|
|
 |
SEÇİN Kİ,
SEÇİLƏSİNİZ! |
 |
15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir. |
|
|
daha çox oxuyun [] []
[] []
[] [] []
[] [] |
[31.10.2003]
Prezident seçkilərinin yekunları müzakirə olunacaq
Noyabrın 5-6 -da Kişinyovda Avropa Şurası Nazirlər
Komitəsinin (AŞNK) 113-cü iclasında Azərbaycanda prezident seçkilərinin
yekunlarının müzakirə ediləcəyi gözlənilir.
Bu barədə AR XİN başçısı Vilayət Quliyev məlumat vermişdir. Onun
dediklərinə görə, "çox güman ki, AŞNK bu seçkilərə öz münasibətini bildirəcək".
V.Quliyev demişdir ki, "bu barədə biz Avropa Şurası ilə fikir mübadiləsinə
hazırıq" və qeyd etmişdir ki, noyabrın 6-da AR XİN başçısının AŞ -nın baş katibi
Valter Şvimmerlə görüşü planlaşdırılır. O, demişdir ki, "çox güman ki, bu
görüşdə əsas diqqət baş vermiş seçkilərə yetiriləcək". Xatırladaq ki, AŞNK bu
çox qədim panavropa təşkilatının rəhbər orqanıdır, bu orqan 1949-cu ildə
yaradılmış və onun orqanları vasitəsilə AŞ üzvü olan ölkələrin hökumətləri AŞ
-ın siyasi qərarlarının qəbul edilməsində bilavasitə iştirak edə bilərlər.
Trend
[31.10.2003]
Bu gün prezident Qurana əl basacaq
Bu gün Azərbaycanın sayca 4-cü prezidenti olan İlham
Əliyev inauqurasiya mərasimindən sonra prezident səlahiyyətlərinin icrasına
başlayacaq.
Mərasimin keçiriləcəyi Respublika Sarayında
dekorasiya işlərilə yanaşı, binanın mühafizəsinə də xüsusi diqqət yetirilib.
2400 qonağın iştirakıyla keçiriləcək andiçmə mərasimi Kamera teatrının rejissoru
Cənnət Səlimovanın ssenarisi əsasında gerçəkləşdiriləcək. İlham Əliyevin andiçmə
mərasimində iştirak etmək üçün üçün Bakıya prezident Eduard Şevardnadze başda
olmaqla Gürcüstanın rəsmi təmsilçi qrupu, İranın vitse-prezidenti Məhəmməd
Əptahi, Ukrayna baş naziri Viktor Yanukeviç, Rusiya Federasiya Şurasının sədri
Sergey Mironov, Türkiyə hökuməti baş nazirinin müavini Abdullətif Şener, MDB
icraçı katibi Yuri Yarov, Rusiya XİN başçısı İqor İvanov və b. gələcəklər. Amma
bu, tam siyahı deyil, yüksək vəzifəli qonaqların sayı daha da arta bilər.
Andiçmə mərasimindən sonra “Gülüstan” sarayında qonaqların şərəfinə konsert
proqramı ilə qəbul planlaşdırılır. Bunun ardınca isə Azadlıq meydanında yüksək
səviyyəli bayram proqramı olacaq. Tədbirin təşkilatçısı, Bakı şəhər İcra
Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun sözlərinə görə, saat 22.00-də misli
görünməmiş atəşfəşanlıq olacaq. 20 dəqiqə davam edəcək yaylım atəşinin
fişəngləri 500 metr hündürlüyə və 300 metr ətrafa yayılacaq. Qeyd edək ki, İlham
Əliyevin andiçmə mərasimində müxalifət təmsilçilərinin iştirakı da nəzərdə
tutulub. Hakim partiya bütün müxaliflərin tədbirə dəvət edəcək. Müxalifət
partiyaların iqtidarın bu jestinə yanaşması isə xeyli müxtəlifdir. Vətəndaş
Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının fikrincə, ölkədə Milli
Həmrəylik bərpa edilməli, siyasi partiyalar birgə fəaliyyət göstərməlidirlər.
Rüstəmxanlı yeni prezidentin inauqurasiyasında iştirak edəcəyini bildirib. O,
digər müxalifət partiyalarının da bu tədbirdə iştirakına ümid etdiyini söyləyib.
AXCP(i) sədri Əli Kərimli isə inauqurasiya törəninə qatılmaq fikirlərinin
olmadığını bildirib. AXCP(i) sədrindən fərqli olaraq, Milli İstiqlal
Partiyasının sədr müavini Məhərrəm Zülfüqarlı tədbirdə iştiraklarını istisna
etməyib. Milli Həmrəylik tərəfdarı oldğununu bildirən Zülfüqarlı “bir-birini
tanımamaq, bir-birini inkar etmək bolşevizm təfəkkürüdür. Milli İstiqlal
Partiyası bu təfəkkürdən uzaqdır”,- deyə vurğulayıb. Ədalət Partiyasının sədri
İlyas İsmayılov dəvət alacağı təqdirdə məsələnin partiyada müzakirə ediləcəyini
bildirib. AXCP-nin birləşdiricilər qanadının sədri Qüdrət Həsənquliyev tədbirə
dəvət alarsa, mütləq iştirak edəcəyini bildirib. Amma seçkiyə qədər
konstruktivliyilə seçilən ALP lideri Lalə Şövkət törənə qatılmayacaq. Bu barədə
“Mərkəz”ə açıqlamasında partiyanın Səbayel rayon təşkilatının sədri Xaliq Əliyev
bilgi verib. Ancaq o, bunu adi bir səbəblə izahlayıb: “Lalə Şövkət ineaqnurasiya
mərasimində dəvətnamə göndərilmədiyi üçün iştirak etməyəcək”. YAP-ın icra
katibinin müavini Bahar Muradova isə bildirib ki, “İstər müxalifət, istərsə də
iqtidarda olan şəxslərin hamısı Azərbaycan vətəndaşıdır. Prezident də ölkə
prezidentidir. Ona görə də mən bu tədbirdə müxalifət nümayəndələrnin iştirakına
normal və təbii baxıram”. Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin
direktoru Mübariz Əhmədoğlunun “Mərkəz”ə bildirdiyinə görə, istənilən halda
müxalifət liderləri inauqurasiya mərasiminə qatılmalıdır və bu, demokratik
təfəkkür, sivillik əlaməti sayılır.
Mərkəz
[29.10.2003]
Seçkilə bağlı son qərar verildi
Konstitusiya Məhkəməsi İlham Əliyevi
Azərbaycanın prezidenti elan etdi
Dünən Konstitusiya Məhkəməsi 15 oktyabr prezident seçkisilə bağlı
MSK-nın yekun protokolunun təsdiqlənməsi və seçkidə yüksək səs toplamış şəxsin
elan edilməsi məsələsinə baxıb.
İclasda Konstitusiya Məhkəməsinin hakimlərilə
yanaşı, MSK sədri Məzahir Pənahov, sədr müavini Svetlana Qasımova, katib İnqilab
Nəsirov, Vidadi Mahmudov və digər komissiya üzvləri də iştirak ediblər. Ђncə
hakim Sona Salmanova Konstitusiya Məhkəməsində 15 oktyabr seçkilərilə bağlı
nəticələrin təsdiq və elan edilməsilə bağlı hüquqi əsaslar haqda bilgi verdi.
Daha sonra dedi ki, MSK-nın və DSK-nın protokolları uyğun komissiyalar
tərəfindən araşdırılır. Bu işin həyata keçirilməsi üçün Statistika Komitəsindən
də ekspertlərin cəlb olunduğu vurğulandı. Araşdırmalar zamanı əlavə şikayətərin
daxil olmadığı bildirildi. Qeyd edək ki, nəticələri ləğv edilmiş məntəqələrdən
sonra 2.421.661 səs etibarlı hesab olunub. Bundan da 1.860.463-ü İlham Əliyevin
lehinədir.
Hakimlərin qısa arayışından sonra Konstitusiya Məhkəməsinin sədri
Fərhad Abdullayev maraqlı subyekt qismində sözü MSK sədri Məzahir Pənahova
verdi. O, prezident seçkilərinin keçirilməsində komissiya üzvlərinin gərgin
işlədiklərini önə çəkdi və bir sıra yeniliklərin olduğunu bildirdi. Bura yeni
beynəlxalq standartlara cavab verən Seçki Məcəlləsinin hazırlanmasını, şəffaf
qutuların gətirilməsini, bülletenlərin və protokolların nömrələnməsini aid etdi
və bildirdi ki, bu seçkiləri 43 minə yaxın yerli, 1000-dən yuxarı isə xarici
müşahidəçi izləyib: “Bir çox beynəlxalq müşahidəçilər də seçkilərin
nəticələrindən tam razı qaldılar. Və bu cür seçkinin bir sıra demokratik
ölkələrdə keçirilmədiyini bildiriblər. Seçicilərin aktivliyini xüsusilə qeyd
etmək olar. Məhz bunun nəticəsində ümumi seçicilərin 71 faizdən çoxu - 3.164.348
nəfər səsvermədə iştirak edib. Müxtəlif səbəblərdən 694 məntəqədə seçkilərin
nəticələri ləğv edildikdən sonra 2.421.661 səs etibarlı sayılıb”. Bunlardan
sonra F.Abdullayev M.Pənahova “Siz DSK-lardan protokolları hansı şikayətlər
əsasında qəbul etmişdiniz” sualını verdi. MSK sədri isə öz növbəsində bildirdi
ki, DSK-dan protokolların tələb edilməsi müəyyən qanun pozuntularıyla bağlı
daxil olmuş informasiyalarla əlaqəli idi: “Yəni biz seçkinin tam demokratik
keçdiyinə əmin olsaq da, bəzi qanun pozuntuları haqqında informasiyalar gəlirdi.
Ona görə də bir daha DSK-nın protokollarıyla tanış olmaq istədik”. MSK katibi
Vidadi Mahmudovun çıxışı isə əsasən tənqid və qərəz üzərində qurulmuşdu. O, hələ
lap əvvəldən qanun pozuntularının olduğunu bildirdi. Belə ki, bu prosesin
namizədlərin qeydə alınması, təşviqat və səsvermə zamanı nəzərə çarpdığını
söylədi: “Mən hesab edirəm ki, seçkinin nəticələrinə hüquqi qiymət vermək üçün
həmin seçkinin keçirilmə şəraitilə tanış olmaq vacibdir. Məhz baş verən qanun
pozuntularını nəzərə alaraq, sizdən nəticələri təsdiq etməməyi xahiş edirəm”.
Hakimlərdən biri Vidadi Mahmudova “Siz bir çox seçicilərin adlarını seçici
siyahısına daxil edilmədiyini bildirirsiniz. Bu “bir çox”un konkret nə qədər
olduğunu və bunun seçkinin nəticələrinə təsir edib-etməyəcəyini bizə deyə
bilərsinizmi” sualını verdi. Bu sualın qarşısında pat vəziyyətinə düşən Mahmudov
həmin seçicilərin sayının dəqiqləşmədiyini bildirdi: “Amma Abşeron rayonunun 8
saylı məntəqəsində 581 nəfərin adı siyahıda olmayıb. Əgər hansısa seçicinin
hüququ pozulursa, buna mütləq hüquqi qiymət verilməlidir”. Konstitusiya
Məhkəməsinin sədri isə MSK katibindən nə üçün xüsusi rəy hazırlamadığını
soruşdu. Cavabında V.Mahmudov bunu DSK-dan daxil olmuş sənədlərlə tanış
olmamasıyla izah etdi. Və bildirdi ki, ona MSK rəhbərliyi həmin şəraiti
yaratmayıb. V.Mahmudovun çıxışıyla razılaşmayan MSK-nın digər katibi İnqilab
Nəsirov bildirdi ki, komissiyaların bu cür formalaşması dünyanın əksər
dövlətləri tərəfindən müsbət qiymətləndirilib: “İstər DSK-larda, istərsə də
MSK-da heç bir qanun pozuntusuna yol verilməyib. Bu barədə deyilən fikirlərin
heç biri fakta söykənməyib. Vidadi Mahmudov bildirdi ki, məntəqələrin bəzilərinə
məktəb direktorları rəhbərlik ediblər. Burada heç bir qanun pozuntusu yoxdur.
Yəni məktəb direktorlarının və müəllimlərinin məntəqə üzvü olması tam
qanunauyğundur”. Nəsirov təşviqat zamanı namizədlərə bərabər şərait
yaradıldığını söylədi. O, eyni zamanda müxalifətdən olan namizədlərin və
komissiya üzvlərinin müəyyən poblemlər yaratdıqlarını da dilə gətirdi: “Onlar
indi qanun pozuntusundan danışırlar. Hansı ki, Müsavat Partiyasının maliyyə
hesabatıyla əlaqədar bizə təqdim etdiyi sənədlərdə bir sıra qanun pozuntuları
mövcud idi. Yəni fiziki şəxsin namizədin hesabına minimum əmək haqqının 50 misli
qədər pul köçürmək hüququ olduğu halda, bundan artıq köçürmələr olub. Lakin
onlar sonra bu sənədləri gizlətdilər”. Siyahılarda seçicilərin adının olmaması
haqda deyilən fikirlərə gəlincə, İnqilab Nəsirov bildirdi ki, həmin gün 13.000
belə şəxsin səs verməsinə imkan yaradılıb və bu cür hallar seçkinini nəticəsinə
heç bir təsir göstərməyib. MSK üzvü Fuad Cavadov öz çıxışında seçkidə ən çox
problem yaradanların müxalifətdən olduğunu bildirdi. Onun sözlərinə görə,
müxlifətdən olan komissiya üzvləri qanunun imkan vermədiyi üsul və vasitələrdən
istifadə edərək, seçki prosesinə əngəl yaratmaq istəyirdilər. “Xalqı üsyana
çağırırdılar, bundan başqa, “Bizim Azərbaycan” Blokunun üzvləri DSK sədrlərinin
ələ alınması üçün müxtəlif cəhdlərə əl atıb, onlara külli miqdarda pul təklif
ediblər”. Sədr müavini Svetlana Qasımova da müxalifətdən olan komissiya
üzvlərinin seçkinin obyektiv keçməməsi haqda söylədikləri fikirlərin əsassız
olduğunu bildirdi. Bundan sonra Konstitusiya Məhkəməsinin sədri seçkinin
nəticələrini araşdırmaqda iştirak etmiş ekspertlərin rəyini öyrənmək üçün
Statistika Komitəsnin əməkdaşı Həlimə Hüseynovaya söz verdi. O, Statistika
Komitəsinin ekspertlərinin araşdırması zamanı heç bir qanun pozuntusuna rast
gəlinmədiyini və MSK-nın 20 oktyabr protokolunun Seçki Məcəlləsinin maddələrinə
tam uyğun şəraitdə tərtib edildiyini bildirdi. Yarım saatlıq fasilədən sonra
F.Abdullayev Konstitusiya Məhkəməsinin seçkinin nəticələrinin təsdiq və elan
edilməsilə bağlı qərarını açıqladı. O, araşdırmalar zamanı etibarlı sayılan
2.421.661 səsdən 1.860.346-nın İlham Əliyevə verildiyinin təsdiq olunduğunu
bildirdi. Bütün bunları əsas götürərək,
Konstitusiya Məhkəməsi qərara aldı:
1.
15 oktyabr seçkilərinin yekun protokolu təsdiq olunsun.
2. İlham Əliyev
Azərbaycan Respublikasının prezidenti elan edilsin.
3.Konstitusiya Məhkəməsinn
qərarı qətidir və heç bir orqan tərəfindən dəyişdirilə bilməz.
Beləliklə, dünən
İlham Əliyev ölkənin qanuni prezidenti elan olundu. Oktyabrın 31-də isə onun and
içəcəyi gözlənilir.
Mərkəz
[28.10.2003]
Konstitusiya Məhkəməsi bu gün toplaşır
Konstitusiya
Məhkəməsi İlham Əliyevin prezidentliyini təsdiq etmək üçün bu günə iclas
çağırıb.
Təsdiqetmədən sonra keçiriləcək andiçmə mərasiminə
xarici dövlətlərdən qonaqlar dəvət edilməyib. Bununla belə, Prezident Aparatının
beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov inaqurasiya mərasiminə
xarici ölkələrin ölkəmizdəki səfirlərindən başqa, əcnəbi qonaqların da
qatılacağını istisna etməyib. Mərkəz
[22.10.2003]
Piter Aykerin Azərbaycanda missiyası başa çatıb
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları
Bürosunun (DTİHB) müşahidəçilər missiyasının rəhbəri Piter Aykerin Azərbaycanda
fəaliyyəti başa çatıb.
Xarici İşlər Nazirliyinin mətbuat mərkəzindən "Trend"ə verilən
məlumata görə, missiyanin fəaliyyəti ilə bağlı dünən XİN başçısı Vilayət Quliyev
və Piter Ayker tərəfindən müzakirə aparılıb. Yüksək səviyyəli ekspert Azərbaycan
hökumətinə prezident seçkilərində müşahidəçi missiyasını həyata keçirmək üçün
yaratdığı şəraitə görə təşəkkürünü bildirib. O, nazirə öz fəaliyyətinin
yekunları haqqında məlumat verib. V.Quliyev deyib ki, Azərbaycanda ədalətli və
demokratik əsaslarla keçirilmiş prezident seçkiləri demokratik cəmiyyət
quruculuğu istiqamətində görülən tədbirlərin məntiqi davamı kimi
qiymətləndirilir. Azərbaycanın beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi
əhəmiyyət verdiyini vurğulayan nazir Azərbaycanda prezident seçkilərində
çoxsaylı müşahidəçilər missiyasının fəaliyyətini yüksək dəyərləndirib.
Trend
[22.10.2003]
Konstitusiya Məhkəməsi üç gündən sonra rəsmi qərar
verəcək
Mərkəzi Seçki Komissiyasının katibi İnqilab Nəsirov "Olaylar"a
bildirib ki, oktyabrın 21-də prezident seçkilərinin nəticələri ilə bağlı rəsmi
protokollar Konstitusiya Məhkəməsinə təqdim edilib. Mövcud qanunvericiliyə görə,
Konstitusiya Məhkəməsi 3 gündən az olmayaraq, rəsmi qərar verəcək.
Olaylar
[21.10.2003]
694 seçki məntəqəsində seçkilərin nəticələri ləğv
edilib
Azərbaycan Mərkəzi seçki komissiyası(MSK) 694 seçki
məntəqəsində seçkilərin nəticələrini ləğv etmişdir.
Bu barədə MSK oktyabrın 20-də axşam iclasında qərar qəbul etmişdir. İclasda MSK
katibi İ.Nəsirov bəyan etmişdir ki, 694 məntəqə 115 seçki dairəsini əhatə edir
və ümumi saydan burada 600 min səs prezidentliyə namizəd İ.Əliyevə məxsusdur.
Seçicilərin fəallığı 71,2% təşkil edən seçkiləri 44 min müşahidəçi izləyirdi,
onlardan 42 mindən çoxu yerli müşahidəçilərdir. Beynəlxalq ekspertlərin
müşahidələrinə istinad edən İ.Nəsirovun dediklərinə görə, seçicilərin səslərinin
hesablanması qanunauyğun şəkildə və pozuntulara yol verilmədən aparılırdı. Lakin
protokolların tərtibində problemlər olmuşdur. İ.Nəsirov belə bir faktı "normal"
adlandırdı ki, hərbi hissələrdə yaradılmış 15 seçki məntəqəsində səslərin 100%-i
İ.Əliyevə verilmişdir. MSK sədri Məzahir Pənahov məlumat vermişdir ki, MSK-ya
seçkilərin gedişindən və nəticələrindən çox az şikayətlər daxil olmuşdur.
Trend
[18.10.2003]
Milli Məclis 15-16 oktyabr hadisələrini pislədi
PARLAMENT ÜZVLƏRİ 15 OKTYABR SEÇKİLƏRİNİ ƏN
DEMOKRATİK VƏ ŞƏFFAF SEÇKİLƏR KİMİ DƏYƏRLƏNDİRDİLƏR
Dünən Milli Məclisin (MM) növbədənkənar iclası keçirilib.
İclasda 15 oktyabr prezident seçkilərindən sonra ölkədə yaranmış ictimai-siyasi
durumla bağlı məsələ müzakirə edilib. Spiker Murtuz Ələsgərov bir neçə gün öncə
ölkədə prezident seçkilərinin keçirildiyini və seçkilərin nəticələrinin artıq
Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən elan olunduğunu bildirib: "Bu
seçkilər çox yüksək səviyyədə, azad, demokratik və şəffaf şəkildə keçirildi.
Hətta qeyd edim ki, bir sıra Avropa ölkələrində də bu cür demokratik seçkilər
olmayıb". Sonra spiker müalicə məqsədilə xaricə getməyə hazırlaşdığı üçün sözü
növbədənkənar olaraq Azərbaycan Kommunist Partiyasının (AKP) sədri Ramiz
Əhmədova verib.
"15 oktyabr seçkiləri sözün həqiqi mənasında MDB məkanında nümunəvi seçkilər
adlandırıla bilər" - deyən R.Əhmədov 15 oktyabr seçkilərinin çox demokratik və
ədalətli keçdiyini söyləyib. R.Əhmədov öz çıxışında məğlubiyyətləri ilə barışmaq
istəməyən qüvvələrin ünvanına kəskin fikirlər səsləndirib, onların xarici
ölkələrin bəzi maliyyə qurumları tərəfindən maliyyələşdirildiyini, eyni zamanda,
müvafiq orqanların bu məsələyə lazımi reaksiya vermədiyini bildirib: "ABŞ Dövlət
Departamenti bu yaxınlarda öz hesabatında açıqladı ki, 2002-ci ildə Azərbaycan
müxalifətinə nə qədər yardım edilib. Ancaq "Siyasi partiyalar haqqında" qanuna
görə, heç bir siyasi təşkilat xaricdən maliyyələşə bilməz. Belə olan halda biz
nəyə görə bu məsələyə göz yumuruq?". "Xalqımız bu hadisələrdən ciddi nəticələr
çıxarmalıdır" -deyən millət vəkili Fəttah Heydərov 15-16 oktyabr hadisələrinin
iştirakçılarının və təşkilatçılarının cəzalandırılmasını tələb edib: "Heç bir
qüvvə bu hadisələri törədən qüvvələrin cinayətkarlığının davam etdirilməsinə yol
verə bilməz.
Qoy həmin qüvvələr bilsinlər ki, onlar bir daha Azərbaycanda çaxnaşma sala
bilməyəcəklər. Bir sözlə, Azərbaycanın müstəqilliyini heç kim sarsıda bilməz".
Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini, millət vəkili Mübariz
Qurbanlı müxalif qüvvələrdən fərqli olaraq aparıcı dövlətlərin və beynəlxalq
təşkilatların 15 oktyabr seçkilərinin nəticələrini tanıdığını, onların bu
seçkiləri demokratik və ədalətli hesab etdiklərini dilə gətirib: "Qeyd edim ki,
dünyanın hər yerində seçkilərdən sonra müxalifətçilər seçkilərlə bağlı müxtəlif
bəyanatlar verirlər. Ancaq çox təəssüf edirəm ki, Azərbaycan müxalifəti başqa
ölkələrin müxalifətindən fərqli olaraq öz məğlubiyyətini etiraf edə bilmədi.
Onlar hələ də ötən əsrin 80-ci illərinin axırları, 90-cı illərinin
əvvəllərindəki düşüncə, təfəkkür tərzindən uzaqlaşa bilməyiblər". M.Qurbanlı 15
oktyabr seçkilərindən sonra Azərbaycanın siyasi səhnədə İsa Qəmbərlərə, Əli
Kərimlilərə, Etibar Məmmədovlara yer olmayacağını və olmadığını iddia edib.
Çünki M.Qurbanlının iddiasına görə, müxalifətçilər seçkilərdən hələ çox-çox öncə
mənəvi, siyasi terrorla məşğul olurlarmış: "Onlar ölkədə olan cəzasızlıq
mühitindən sui-istifadə edirdilər. Ona görə də inanmaq istəyirəm ki, 15-16
oktyabr hadisələri zamanı iğtişaş törədənlər öz layiqli cəzalarını alacaqlar".
M.Qurbanlı çıxışının sonunda Müsavat Partiyasının qapadılmasını təklif edib.
"Mən ömrümdə bu cür demokratik seçki görməmişdim" - deyən digər YAP-çı millət
vəkili İbrahim İsayev əhalinin seçkilərdə böyük ruh yüksəkliyi ilə iştirak
etdiyini, seçicilərin böyük əksəriyyətinin İ.Əliyevə səs verdiklərini və onların
müxalifətdən olan prezidentliyə namizədlərə "yox" dediklərini bildirib. Millət
vəkili İmamverdi İsmayılov da seçkilərdən sonra müxalifəti ölkədə vəziyyəti
gərginləşdirmək cəhdində günahlandırıb: "Seçkilərdən bir müddət əvvəl Seçki
Məcəlləsi müzakirə olunanda məndə həm arxayınçılıq, həm də bir narahatçılıq var
idi. Arxayınçılıq var idi ona görə ki, seçkilərdə Azərbaycan xalqının mütləq
əksəriyyətinin Heydər Əliyev siyasi kursuna səs verəcəyini bilirdim. Narahat
idim ona görə ki, biz ifrat dərəcədə demokratik qanun qəbul edirdik. Mənim bu
narahatçılığım seçkilərdən sonra özünü doğrultdu, yəni məlum hadisələr baş
verdi". İ.İsmayılov da 15-16 oktyabr hadisələrində əli olanların
cəzalandrılmasını tələb edib.
YAP-ın icra katibinin digər müavini, millət vəkili Siyavuş Novruzov
Azərbaycan xalqının 15-16 hadisələrindən hiddətləndiyini və həmin hadisələrin
təşkilatçılarının cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdiyini dilə
gətirib: "Biz həmin hadisələrin təşkilatçılarının qaçıb xaricə getmələrinə də
imkan verməməliyik". YAP-ın İdarə Heyətinin üzvü, MM-in regional məsələlər daimi
komissiyasının sədri, millət vəkili Zahid Qaralov millət vəkillərini İran
parlamentinə müraciət ünvanlamağa çağırıb və fikrini bununla əsaslandırıb ki,
sözügedən dövlətin televiziya və radio qurumları Azərbaycanın daxili işlərinə
qarışırlar: "İranın televiziya və radiosu İqbal Ağazadəni artıq qəhrəman kimi
qələmə verir. Buna dözmək olmaz. Odur ki, təcili İran parlamentinə müraciət
ünvanlamaq lazımdır". Z.Qaralovun çıxışından sonra spiker M.Ələsgərovun təklifi
ilə MM-in ictimai-siyasi durumla bağlı qərarını hazırlamaq üçün bir neçə
nəfərdən ibarət redaksiya komissiyasının yaradılması qərara alınıb. Azərbaycan
Dövlət Teleradio Verilişləri Şirkətinin sədri, YAP-ın İdarə Heyətinin üzvü,
millət vəkili Nizami Xudiyev ilk növbədə baş nazir İ.Əliyevi seçkilərdə
cahanşümul qələbə qazanması münasibətilə təbrik edib: "Vaxtilə Heydər Əliyevin
meydanına girə bilməyənlər bu dəfə də onun layiqli davamçısı İlham Əliyevin
meydanına girə bilmədilər". N.Xudiyev çıxışında 15-16 oktyabr hadisələri zamanı
müxalifətçilərin hərəkətlərini vandalizm, ifrat islam fundamentalizmi və radikal
vəhhabiçilik hərəkətləri kimi dəyərləndirib. YAP-ın icra katibinin başqa bir
müavini, millət vəkili Bahar Muradova müxalifətçilərin, xüsusilə də İ.Qəmbərlə
İ.Ağazadənin ünvanına kəskin fikirlər səsləndirdikdən sonra ATƏT-i tənqid
hədəfinə çevirib: "Üzümü Piter Aykerə tutub demək istəyirəm ki, sən Azərbaycanda
beləmi demokratiya qurmaq istəyirdin? Bizə belə demokratiya lazım deyil".
"Seçkilər çox demokratik keçib. Bu, onu göstərir ki, xalq öz gələcəyini
düşünür". Bu fikirlər isə akademik, millət vəkili Cəlal Əliyevə məxsusdur.
C.Əliyevin sözlərinə görə, seçkilərin demokratik keçməsi və İ.Əliyevin
seçkilərdə qalib gəlməsi H.Əliyev amili ilə bağlıdır: "Çünki Heydər Əliyev həm
1969-cu ildə, həm 1993-cü ildə hakimiyyətə gələn zaman Azərbaycanı fəlakətdən
qurtardı". Sonra akademik müxalifətçilərin ünvanına kəskin ifadələr işlədib,
onları muzdlu, faşist, quldur, mənəviyyatsız adlandırıb. C.Əliyev çıxışında
beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndələrinin ünvanına da sərt
ittihamlar irəli sürüb: "Piter Ayker faşistdir. Məgər o görmür ki, dünya bu
seçkilər haqda nə düşünür? Bundan başqa, Andreas Qross da dağıdıcı qüvvələrin
muzdlusu kimi çıxış edir. Onlardan yaxşı heç nə gözləmək olmaz". Müzakirələrdən
sonra parlamentin redaksiya komissiyasının hazırladığı qərar layihəsi millət
vəkillərinin nəzərinə çatdırılıb və həmin qərar deputatlar tərəfindən
yekdilliklə qəbul edilib. Qeyd edək ki, sözügedən qərarda 15-16 oktyabr
hadisələri, onun təşkilatçıları pislənilir və hüquq-mühafizə orqanlarından tələb
edilir ki, məlum hadisələrin təşkilatçıları barədə müvafiq ölçü götürülsün.525ci
q əzet
[18.10.2003]
Pozuntular "təkrar prezident seçkilərinin keçirilməsi
təhlükəsini yaradır"
ATƏT-in 180 müşahidəçisi təsdiq edir ki, onların
missiya başçısı ekspertlərin nəticələrini yumşaltmışdır
ATƏT-in qısamüddətli müşahidəçilər missiyasının 180 nümayəndəsi
bəyan etmişlər ki, öz rəhbərləri Piter Aykerin ilkin nəticələri ilə razı
deyillər, o, Azərbaycanda prezident saçkiləri zamanı yol verilmiş kobud
pozuntuları "yumşaltmışdır".
"Trend" agentliyinin verdiyi məlumata görə, bu barədə oktyabrın 17-də
"Azərbaycan" mehmanxanasında keçirilən mətbuat konfransında müşahidəçilər özləri
bəyin etmişlər. ATƏT-in Serbiyadan olan müşahidəçisi Milan Stefanoviç bəyan
etmişdir ki, 180 müşahidəçi 125 seçki dairəsinin hamısında olmuş və onların
gördükləri pozuntular "təkrar prezident seçkilərinin keçirilməsi təhlükəsini
yaradır". Onun dediklərinə görə, səsvermə zamanı çoxsayda pozuntular qeydə
alınmış və onlar özləri ayrıca hesabat hazırlamaq niyyətindədirlər. O, həm də
məlumat vermişdir ki, gəlmiş beynəlxalq müşahidəçilərin çoxusu "öz işini bilmir"
və Azərbaycanın Seçki məcəlləsinin müddəalarından xəbərsiz idilər.
Bundan başqa, onlara müşahidəçilər üçün "düzgün hazırlanmamış" suallar kitabçası
təqdim olunmuşdur. M.Stefanoviç bəyan etmişdir ki, Piter Ayker başda olmaqla,
ATƏT-in ilkin hesabatını hazırlayanlar cinayət etmiş və bunun üçün
cəzalandırılmalıdırlar. Xatırladaq ki, bu ərəfədə P.Ayker bəyan etmişdir ki,
Azərbaycan demokratik prezident seçkiləri keçirmək şansını itirdi. P.Ayker
sözünə davam edərək demişdir ki, səsvermə zamanı baş verən hədə -qorxular,
prezidentliyə namizədlər üçün bərabər şəraitin yaradılmaması, müxalifət
partiyalarının mitinqlər və piketlər keçirmək hüquqlarının məhdudlaşdırılması
beynəlxalq müşahidəçiləri çox narahat edirdi. Onun dediklərinə görə, həmçinin
600-dən artıq uzunmüddətli müşahidəçilər əvvəlcədən hazırlanmış bülletenləri
topa-topa qutulara salınmasının, komissiyalar tərəfindən protokolların tərtibi
zamanı yol verdikləri saxtakarlıqların, seçki qutularının bir məntəqədən digər
məntəqəyə aparılmasının, səslərin hesablanması prosesində kənar şəxslərin
iştirakı hallarının şahidi olmuş və bunları qeydə almışlar. P.Ayker demişdir ki,
Azərbaycanda seçkiqabağı durum "düzgün" olmamışdır.
Trend
[18.10.2003]
AŞ-ın fransalı müşahidəçisi: prezident seçkiləri ideal
keçməyib
Daniel Gulye: İğtişaşların təşkilatçıları məhkum olunmalıdır
Azərbaycanda prezident seçiləri ideal keçməmiş, lakin müsbət olmuşdur. Bu barədə
oktyabrın 17-də Bakıda mətbuat konfransında Avropa Şurasının Fransadan olan
müşahidəçisi Daniel Gulye bəyan etmişdir. O, məlumat vermişdir ki, öz həmkarları
ilə Masallıda, Lənkəranda və Astarada 30 seçki məntəqəsində olmuşdur, lakin
ciddi qanun pozuntuları qeydə alınmamışdır. O, qeyd etmişdir ki, müşahidəçilər
seçicilərin yüksək fəallığını xüsusi vurğulamış, lakin seçkilərin nəticələrinə
təsir edəcək pozuntulara yol verilmədiyini bildirmişdir. D.Gulye həm də məlumat
vermişdir ki, seçicilər arasında üsyana çağırışlar olan vərəqələr yaymağa cəhd
edən "bəzi qüvvələr" nəzərə çarpırdı . Oktyabrın 15-16-da Bakıda baş vermiş
iğtişaşlara toxunaraq, D.Gulye demişdir ki, bu vətəndaş qarşıdurmasının
təşəbbüskarları məlumdur və onlar cəzalandırılmalıdır . O, bəyan etmişdir ki,
iğtişaşların təşkilatçıları məhkum olunmalı və nə Avropa Şurası, nə də digər
beynəlxalq təşkilatlar onları siyasi məhbus adlandıra bilməzlər, çünki "hər şey
hamının gözü qarşısında baş verirdi". Trend
[17.10.2003]
Müsavatın 15 fəalına qarşı cinayət işi qaldırılıb
Çərşənbə günündən gümə
axşamına qədər asayişi pozduqlarına və polisə müqavimət göstərdiklərinə görə
Müsavatın 15 fəalına qarşı cinayət işi qaldırılıb.
Bu
barədə Bakı Prokurorluğunun və Bakı Şəhər Baş Polis İdarəsinin dünən yaydıqları
birgə xəbərdə bildirilib. Xəbərdə bildirilir ki, prezident seçkiləri başa
çatdıqdan sonra Müsavat partiyasının 400 üzvü və fəalı partiyanın qərargahı
qarşısına toplaşıb. "Seçkilərin nəticələrinə yekun vurulması başa çatdırılmazdan
Müsavat üzvləri seçkilərin ədalətsizliyi və saxtalaşdırılması barədə əsassız
bəyanatlarla çıxış ediblər". "Xəbərdarlıqlara baxmayaraq partiyanın fəalları
hüquq-mühafizə orqanlarına tabelə olmayıblar və polisə daş, şüşə və dəmir
əşyalar atıblar, onlara hücum ediblər. Nəticədə polisin 22 əməkdaşı müxtəlif
dərəcəli bədən xəsarəti alıb, 6 nəfərinə isə sağlamlıqlarının ağır vəziyyəti ilə
bağlı stasionar müalicə təyin edilib", - deyə press-relizdə bildirilir.
Ekspress
[17.10.2003]
Prezident seçkilərinin ilkin nəticələri açıqlandı
BAŞ NAZİR İLHAM ƏLİYEV RƏQİBLƏRİNİ BÖYÜK SƏS ÇOXLUĞU İLƏ QABAQLAYARAQ
AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ SEÇİLDİ
MSK sədri son məlumatları jurnalistlərin diqqətinə çatdıraraq bildirdi ki,
indiyə qədər respublikadakı 5129 məntəqənin 4 min 673-dən nəticələr daxil olub
ki, bu da ümumi məntəqələrin 91 faizindən artıqdır: "Seçkilərin, səsvermənin
çox yüksək səviyyədə keçməsi ilə yanaşı, qeyd etmək istəyirəm ki, bu prosesdə
müşahidəçilik missiyasını həyata keçirən Avropa Şurası Parlament
Assambleyasının, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun,
Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının nümayəndə
heyətlərinə, Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun
əməkdaşlarına, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə,
ümumiyyətlə, fərdi müşahidəçilik missiyasını həyata keçirən vətəndaşlarımıza
Mərkəzi Seçki Komissiyası adından öz minnətdarlığımı bildirirəm ki, öz
vəzifələrini, əsasən, qanuna müvafiq şəkildə yerinə yetiriblər".
M.Pənahov məntəqələrdə gün ərzində seçicilərin tam, azad və sərbəst şəkildə
öz iradələrini ifadə etmələri üçün yaranmış şəraitin axıra qədər davam
etdiyini söylədi, hələlik Mərkəzi Seçki Komissiyasına rəsmi müraciətlərin
daxil olmadığını vurğuladı: "Hazırda əlimizdə olan nəticələr, yəni 4 min 673
məntəqədən daxil olmuş nəticələri "Seçkilər" İnformasiya Mərkəzindən sizə
çatdırıblar. Mən həmin nəticələri bir daha elan etmək istəyirəm. Səslər
aşağıdakı kimidir:
Əliyev İlham Heydər oğluna 2 milyon 283 min 820 seçici səs
verib. Bu, səsvermədə iştirak edən seçicilərin 79,5 faizidir.
Hacıyev Hafiz
Ələmdar oğluna 9 min 615 seçici səs verib. Bu, seçicilərin 0,33 faizidir.
Hacıyeva Lalə-Şövkətə 95 min 295 seçici səs verib. Bu, seçicilərin 3,32
faizidir.
Həsənquliyev Qüdrətə 13 min 226 seçici səs verib. Bu, seçicilərin
0,46 faizidir.
İsmayılov İlyas Abbas oğluna 23 min 579 seçici səs verib. Bu,
seçicilərin 0,82 faizidir.
Qəmbər İsa Yunis oğluna 346 min 566 seçici səs
verib. Bu, seçicilərin 12,06 faizini təşkil edir.
Məmmədov Etibar Səlidar oğlu
78 min 169 seçicinin səsini qazanıb. Bu, seçicilərin 2,72 faizidir.
Rüstəmxanlı Sabir Xudu oğluna 22 min 261 seçici səs verib. Bu, seçicilərin
0,78 faizidir.
Bir daha diqqətinizə çatdırıram ki, bu, ilkin məlumatlardır. Məntəqələrin
91 faizindən daxil olan məlumatlardır. Məlumatlar daxil olmaqda davam edir.
Yaxın saatlarda biz sizə bütün 5129 məntəqədən və xarici ölkələrdə fəaliyyət
göstərmiş məntəqələrdən daxil olan nəticələrin hamısını çatdıracağıq".
M.Pənahov dedi ki, ilkin nəticələrə görə, Əliyev İlham Heydər oğlu böyük
səs çoxluğu ilə Azərbaycan seçicilərinin səsini qazanıb və hazırda
prezidentliyə namizədlər arasında liderlik edir. Onun sözlərinə görə, yaxın
günlərdə Mərkəzi Seçki Komissiyası məntəqələrdən daxil olan protokolları
diqqətlə təhlil edərək araşdıracaq, eyni zamanda, komissiyaya daxil olan
şikayətlərə ciddi şəkildə baxacaq: "Mən xalqımızın qarşısında söz verirəm ki,
bu araşdırmalar çox şəffaf şəkildə həyata keçiriləcək. Kütləvi informasiya
vasitələrinin nümayəndələri də bunu izləyə biləcəklər. Hər hansı bir məntəqədə
səsvermənin nəticələrinə təsir etmək gücündə olan qanun pozuntusu halları
meydana çıxacaqsa, biz həmin məntəqədəki nəticələri ləğv edəcəyik. Sizə
indidən bildirirəm ki, qarşıdakı iki gün müddətində biz dairə seçki
komissiyalarının protokollarını MSK-da araşdırarkən maraqlı tərəflərin
hamısının, eləcə də kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakını
təmin edəcəyik".
MSK sədri 15 oktyabrdakı səsverməni Azərbaycan, eləcə də dünya
ictimaiyyətinə çox operativ şəkildə çatdırdıqlarına görə jurnalistlərə öz
minnətdarlığını bildirib: "Eyni zamanda, mən bizim yaratdığımız Müstəqil
Mətbuat Mərkəzinin də müsbət fəaliyyətini qeyd edirəm. Onlara da öz
minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, biz yaxın vaxtda rəsmi olaraq
Azərbaycan prezidentinin seçilməsini sizin iştirakınızla böyük ruh yüksəkliyi
ilə elan edəcəyik. Heç şübhəm yoxdur ki, xalqımızın seçdiyi şəxs ölkəmizin
növbəti beş illik həyatında çox müstəsna rol oynaya biləcək".
Axırda M.Pənahov jurnalistlərin çoxsaylı suallarına cavab verdi.
15 oktyabr prezident seçkiləri arxada qaldı. Dünən Mərkəzi Seçki
Komissiyasının (MSK) sədri Məzahir Pənahov "Seçkilər" İnformasiya Mərkəzində
prezident seçkilərinin başa çatmasıyla bağlı mətbuat konfransı keçirdi. MSK
sədri jurnalistlərə müraciətlə dedi ki, ötən gün xalqımızın tarixində
əlamətdar hadisə baş verib, Azərbaycan Respublikası prezidentinin seçkiləri
keçirilib: "Hesab edirəm ki, xalqımız, Azərbaycan seçiciləri özünün, ölkəmizin
tarixinin şərəfli bir səhifəsini yazdı. Azərbaycan seçiciləri 44 mindən çox
yerli, mindən yuxarı beynəlxalq müşahidəçinin, yüzlərlə xarici və yerli
kütləvi informasiya vasitələri nümayəndələrinin gözü qarşısında mütəşəkkil,
azad, sərbəst şəkildə özlərinin istədikləri namizədə səs verdilər. Səhər saat
8-dən axşam saat 19-dək seçicilərin 71 faizdən çoxu səs verdilər, sonra
səsvermənin nəticələrinin hesablanması mərhələsi başlandı və müşahidəçilərin
gözü qarşısında, bilavasitə onların iştirakı ilə səslərin sayılması prosesi
həyata keçirilərək nəticələr arası kəsilmədən informasiya mərkəzinə daxil oldu
və olmaqda davam etdi. Nəticələr operativ şəkildə Azərbaycan seçicilərinə,
dünya ictimaiyyətinə mütəmadi olaraq çatdırıldı. Çünki məlumatlar daxil olan
andan həm informasiya mərkəzinin, həm də Mərkəzi Seçki Komissiyasının İnternet
saytına qoyulurdu".
525ci
q əzet
[17.10.2003]
V.Putin İlham Əliyevi təbrik etmişdir
Rusiya prezidenti Vladimir Putin AR prezidenti
seçkilərində qazandığı qələbə münasibətilə İlham Əliyevi təbrik etmişdir.
Təbrikdə deyilir:"Seçkilərdə inandırıcı qələbə göstərdi ki, Azərbaycan xalqı
ölkənin inkişafı və onun xarici siyasət xətti üzrə Sizin təklif etdiyiniz
proqramı dəstəkləyir". Rusiya dövlət başçısı iki dövlətin strateji maraqlarının
üst-üstə düşdüyünü, Rusiya və Azərbaycan arasında dostluq və ənənəvi
tərəfdaşlığın gələcəkdə möhkəmləndirilməsi üçün əlverişli imkanların mövcud
olduğunu qeyd etmişdir. Təbrikdə daha sonra deyilir:"Bütün bunlar xalqlarımızın
maraqlarına cavab verir və Qafqaz regionunda təhlükəsizliyin və inkişafın mühüm
amilidir". Trend
[17.10.2003]
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının baş naziri cənab İlham Əliyevə
2003-cü il oktyabrın 15-də keçirilən Azərbaycan Respublikası Prezidentinin
seçkilərində qələbə çalmağınız münasibətilə hökumətin adından və şəxsən öz
adımdan Sizi səmimi qəlbdən təbrik edirəm. Türkiyə ilə Azərbaycan arasında
həmişə mövcud olan, təməlli, güclü, tarixi və mədəni bağlara əsaslanan dostluq,
qardaşlıq və əməkdaşlığın Zati-alinizin prezidentliyi dövründə daha da inkişaf
edəcəyinə şübhəm yoxdur. Ölkələrimiz Şərqlə Qərbin qucaqlaşdığı, müxtəlif
sivilizasiyaların bir-birini zənginləşdirdiyi önəmli bir qovşaq nöqtəsində
yerləşir. Bizi bir-birimizə güclü şəkildə bağlayan ortaq tariximizdən və mədəni
birliyimizdən aldığımız qüdrət, ölkələrimizin bundan irəli gələn ortaq
öhdəliklərinin də birgə yerinə yetirilməsi üçün mühüm təminatdır. Qarşıdakı
mərhələdə də Türkiyə və Azərbaycan arasındakı qardaşlıq münasibətlərinin və
yaxın işbirliyinin bu təməl üzərində güclənərək inkişaf edəcəyinə inanıram.
Zati-alinizə yeni vəzifənizdə uğurlar diləyir, bu fürsətdən istifadə edərək,
dost və qardaş Azərbaycan xalqının xoşbəxtliyi və firavanlığı üçün ən səmimi
arzularımı yetirirəm.
Rəcəb Tayyib Ərdoğan Türkiyə Respublikasının Baş naziri
AzərTac
[17.10.2003]
Azərbaycan prezidentinin seçkiləri müstəqil və
demokratik şəraitdə keçmişdir.
Bu barədə oktyabrın 16-da Bakıda mətbuat konfransında MDB-dən müşahidəçilər
missiyasının rəhbəri, Birliyin icraçı katibi Yuri Yarov bəyan etmişdir. Onun
dediklərinə görə, müşahidə zamanı həm seçki komissiyaları, həm də ayrı-ayrı
partiyaların nümayəndələri tərəfindən bir sıra pozuntular aşkar edilmişdir.
Y.Yarov qeyd etmişdir ki, bundan başqa, siyahılarda seçicilərin adlarının
olmaması, məntəqələrdə çoxsayda seçicilərin növbədə durması problem yaradırdı,
lakin bu kütləvi xarakter daşımırdı və müvafiq olaraq, seçkilərin nəticələrinə
əhəmiyyətli təsir göstərə bilməzdi. MDB müşahidəçilər missiyasının başçısı hesab
edir ki, ümumən seçkilər kəskin rəqabət şəraitində keçirdi və seçki
qanunvericiliyinin normalarına uyğun idi. Seçki məcəlləsinə dair fikrini
bildirən Y.Yarov demişdir ki, sənəd Avropa standartlarına uyğundur və ölkədə
demokratik seçkilər keçirməyə imkan verir. O, sözünə davam edərək demişdir ki,
MDB müşahidəçilərinin bu qiymətləndirməsi dövlət başçılarının müzakirəsinə
təqdim ediləcək. MDB PA-dan müşahidəçilər missiyasının rəhbəri, Federasiya
Şurasının MDB məsələləri üzrə Komitəsi sədrinin birinci müavini Konstantin
Markelov bəyan etmişdir ki, müşahidəçilər belə bir vəziyyətin şahidi oldular ki,
bəzi müxalifət partiyalarının nümayəndələri seçki məntəqələrində gərginlik
yaratmağa cəhd edirdilər. Onun fikrincə, qanunvericilikdə bəzi problemlər
mövcuddur, bunlar bu ilin noyabrında Sankt-Peterburqda MDB Parlamentlərarası
Assambleyanın iclası zamanı parlament başçılarına baxılmaq üçün təqdim ediləcək.
K.Markelov məlumat vermişdir ki, MDB-dən olan müşahidəçilər 1103 seçki
məntəqəsində olmuşlar. Trend
[17.10.2003]
Xarici ölkələrdəki vətəndaşlarımız İ.Əliyevə səs verib
Oktyabrın 15-də ölkəmizin hüdudlarından
kənarda yaşayan Azərbaycan vətəndaşları da prezident seçkilərinə qatılmışlar.
Xarici İşlər Nazirliyindən bildirmişlər ki, onlar Konstitusiya hüquqlarını həmin
ölkələrdə fəaliyyət göstərən Azərbaycan səfirliklərində yaradılmış seçki
məntəqələrində reallaşdırmışlar. Prezidentliyə namizəd İlham Əliyevə Avstriyada
səsvermədə iştirak etmiş 62 seçicinin 34-ü, Birləşmiş Ərəb Əmirliklərində 86-dan
70-i, Belçikada 60-dan 44-ü, Çin Xalq Respublikasında 59-dan 56-sı, İran İslam
Respublikasında 104-dən 82-si, Misir Ərəb Respublikasında 117-dən 83-ü, Pakistan
İslam Respublikasında 41-dən 27-si, Rumıniyada 35-dən 33-ü, Səudiyyə
Ərəbistanında 52-dən 45-i səs vermişdir. Azərbaycanın beynəlxalq təşkilatlardakı
missiyalarında da vətəndaşlarımız öz səsvermə hüquqlarından istifadə etmişlər.
Burada da İlham Əliyev inamlı qələbə qazanmışdır. Belə ki, Avropa Şurasında 21
seçicinin 20-si, BMT-nin İsveçrədəki bölməsində 59-dan 55-i Baş naziri
dəstəkləmişdir. AzərTac
[17.10.2003]
Məhəmməd Xatəmi İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının baş naziri cənab İlham
Əliyevə
Layiqli şəkildə Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz
münasibətilə ölkənizin hökumətini və xalqını səmimiyyətlə təbrik edirəm. İran
İslam Respublikası özünün qonşu ölkələrlə dinc yanaşı yaşamağa əsaslanan
prinsipial siyasətində İran xalqı ilə mədəni, dini və tarixi ortaqlıqları olan
Azərbaycan Respublikasına xüsusi yer verir. Ümidvaram ki, cənabınızın
məsuliyyətli və əhəmiyyətli rəhbərliyi dövründə müstəqil Azərbaycan
Respublikasını günbəgün artan inkişafa, tərəqqiyə çatdıracaq və iki qonşu,
qardaş ölkənin bütün sahələrdə dostluq əlaqələrinin daha da dərinləşməsinin
şahidi olacağıq. Əminəm ki, iki ölkənin yeni hərtərəfli və dostluq münasibətləri
cənab Heydər Əliyevin Prezidentliyi dövründə bünövrəsi qoyulduğu kimi, daha
dinamik və yüksələn xətlə inkişaf edəcəkdir. İran İslam Respublikası –
Azərbaycan Respublikası əlaqələrinin üfüqlərində ikitərəfli, regional və
beynəlxalq əməkdaşlığın inkişafı üçün böyük potensial imkanlar açılacaqdır.
Təbii ki, cənabınızın verəcəyi dəstək sayəsində yeni dövr münasibətlərimiz daha
dinamik və güclü olacaqdır. Sonda cənabınızı İran İslam Respublikasına səfərə
dəvət etməklə, böyük Allahdan Sizə cansağlığı və günbəgün artan uğurlar,
şərafətli Azərbaycan xalqına isə səadət və başucalığı diləyirəm.
Seyid Məhəmməd
Xatəmi İran İslam Respublikasının Prezidenti AzərTac
[17.10.2003]
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının baş naziri cənab
İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu! Azərbaycan Respublikasının Prezidenti kimi yüksək
vəzifəyə seçilməyiniz münasibətilə Sizi Qazaxıstan xalqı adından və şəxsən öz
adımdan təbrik edirəm. Seçkilərdə Sizin inamlı qələbəniz dəyişikliklər ölkənin
xəttinə, atanız möhtərəm Heydər Əlirza oğlunun qətiyyətlə və ardıcıllıqla
apardığı dövlətçiliyin və inteqrasiyaların möhkəmləndirilməsi siyasətinə
sadiqliyinə sübutdur. Siz xalqın nüfuz və hörmətini qazanaraq, yüksək etimad
əldə etmisiniz və şübhəsiz, bu etimadı şərəflə doğruldacaqsınız. Əmin olduğumu
bildirirəm ki, dövlətlərimizin dostluq münasibətlərinin inkişafı yeni təkan
alacaq, qarşılıqlı surətdə faydalı əməkdaşlığımız isə xalqlarımızın rifahı
naminə möhkəmlənəcək və inkişaf edəcəkdir. Sizə uğurlar, Azərbaycan xalqına sülh
və tərəqqi arzulayıram!
Hörmətlə, Nursultan Nazarbayev Qazaxıstan
Respublikasının Prezidenti Xəbər.net
[17.10.2003]
Kessler: Seçkilər beynəlxalq standartlara o qədər
də uyğun deyildi
Azərbaycanda prezident seçkiləri beynəlxalq
standartlara bir o qədər də uyğun deyildi.
Bu barədə oktyabrın 16-da mətbuat konfransında ATƏT-in Parlament assambleyasının
müşahidəçilər missiyasının başçısı Covanni Kessler bəyan etmişdir. Onun
dediklərinə görə, səslərin hesablanması və onların cədvəllərə köçürülməsi zamanı
saxtakarlıqlara yol verilmişdir, polis tərəfindən zorakılıq halları olmuş və
zorakılığa çağırışlar səslənmişdir. Həmçinin hədə-qorxu gəlmiş, bir sıra yerli
müşahidəçilərin qısamüddətli həbsləri baş vermişdir, müxalifət partiyalarının
mitinq və piketləri məhdudlaşdırılmışdır. C.Kessler qeyd etmişdir ki,
prezidentliyə namizədlərə dövlət televiziyasının efirində müəyyən vaxt
verilməsini çıxmaq şərtilə, ümumilikdə bütün prezidentliyə namizədlərə
seçkiqabağı kampaniya üçün bərabər şərait yaradılmamışdır. C.Kessler həmçinin
seçkilərin müsbət tərəflərini də qeyd etmişdir, bunlar "real seçki
kampaniyasının" yaradılması, seçicilərin fəal iştirakı və onların azad səs
verməsi, müxalifətin iqtidarı tənqid etmək imkanı əldə etməsi , MSK tərəfindən
səsvermənin nəticələri haqqında informasiyanın şəffaf çatdırılmasıdır. Bundan
başqa, yeni Seçki məcəlləsi qəbul edilmişdir, onun "düzgün icra icra edildiyi
halda, seçkiləri saxtakarlıqlara yol vermədən keçirmək olar".
Trend
[17.10.2003]
İlham Əliyevi təbrik edib
Azərbaycan Respublikasının baş naziri cənab İlham
Əliyevə
2003-cü il oktyabrın 15-də keçirilmiş seçkilərdə qələbə qazanaraq, Azərbaycan
Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Zati-alinizi
türk milləti və şəxsən öz adımdan səmimi təbrik edirəm. Sizin liderliyiniz
altında dost və qardaş Azərbaycanın tərəqqi və müasirləşmə yolunda sürətlə
irəliləyərək, beynəlxalq səviyyədə örnək göstərilən uğurlara imza atacağına,
ölkələrimiz arasında olan yaxın münasibətlərin bütün sahələrdə güclənərək
inkişaf edəcəyinə ürəkdən inanıram. Türkiyə və Azərbaycan regionumuzun
yüksəlişində ortaq siyasət yürüdür. Şərqlə Qərb arasındakı qovuşma yolunda
üzərimizə götürdüyümüz ortaq öhdəliklərin yeni vəzifəniz dövründə aramızdakı
əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminəm. Bu fürsətdən istifadə edərək,
Zati-alinizə cansağlığı və xoşbəxtlik arzu edir, dost və qardaş Azərbaycan
xalqının yüksəliş və əmin-amanlığı üçün ən səmimi arzularımı bildirirəm. Əhməd
Necdət Sezər Türkiyə Respublikasının Prezidenti
AzərTac
[16.10.2003]
Etibar Məmmədov seçkilərin nəticələrini
tanımadqıları barədə bəyanat yayıb
Milli İstiqlal partiyası bu gün bəyanat yayaraq 15
oktyabr prezident seçkilərinin nəticələrini tanımadıqlarını bildiriblər.
Bəyanatda seçkilərin qeyri-demokratik, polis və mülki geyimli naməlum şəxslərin
basqısı altında, zorakılıq və kobudluq şəraitində keçdiyini qeyd edilir.
Müəlliflər seçki prosesinin bütün mərhələlərində demokratik və bərəbər rəqabət
prinsiplərinin ən kobud şəkildə pozulduğunu bildirirlər. Sənəddə İlham Əliyevin
baş nazir olduğu halda prezidentliyə namizəd kimi seçkilərə qatılması və Mərkəzi
Seçki Komissiyasının (MSK) bu faktla bağlı Konstitusiya Məhkəməsinə (KM)
müraciət etməməsini ən kobud qanun pozuntusu sırasında göstərir. Daha sonra
sənəddə səsvermə prsoesinin gedişində baş verən pozuntular - bülletenlərin
topa-topa seçki qutularına salınması, müxalifətdən olan müşahidəçilərə və
komissiya üzvlərinə təzyiqlər və onların seçki məntəqələrindən zorakılıq yolu
ilə uzaqlaşdırılması, icra strukturlarının seçki prosesinə müdaxilə etməsi və s.
sadalanır. Bütün deyilənləri əsas götürən müəlliflər bir daha seçkilərin azad,
ədalətli və demokratik olmadığını vurğulayırlar. Xalq Cəbhəsi (islahatçılar)
partiyası da bu gün bəyanat yayaraq seçkilərin nəticələrini tanımadıqlarını
bildiriblər Turan
[16.10.2003]
Azadlıq Meydanından polisin ciddi cəhdi ilə
çıxarılan müxalifət nümayəndələri Sahil bağı ilə Türkiyə səfirliyinin arasında
mitinqinə davam etdirmək istəyir.
Amma burdan da polis və xüsusi təyinatlılar tərəfindən təzyiqə məıruz qalanlar
qrup halında Nizami küçəsinə (Tarqovi) girdilər. Buradan Fəvvarələr Meydanına
keçən müxalıfətçilər İlham Əliyevin posterlərini dağıdır. Onlar bildoardları
sındırırlar. Polisdən qaçan bir qrup aksiya iştirakçısı metroya doluşaraq aradan
çıxmaq istəyir. Bölgəyə polis və ordu birləşmələrin göndərilir. Polis ətraf
yerlərlə əlaqəni kəsib. Yol hərəkəti nizamlanmağa çalışılır
Xəbər.net
[16.10.2003]
İSA QEMBER QALİB GELDİ!
Nüfuzlu CNN telekanalı da başqanın böyük üstünlükle
prezident seçildiyini elan etdi
Dünen minlerle insan “Bizim Azerbaycan” Blokunun lideri, Müsavat
Partiyasının başqanı İsa Qemberin Azerbaycanın prezidenti seçilmesini qeyd etmek
üçün Müsavat Partiyasının qarşısına toplaşmışdı. Total seçki saxtakarlığı xalqın
qezebine sebeb olsa da, vetendaşlarımızın qelebe ezmini qıra bilmemişdi.
Azerbaycanın yeni prezidenti İsa Qember saat 20.25 radelerinde Müsavat
Partiyasının qerargahına daxil olarken minlerle insan onu coşqu ile qarşıladı.
“İ-sa bey, İ-sa bey” şüarları “Azerbaycan” prospektini başına götürdü.
Qelebe mitinqinde ilk sözü Müsavat başqanının müavini, “Yeni Müsavat” qezetinin
baş redaktoru Rauf Arifoğlu söyledi: “Saxtakarlıq edenler indi bilmirler ki, ne
etsinler. Bütün menteqelerde düşünürler ki, güc vasitesile istedikleri reqemi
yaza bilecekler. Amma bu da mümkün deyil. Biz bu gece burdayıq, Azerbaycanın
keşiyindeyik! Onun yeni cümhurbaşqanının keşiyindeyik! Azerbaycanın geleceyinin
keşiyindeyik! Eşq olsun size, eşq olsun Azerbaycana, eşq olsun Azerbaycanın yeni
prezidenti İsa Qembere!”
Qeyd edek ki, eraziye gelen polisler derhal Müsavat Partiyasının qerargahı
istiqametinde gelen küçelerde kordonlar qurmağa başladılar. Bununla bele insan
axını davam edirdi. Sonra Demkonqresin Türkiye temsilçisi Xanım Xelilova çıxış
etdi. AXCP sedri Mirmahmud Mirelioğlu Müsavat Partiyasının qerargahına daxil
oldu. Qelebe izdihamı AXCP sedrini “Elçibey, Elçibey” şüarları ile salamladı.
Daxil olan protokollara göre İsa Qemberin qelebe çaldığını söyleyen İbrahim bey
reqemleri vaxtaşırı izdihamın nezerine çatdıracağını bildirdi: “Kelbecer
dairesinde 3 saylı menteqede İsa Qember 152, İlham Eliyev 118 ses, hemin
dairenin 4 saylı menteqesinde İsa Qember 131, İ.Eliyev 124 ses...”
Xalq şairi
Ramiz Rövşen ve professor Kamil Veli Nerimanoğlu çıxış etdikden sonra Ümid
Partiyasının sedri, millet vekili İqbal Ağazade insan seline qatıldı. O, “İsa
bey, İsa bey” sedaları altında, özü de bu şüarı seslendire-seslendire qerargaha
daxil oldu. Daha sonra meydana AXP sedri Penah Hüseynov daxil oldu. İbrahim
İbrahimli daxil olan protokolların neticelerini elan etdi: “Kelbecerden 1 saylı
menteqede 251 ses İsa Qember, 119 ses ise İlham Eliyev alıb. Tovuzun Qovlar
kendindeki 28-ci menqteqeden daxil olan protokola göre, 280 ses İsa Qembere, 120
ses İlham Eliyeve verilib. Qovların 19-cu menteqesinde 254 nefer İsa Qembere,
166 nefer başqalarına ses verib.” Hüquq müdafieçisi Novella Ceferoğlu bildirdi
ki, bütün menteqelerde total saxtakarlıq gedib: “Men hüquq müdafieçisi kimi
hesabat verirem. Bu gün men hamıdan xahiş edirem konstitusiya hüququnuzu müdafie
edin. Bu gün milyona qeder insanın ses vermek imkanı olmayıb, onlar mehkemelerin
qarşısında mübarize aparıblar.” Xalq artisti Flora Kerimova çıxışında bildirdi
ki, milleti bura gelmeye qoymurlar: “Polisler orada siper çekibler. Bu gün olum,
ya ölümdür. Qeyretinizi çağırıram. Hamımız belli saatı gözleyirik. Belli saatda
başqan size müraciet edecek. Biz bu saat vetenimizi, özümüzü müdafie edirik.” Bu
anda polisler meydana toplaşan insanların üzerine hücum çekdiler. Deyenekli ve
debilqeli, zirehli geyimli polisler insanları döymeye, qerargaha doğru
sıxışdırmağa başladılar. Bununla bele müsavatçılar meydanı boşaltmadılar.
Hücumun neticesiz olduğunu gören polis geri çekildi. Sonra mitinq davam etdi.
Ümid Partiyasının sedri, millet vekili İqbal Ağazade xalqı bu yoldan heç ne
döndere bilmeyeceyini söyledi: “Bu yolları çox kesmek istediler, kesilmedi bu
yol. Bu yol on ildir Azerbaycanın müqeddes amalına doğru gelir. Bu yolu kimse
kese bilmez. Her hansı PKK-çı, terrorçu, mafiya bu yolu kese bilmez.”
İ.İbrahimli Müsavat başqanının çox böyük üstünlükle qalib geldiyi menteqelerin
bir neçesini sadaladıqdan sonra “İsa bey” hayqırtıları ucaldı. İbrahim bey
“hazırda Azerbaycan Respublikasının prezidenti İsa Qember öz otağında metbuat
konfransı keçirerek qelebemizi dünyaya elan edir” deyende bu hayqırtılar daha
gur seslendi. Polis rehberliyi ireli gelib mitinq iştirakçılarından dağılmağı
teleb etse de kimse dağılışmaq qerarını eşitmek bele istemirdi. İsaxan Aşurovun
onlarla söhbeti zamanı polis rehberliyinden birinin güle-güle “sabaha mitinq
teyin edibsiniz de, gedin sabah gelin” demesi de sert qarşılandı. İnsanlar halal
sesleri elan olunmayınca meydandan dağılmayacaqlarını bildirdiler. “Sahil” metro
stansiyasının qapadıldığından xeber tutduq. Öyrendik ki, döyülenler arasında
İlham İsmayıl, Şemistan Elizamanlı da var. Onlar Müsavat önünen gelmek isteyende
qoçu destelerinin qezebine tuş gelib.
“Can Azerbaycan” musiqi sedaları altında reqs edenler arasında tek ayaq üstünde
oynayan Qarabağ qazilerini görende milletimizin nece böyük qüdrete malik
olduğunu görürdük. Şemistan beyin “Esger marşı”nın, az sonra “Çırpınırdı Qara
deniz” mahnısının sedaları yayıldı. 23.57-de İ.İbrahimli SNN-in melumatını
yaydı. Nüfuzlu telekanal İ.Qemberin Azerbaycan prezidenti seçildiyini elan edib.
Bu xeber meydanı lerze getirdi. İnsanların fereh hissi aşıb-daşır. Hamı qelebe
müjdesine oynayır. Amerikadakı Azerbaycan diasporasının, Almaniyadakı Azerbaycan
diasporasının İsa beyi tebrik etdiyi barede İbrahim beyin melumatı bu izdihamı
daha da coşdurdu. Saat 00.04-de İ.İbrahimli çox böyük şövqle qarşılanan bir
melumatı verdi. ADP hemsedri Resul Quliyevin Müsavat başqanına ünvanlı “eziz ve
hörmetli cümhurbaşqanım” sözleri ile başlayan tebrik teleqramında Resul bey
Azerbaycan xalqına gözaydınlığı verirdi. İsa beyi prezident seçen xalqa
teşekkürünü bildiren başqan müavini Arif Hacılı çıxışında Azerbaycanın bütün
bölgelerinde İsa beyin qelebesi münasibetile bayram tedbirlerinin keçirildiyini
dedi: “Sabah bütün Azerbaycan Azadlıq meydanı olacaq” deyende “İsa bey”
hayqırtıları ile meydanı lerzeye getiren alqışlar qopdu. Bu arada işıqları
söndürdüler. İ.İbrahimli heç kesi narahat olmamağa çağırdı ve bildirdi ki,
hakimiyyet onları provakasiyaya çekmek isteyir. Bundan sonra meydan ehli
Müsavatın himnini oxumağa başladı.
Saat 00.15. AZERBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İSA QEMBER “İsa bey”
hayqırtılı insanların qarşısında çıxış etdi. Bu qelebenin milyonlarla insanın
ses hesabına mümkün olduğunu deyen İsa bey “eşq olsun xalqımıza” dedi. İsa
Qember bildirdi ki, bu aksiya seçkinin real neticelerinin açıqlanması ve
milletin bayram etmesi üçündür: “Biz dinc nümayiş keçiririk. Bu, seçkinin heqiqi
neticelerini bilmek uğrunda bir addımdır. Hakimiyyet uduzluğunu derk edir ve ona
göre de camaatın bura toplaşmasını, heqiqeti eşitmek istemesinin qarşısını
almaq, öz yalan neticelerini elan etmek isteyir. Buna göre de sizin bu
fedakrlığınız çox qiymetlidir. Ancaq eyni zamanda heç bir başqa addımdan söhbet
gede bilmez. Bizim meramlarımız, xalqın sesinin, heqiqetin gerçekleşmesi,
hakimiyyetin saxtakarlığının qarşısının alınmasıdır. Buna dinc addımlarımızla,
dinc nümayişlerimizle nail olacağıq, heqiqet, demokratiya, xalqın sesleri
uğrunda mübarizemiz davam edecek. Sabahkı addımlarımız barede size melumat
verilecek. Ancaq bir daha tekrar edirem ki, bütün bu addımlar dinc nümayişler,
dinc mitinqlerden ibaret olacaq. Sabaha mitinqimiz planlaşdırılır. Bu barede
elave melumat verilecek. İndi ise sizden xahişim odur ki, hamı sakitliyi
qorusun, heç bir elave herekete yol verilmesin.” İsa bey hakimiyyet
nümayendelerine, polislere müraciet etdi: “Yene de hakimiyyet polisden xalqla
özü arasında qalxan kimi istifade edir. Buna heç bir ehtiyac yoxdur. Bizim heç
bir başqa niyyetimiz yoxdur. Biz özümüze arxayınıq, bilirik ki, xalq bize ses
verib ve xalqın verdiyi bu ses gerçekleşmelidir. Xalqın iradesi gerçekleşmelidir
ve biz buna dinc mübarizemizle nail olacağıq. Ona göre de xahiş edirem ki,
polisin hansısa üzvleri texribata el atarlarsa, diqqetli olun, heç bir
qarşıdurmaya ehtiyac yoxdur. Biz neticeler geldikce size melumat vereceyik ve
sonrakı addımlarımız baresinde de melumatlar verilecek.” İsa Qember çıxışını
bele yekunlaşdırdı: “Emin olun ki, bu mübarize xalqın qelebesi - bizim
qelebemizle başa çatacaq. Xalq eger meni prezident seçibse, men de prezidentem,
başqa cür ola bilmez! Mübarizemiz davam edir, qelebe xalqındır. Eşq olsun
sizlere!” (Qeyd edek ki, İsa bey çıxış ederken Piter Ayker de onu dinleyirdi.)
00.36. Polis reisi Nazim Nağıyev meydana müraciet ederek “qanuni” tedbirler
görüleceyini beyanlayır. 00.47. Melumat gelir ki, AMİP-in sıravi üzvleri de
Müsavat qerargabı önüne gelir.
00.53. ATET-in nümayendeleri polisle camaat arasında dayanıb ve onları
qarşıdurmadan çekinmeye çağırır. 00.55. Minlerle polis bir göz qırpımında
insanların üstüne cumdu. Ele bil ki, qefil tufan qopdu. Mülki geyimli qoçu
destelerine bir para vehşileşmiş polis de qoşulmuşdu. Onlar adamları vehşicesine
döyür, bayraqları alıb cırır, maşınları, qerargahın şüşelerini sındırırdılar.
İbrahim İbrahimli, Flora xanım haray salıb polisleri qan tökmemeye, qardaş
qırğınından çekinmeye çağırsa da, xeyri olmadı. Xeyli insanı sürüyerek namelum
istiqamete apardılar. Bu setirleri yazarken saat 01.30-dur. Döyüş sengiyib...
Mübariz CEFERLİ, Elşad PAŞASOY Son anda: Zorakılıq aktı zamanı bir neferin helak
olduğu barede melumat aldıq. Şexsiyyetini deqiqleşdirmeye çalışırıq. ATET-in
müşahideçiler missiyasının rehberi Piter Ayker de polis terefinden döyülenler
arasındadır. Bundan başqa, “Milli Yol” qezetinin redaktoru Mehemmed Ersoy, hemin
qezetin emekdaşı Novruz Qeriboğlu ağır veziyyetde Musa Nağıyev adına Tecili
Yardım Xestexanasına aparılıb. Yeni Msavat
[16.10.2003]
İlham Əliyev seçicilərin 82 faizdən çox səsini
toplayıb
Mərkəzi Seçki Komissiyası 15 oktyabr prezident
seçkilərinin ilkin nəticələrini elan edib.
Dünən saat 00.50-də ilkin nəticələri elan edən MSK prezidentliyə namizəd, baş
nazir İlham Əliyevin böyük səs çoxluğu ilə rəqiblərindən öndə getdiyini
bəyanlayıb. MSK-nın “Seçkilər” İnformasiya Mərkəzinin məlumatına görə, İlham
Əliyev seçicilərin 82,76 faiz səsini toplayaraq rəqiblərini üstələyib. Seçkidə
ikinci nəticəni isə Müsavat başqanı İsa Qəmbər göstərib. Belə ki, o, seçkilərin
9,28 faiz səsini toplamağa müvəffəq olub. Digər namizədlər Lalə Şövkət Hacıyeva
2,73, Qüdrət Həsənquliyev 1,16, Etibar Məmmədov 2,8, Sabir Rüstəmxanlı isə 0,98,
Ədalət Partiyasının sədri İlyas İsmayılov 1,1, Hafiz Hacıyev 0,26, faiz səs
toplayıb. Olaylar
[16.10.2003]
Prezident seçkiləri azad, ədalətli, demokratik və şəffaf keçib
Bunu Yeni Azərbaycan Partiyasının icraçı katibi
respublika prezidentliyinə namizəd İlham Əliyevin vəkili Əli Əhmədov oktyabrın
15-də partiyanın qərargahında keçirdiyi mətbuat konfransında bildirmişdir.
O demişdir ki, YAP-ın 18 mindən çox nümayəndəsi 124 dairə və 5 mindən
yuxarı məntəqədə müşahidəçi kimi iştirak etmiş və onların verdikləri operativ
məlumatlarda seçkilərin yüksək fəallıq şəraitində keçdiyi bildirilir.
Seçicilərin 71 faizdən çoxunun bu seçki prosesində iştirak etməsinin seçkilərin
demokratik, şəffaf və ədalətli keçirilməsi üçün yaradılmış şərait və Prezident
Heydər Əliyevin siyasi xəttinin davam etdirilməsi ilə bağlı olduğunu diqqətə
çatdıran Əli Əhmədov vurğulamışdır ki, seçki kampaniyası dövründə prezidentliyə
namizəd İlham Əliyevin keçirdiyi görüşlərə 600 min, onun vəkillərinin iştirak
etdiyi tədbirlərə isə 3,2 milyondan çox seçici qatılmışdır. İcraçı katib seçki
zamanı müxalifət qüvvələri tərəfindən törədilən bəzi qanun pozuntularına da
toxunaraq bildirmişdir ki, daxil olan məlumatlara görə, AXCP, Müsavat, AMİP və
ADP-dən seçki komissiyalarında təmsil olunan müşahidəçilər prezident
seçkilərində onların namizədlərinin məğlub olacağını əvvəlcədən hiss edərək,
vəziyyəti öz xeyirlərinə dəyişmək üçün müxtəlif xarakterli qanunazidd
hərəkətlərə yol vermişlər. Müxalifət partiyalarının nümayəndələri Seçki
Məcəlləsinin tələblərini pozaraq, seçki məntəqələrinə gələn seçicilər arasında
təşviqat aparmış və seçicilərə müəyyən vasitələrlə təzyiq göstərməyə
çalışmışlar. Bəzi məntəqələrdə müxalifəti təmsil edən müşahidəçilərin süni
qarşıdurma yaratmaq cəhdləri qeydə alınmışdır. Seçkilərdə məğlubiyyətini aydın
görən müxalifət partiyalarının funksionerləri seçkilərin nəticələrini zorla
dəyişdirməyə, qarşıdurma yaratmağa ünvanlanmış çağırışlar etməklə, özlərinin
demokratik davranış normaları ilə bir araya sığmayan fəaliyyətə üstünlük
verdiklərini bir daha sübuta yetirmişlər. Ə.Əhmədov xatırlatmışdır ki, Seçki
Məcəlləsinin tələblərinə görə, seçkilərə 24 saat qalmış təşviqat
dayandırılmalıdır. Lakin Seçki Məcəlləsinin tələblərini pozmağa adət etmiş
Müsavat Partiyasının prezidentliyə namizədi İsa Qəmbər öz ənənəsinə sadiq
qalaraq, oktyabrın 14-də İranın “Səhər-2” dövlət televiziyasının proqramına
saatyarımlıq təşviqat xarakterli müsahibə vermişdir. Seçkilərə bir gün qalmış,
Seçki Məcəlləsi ilə təşviqatın qadağan olunduğu bir vaxtda, Azərbaycanın müəyyən
hissəsində izlənilməsi mümkün olan “Səhər-2” telekanalının prezidentliyə namizəd
İsa Qəmbərin təbliğatını aparması seçki kampaniyasının gedişinə müdaxilə olmaqla
bərabər, Azərbaycanın mətbuatında İsa Qəmbərin İranın xüsusi dairələri ilə yaxın
münasibətdə olması barədə mütəmadi yayılan məlumatların təsdiqinə xidmət edən
fakt kimi dəyərləndirilə bilər. İranın dövlət televiziyasında bu cür verilişin
efirə getməsi bizim partiyanın çoxminli üzvünü təəssüfləndirir. İçracı katib
seçki prosesində müxalifətdən olan nümayəndələr, onların vəkilləri və partiya
üzvləri tərəfindən qanun pozuntuları barədə əldə olunan məlumatlardan bir
qismini də açıqlamış, Müsavat Partiyasının başqanı İsa Qəmbərin təsisçisi olduğu
“Yeni Müsavat” qəzetində oktyabrın 14-də və 15-də onu təbliğ edən materiallar
dərc olunduğunu söyləmişdir. Ə.Əhmədov demişdir ki, azad, demokratik və şəffaf
şəraitdə keçirilən prezident seçkilərinin nəticələrini şübhə altına almağa
çalışan və qarşıdurma yaratmağa cəhd edən müxalifətin qanunazidd hərəkətlərinin
qarşısı qətiyyətlə alınacaqdır. Sonra yerli və xarici jurnalistlərin suallarına
cavab verilmişdir. AzərTac
[16.10.2003]
Seçkilər xarici müşahidəçilərin gözü ilə
Azərbaycandakı prezident seçkiləri çoxsaylı xarici müşahidəçilər tərəfindən
izlənilir.
Onların seçki prosesi ilə bağlı fikirləri
demək olar ki, eynidir. Xarici müşahidəçilər seçkilərin demokratik şəraitdə
keçirildiyini bildiriblər. ABŞ-ın respublikamızdakı səfiri Reno Harnişin
sözlərinə görə, respublikamızın bütün bölgələrində seçkinin gedişini ABŞ
səfirliyinin könüllü müşahidəçiləri izləyir və onlardan qanun pozuntusu ilə
bağlı heç bir məlumat almayıb. Seçki prosesində təşkilati problemlərin olduğunu
deyən AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andreas Qrossun sözlərinə görə, öz
ölkəsində siyasətlə məşğul olanda onların seçkilərə bu qədər diqqət göstərdiyini
görməyib: “İnsanlar ümid bəsləyirlər. Onlar seçkiyə gəlməkdən və səs verməkdən
xoşlanırlar. Buradakı insanlar daha çox hörmətə layiqdirlər”. ATƏT-in rumıniyalı
müşahidəçisi Loridze Skalidçen gün ərzində 35 məntəqədə olub. O, Azərbaycandakı
seçkilərin demokratik şəkildə keçirildiyinə əmin olduğunu bildirib. Müşahidəçi
məntəqələrdə bir sıra nizamsızlıqlarla üzləşdiyini deyib. Bu nizamsızlaqların
böyük qismi isə seçicilərin öz adlarını siyahılarda tapmaması ilə əlaqəlidir.
Rusiyalı müşahidəçi Vladimir Boqdanov Azərbaycandakı prezident seçkilərini MDB
üçün nümunəvi hesab edib: “Mənim seçkilərdən çox xoşum gəldi. Seçkilər çox sakit
keçib. Bu gün çoxlu polislər olsa da, onlarda silah yox idi. Seçicilərin
aktivliyi göstərdi ki, əhali sabitlik istəyir. Bu baxımdan, Azərbaycan MDB
ölkələri üçün nümunə ola bilər. Azərbaycandakı seçkilər Rusiyadakından da
demokratik və sakit keçib”. Bolqarıstanlı müşahidəçi Aleksandr Petrovun
qənaətincə isə, MSK seçkilərə hazırlıq mərhələsini uğurla aparıb və bu, özünü
seçkilərin gedişində də göstərib. Onun sözlərinə görə, seçkilər sakit keçib:
“Xarici müşahidəçilərin çoxluğu işin xeyrinədir. Seçkilər o vaxt demokratik olur
ki, insanlar məntəqələrə gedir və nə istədiklərini bilirlər”. O, seçkilər zamanı
yaranmış problemlərin məntəqələr bağlı olandan sonra üzə çıxacağını da istisna
etməyib və MSK-nın Mərkəzi Aparatının və İnformasiya Mərkəzinin fəaliyyətini
yüksək qiymətləndirib. Olaylar
daha çox oxuyun []
[] []
[] []
[] []
[] |
|
|
|
|
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652;
|
|