişaşların qarşısının alınması üçün nə kimi tədbirlər görüləcəyi ilə bağlı
suala cavabında baş nazir bildirib ki, müxalifət indidən məğlubiyyətlə barışmaq
istəmir. "Çünki on ildən çoxdur ki, eyni şeyi deyən, yerinə yetirilməsi mümkün
olmayan eyni vədlər verən müxalifət liderləri məğlubiyyətlə barışsalar, siyasət
meydanından getməli olacaqlar. Ona görə də onların ən düzgün və ədalətli
seçkiləri şübhə altına almasında təəccüblü bir şey yoxdur. Əgər hər hansı
xoşagəlməz hadisələr baş versə, qanun çərçivəsində müvafiq tədbirlər görüləcək"
- deyə İ.Əliyev vurğulayıb. İ.Əliyev bəyan edib ki, seçkilərdən sonra da ölkədə
sabitlik olacaq. Onun sözlərinə görə, Azərbaycan bir dövlət kimi formalaşmıb,
ona görə də dövlət heç kimə qanunları pozmağa imkan verməyəcək: "Seçkilər
ədalətli və açıq şəraitdə keçiriləcək. Müntəzəm olaraq müxtəlif ictimai rəy
sorğuları aparılır. Əgər seçkiləri işıqlandırmağa gələn jurnalistlər seçicilərin
əhval-ruhiyyəsi ilə maraqlansalar, Azərbaycan vətəndaşlarının nəyə üstünlük
verdiyi onlara da aydın olar. Odur ki, seçkilərin şəffaflığını şübhə altına
almağa heç bir əsas yoxdur. Yeni demokratik Seçki Məcəlləsinin bütün cəhətləri
nəzərə alınıb. Əgər kimsə Azərbaycanda sabitliyi pozmaq istəsə, qətiyyətlə dəf
ediləcək". İ.Əliyev hakimiyyətə gələcəyi təqdirdə ölkə hökumətinin tərkibində
kadr dəyişikliyi etməyəcəyini vurğulayıb. İ.Əliyevin sözlərinə görə, onun özü də
Heydər Əliyev komandasının üzvüdür və burada hamını yaxşı tanıyır. O deyib ki,
seçkilərdə qələbə qazandıqdan sonra onlarla əməkdaşlıq etməyi planlaşdırır: "Ona
görə də hər hansı kadr dəyişikliyindən söhbət gedə bilməz". İ.Əliyev bildirib
ki, H.Əliyevlə işləyən bütün adamlar "xalqa xidmət etmiş ləyaqətli insanlardır":
"Mən onlarla birgə işləməyə hazırlaşıram". Dövlət başçısı seçildiyi halda
atacağı addımlardan danışan İ.Əliyevin sözlərinə görə, o, ilk növbədə
Azərbaycanın suverenliyini möhkəmləndirəcək və iqtisadiyyatını inkişaf
etdirəcək: "Ölkədə bir dənə də olsun çadır şəhərciyinin qalmaması üçün qaçqın və
məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq xəttini davam etdirmək
niyyətindədir". Prezidentliyə namizəd həmçinin ABŞ, Türkiyə, Rusiya, İran və
digər dövlətlərlə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Dağlıq Qarabağ münaqişəsinə toxunan baş nazir deyib ki, prosesin sülh yolu ilə
tənzimlənməsi imkanları hələ tükənməyib. Ona görə də Azərbaycan tərəfi problemin
dinc yolla həllinə sadiq qalır. Onun sözlərinə görə, gələcəkdə ATƏT-in Minsk
qrupunun həmsədrləri tərəfindən münaqişənin tənzimlənməsinin yeni variantları
təklif olunacaq. Baş nazir deyib ki, Azərbaycan xalqı münaqişənin hərbi yolla
həllini istəmir: "Lakin biz öz torpaqlarımızın işğal altında qalması ilə heç
vaxt barışmayacağıq". İ.Əliyev bildirib ki, Azərbaycanın hər bir vasitədən
istifadə etmək hüququ var. Baş nazir prezident Heydər Əliyevlə bağlı sualı da
cavablandırıb. O deyib ki, H.Əliyevin səhhəti normaldır və dövlət başçısı
Azərbaycanda gedən prosesləri İnternet vasitəsilə izləyir.
525ci
q əzet
[14.10.2003]
MSK MTN-ə müraciət etdi
Qarşıdurma yaratmaq istəyənlərin planları
araşdırılacaq
Dünən Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl MSK sədri Məzahir Pənahov bəyan etdi ki,
oktyabrın 15-i rəsmi iş günü deyil. Bununla bağlı mətbuatda MSK-nın rəsmi
məlumatı dərc ediləcək. Sonra MSK-ya daxil olmuş müraciətlərə baxıldı. MSK üzvü
Azər Tağıyev bildirdi ki, prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli
nümayəndəsi Əli Əhmədov MSK sədrinin adına müraciət edib. Müraciətdə göstərilir
ki, müxalifət liderləri hakimiyyəti zorla devirmək, cəmiyyətdə qarşıdurma
yaratmaq məqsədilə mətbuatda bu istiqamətdə təbliğat aparırlar. Bu məqsədlə
AMİP, AXCP, ADP və Müsavat partiyalarının liderləri mətbuatdan gizli görüşlər
keçirərək müəyyən təxribatların törədilməsi ilə bağlı planlar hazırlayıblar.
Həmin təxribat planlarına görə, müxalifətçi Dairə Seçki Komissiyası üzvləri
səsvermə günü beynəlxalq müşahidəçilər məntəqələrə gəldiyi vaxt qarşıdurma
yaradacaq. Bununla da beynəlxalq müşahidəçilərə sübut edilməyə çalışılacaq ki,
məntəqələrdə seçkilər demokratik keçirilməyib. QHT-lərsə bu istiqamətdə
müxalifətə kömək edəcək. Eyni zamanda razılaşdırılmış plana görə, həmin
partiyaların komissiya üzvləri protokolları imzalamaqdan imtina edəcəklər. Bu
tipli məlumatları isə “Turan” İnformasiya Agentliyi hər iki saatdan bir yayacaq.
Oktyabrın 16-da isə müxalifət liderləri mitinqlər təşkil etməklə, xalqı
itaətsizliyə çağırmaqla qarşıdurma yaratmağa cəhdlər edəcəklər. Rusiyanın NTV və
Türkiyənin bir neçə televiziya kanalları isə bu qarşıdurmaları çəkərək
beynəlxalq aləmə yayacaq. Əli Əhmədov hesab edir ki, Azərbaycan Konstitusiyasını
və Seçki Məcəlləsinin tələblərini pozan bu cür təxribat planlarının qarşısının
alınması üçün MSK müəyyən tədbirlər həyata keçirməlidir. Prezidentliyə namizəd
İlham Əliyevin səlahiyyətli nümayəndəsi Mübariz Qurbanlı bildirdi ki, müraciət
səfirliklər, beynəlxalq təşkilatlara da göndərilib. Məlumatları həmin
partiyalardakı mənbələrdən alıblar: “Məgər Vidadi Mahmudov Müsavat başqanının
müavini Rauf Arifoğlunun məntəqələrdə zor tətbiq edilməsi ilə bağlı yazılarını
oxumur?” M.Qurbanlı deyib ki, müxalifət uduzduğunu görərək daha azğın mübarizə
aparır. Qarşıdurma yaratmaq istəyirlər. Müxalifətin mübarizəni aparmağı
bacarmadığını söyləyən M.Qurbanlı Konstitusiyanın tələblərini pozan bütün
cəhdlərin qarşısının alınacağını bildirdi. Müzakirələrdən sonra qərara alındı
ki, YAP-ın müraciəti araşdırılması üçün Respublika Prokurorluğuna, Milli
Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə göndərilsin. Sonra
səsvermənin nəticələri haqqında MSK-nın protokolunun forması əsas kimi təsdiq
edildi. Eyni zamanda seçicilərin fəallığı üzrə hesabat saatlarının müəyyən
edilməsi haqqında MSK katibi İnqilab Nəsirov məlumat verdi. Onun dediyinə görə,
seçicilərin fəallığı ilə bağlı 10.00-da 12.00-da, 15.00-da, 17.00-da və 19.00-da
ictimaiyyətə məlumat veriləcək. İşğal altında olan şəhər və rayonlar üzrə
yaradılmış seçki dairələrinin seçki məntəqələrində köçkün seçicilərin siyahıları
ilə bağlı və ona əlavə edilən dəyişikliklərlə əlaqədar MSK-nın təşkilat
şöbəsinin müdiri Zemfira Eminova məlumat verdi. Onun sözlərinə görə, köçkün
seçicilər üçün 10 dairə seçki komissiyası yaradılıb. 122 saylı Xankəndi dairə
komissiyası istisna olmaqla bütün dairələr vaxtında formalaşdırılıb. Həmin
dairələrdə isə 567 məntəqə yaradılıb. Köçkün seçicilərin ümumi sayı isə 323984
nəfər qeydə alınıb. Olaylar
[14.10.2003]
Etibar Məmmədov: "Gəlin yerlərimizi dəyişək,
İDDİALI TƏRƏF SİZ OLUN, PREZİDENTLİYƏ VAHİD NAMİZƏD
İSƏ MƏN"
Məlum olduğu kimi, bu gün prezident seçkilərilə bağlı
təbliğat-təşviqat kampaniyası sona çatır. Dünən AMİP sədri, prezidentliyə
namizəd Etibar Məmmədov bu müddət ərzində partiyanın gördüyü işlər, təşviqat
kampaniyasının yekunları ilə bağlı mətbuat konfransı keçirib. Azərbaycanın bir
çox rayonunda seçicilərlə görüşdüyünü deyən prezidentliyə namizəd əhalinin
fəallığının artdığını vurğulayıb: "Bu faktor bizim qətiyyətimizin daha da
artmasına səbəb olub". E.Məmmədov seçki qanunlarının ona bir sıra problem
yaratdığını deyib. O bildirib ki, Seçki Məcəlləsində bir çox müəmmalı müddəalar
var: "Ona görə də Mərkəzi Seçki Komissiyasında qəbul olunan təlimatlar bir çox
halda qanunlara zidd olub". Xüsusən seçicilərlə görüşləri zamanı ciddi
problemlərlə üzləşdiyini deyən AMİP sədrinin sözlərinə görə, seçkiöncəsi
mübarizədə hakimiyyət və müxalifət namizədlərinə qeyri-bərabər şərait yaradılıb:
"Təşviqat kampaniyası zamanı icra strukturlarının nümayəndələrindən istifadə
oluna bilməz. Amma buna əməl edilməyib". E.Məmmədovun fikrincə, bütün bunlar
hakimiyyətin seçkilərin nəticələrini saxtalaşdırmaq niyyətində olmasından xəbər
verir: "Biz saxtakarlığın qarşısını almaq üçün həm beynəlxalq təşkilatlar, həm
də siyasi partiyalarla əməkdaşlığı davam etdiririk". AMİP sədri deyib ki,
saxtakarlığın qarşısının alınması üçün həm rəhbəri olduğu partiyanın, həm də
AXCP-nin ("islahatçılar") müşahidəçiləri və komissiya üzvləri yerlərdə birgə
fəaliyyət göstərəcəklər: "Bundan başqa digər partiya nümayəndələrilə də
əməkdaşlıq ediləcək". AMİP sədri onun təbliğatının aparılmasına iqtidarla
yanaşı, müxalifət qüvvələrinin də maneələr törətməyə çalışdığını deyib. Bu işdə
bəzi müxalifət partiyaları ilə hakimiyyətin maraqlarının üst-üstə düşdüyünü
deyən prezidentliyə namizəd belə məsələlərə fikir vermədiyni bildirib: "Bu bizim
ümumi işimizə ancaq ziyan gətirir. Biz dəfələrlə qarşı tərəfdən xahiş etmişik
ki, belə hallara yol verilməsin. Hətta bununla bağlı dörd partiya liderinin
London görüşündə də ayrıca razılaşma olub. Təəssüf ki, buna əməl etməyən
qüvvələr var. Ancaq mən öz təbliğatımı aparmaqla məşğulam. Hesab edirəm ki, hərə
öz işilə məşğul olsa, yaxşıdır". Qeyd edək ki, mətbuat konfransından əvvəl AMAL
Ziyalı Hərəkatının bir neçə üzvü və Azərbaycan Xalq Partiyasının sədri Pənah
Hüseyn E.Məmmədovla görüşüb. AMİP sədri bildirib ki, sözügedən şəxslər
müxalifətin seçkilərə vahid namizədlə getməsilə bağlı təklif irəli sürüblər.
E.Məmmədov isə onların qarşısında yeni təkliflə çıxış edib: "Onlara dedim ki,
qarşı tərəf məni böyük iddialarda olmaqda ittiham edir. Buna görə də gəlin
yerlərimizi dəyişək. Həmin iddialı tərəf siz olun, prezidentliyə vahid namizəd
isə mən". AMİP sədrinin sözlərinə görə, qarşı tərəf onun bu təklifinə cavab
verməyib. Bundan sonra vahid namizədin müəyyənləşməsinin mümkünlüyünə dair suala
E.Məmmədovun cavabı belə olub: "Hesab edirik ki, vahid namizədin müəyyənləşməsi
kiminsə hakimiyyətə gətirilməsi yox, bu rejimin dəyişdirilməsi üçün lazımdır.
Azərbaycanın bu vəziyyətdən çıxarılması naminə isə ölkə Konstitusiyasında
dəyişiklik edilməsi vacibdir. Qarşı tərəf isə bununla razılaşmadı. Belə çıxır
ki, kimsə prezident olacağı təqdirdə səlahiyyətlərinin az olacağından qorxur.
Mən isə məhz bu cür prezident olmaqdan çəkinmirəm".
525ci
q əzet
[14.10.2003]
Sabir Rüstəmxanlı gizli danışıqlar aparıbmı?
VHP BUNUNLA BAĞLI YAYILAN İNFORMASİYALARI RƏDD EDİR
Müxalifət arasında bağlanmış qarşılıqlı əks-təbliğat aparmamaq
sazişinin ziddinə olaraq VHP sədri, prezidentliyə namizəd Sabir Rüstəmxanlıya
qarşı "qara piar" texnologiyası işə düşüb. "Bizim Azərbaycan" blokunun bəzi
üzvləri VHP sədrini gizli danışıqlar aparmaqda suçlayıblar. VHP-nin mətbuat
xidmətindən "Olaylar"a bildiriblər ki, bu, Sabir Rüstəmxanlının seçkiyə müstəqil
qatılmaqda qərarlı olması ilə bağlıdır: "İsa Qəmbərin son çıxışında namizədləri
öz blokuna dəvət etməsindən sonra başlanan danışıqlarda özlərinə sərf edən
cavabı almayandan sonra artıq bu informasiyanı gündəmə buraxıblar. Təəssüf
edirəm ki, seçkiyə iki gün qalmış xislətlərini göstərdilər. Axıradək dözə
bilmədilər". Mətbuat xidməti bu hücumların Sabir Rüstəmxanlının reytinqinə təsir
etməyəcəyini bildirib: "Bizə şər atmağa çalışırlar. Onların təklifini qəbul
etsəydik, belə deməzdilər".
Olaylar
[14.10.2003]
Bu gün səhər saat 8.00-dan seçkilərlə bağlı
təbliğat-təşviqat kampaniyası dayandırılır
MSK-nin MƏTBUAT MƏRKƏZİNİN RƏHBƏRİ AZƏR SARIYEV: "SEÇKİ GÜNÜNƏ 24 SAAT
QALMIŞ RƏY SORĞULARININ KEÇİRİLMƏSİ, SEÇKİ GÜNÜ SEÇKİ MƏNTƏQƏLƏRİNDƏ
NAMİZƏDLƏRDƏN HANSININSA XEYRİNƏ SƏS VERMƏYƏ ÇAĞIRILMASI QADAĞANDIR"
"Seçki
Məcəlləsinin tələblərinə görə, seçki gününə 24 saat qalmış prezidentliyə
namizədlərin təbliğat-təşviqat kampaniyası dayandırılır". Bu haqda məlumatı
"525"in müxbiri ilə söhbətində Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat
mərkəzinin rəhbəri Azər Sarıyev dilə gətirib. Onun sözlərinə görə,
prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyası 14 oktyabr səhər
8.00-dan etibarən başa çatır: "Bütün hallarda ayın 14-dən 8.00-dan etibarən
təbliğat-təşviqat kampaniyası dayandırılmalıdır. Bundan əlavə, dövlətin
konstitusion quruluşunun, ölkənin sərhədlərin zorakılıqla dəyişdirilməsinə
yönələn, irqi, milli ayrı-seçkilik toxumu səpən çıxışlara yol verilməsi qadağan
olunur". A.Sarıyevin bildirdiyinə görə, seçkilərə 24 saat qalmış müddət ərzində
prezidentliyə namizədlərlə bağlı mətbuat və elektron kütləvi informasiya
vasitələrində təşviqat xarakterli yazıların, müsahibələrin, məlumatların,
reklam mətnlərinin və çarxlarının verilməsi qadağan olunur: "Bundan başqa,
həmin vaxt ərzində rəy sorğularının keçirilməsi, seçki günü seçki
məntəqələrində namizədlərdən hansınınsa xeyrinə səs verməyə çağırılması qəti
qadağandır".
525ci
q əzet
daha çox oxuyun []
[] []
[] []
[] [] |
|
|
|
|
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652;
|
|