|
|
 |
SEÇİN Kİ,
SEÇİLƏSİNİZ! |
 |
15 oktyabr 2003-cü il Azərbaycan Respublikasının Prezidenti seçkiləridir. |
|
|
daha çox oxuyun [] []
[] []
[] [] []
[] [] |
[01.11.2003] Eks
namizədlər borclarını qaytarmırlar?
MSK Azərbaycanda prezident seçkilərinin
keçirilməsinə ayrılmış 22 mlrd manatdan 2 mlrd manata yaxın vəsaitə qənaət
etmişdir.
Əgər seçkilərdə 5%-dən az səs toplamış prezidentliyə namizədlər
onlara seçkiqabağı kampaniya üçün ayrılmış büdcə vəsatini qaytarmaqdan imtina
etsələr, qanunvericiliyə uyğun olaraq onlar barəsində tədbirlər görüləcək. Bu
barədə jurnalistlərə Mərkəzi seçki komissiyasının sədri Məzahir Pənahov bəyan
etmişdir. Qeyd edək ki, prezident seçkilərinin nəticələri ilə bağlı Konstitusiya
məhkəməsinin qərarından sonra prezidentliyə sabiq namizədlər arasında ixtilaf
yaranmışdır. İş burasındadır ki, MSK-nın qəbul etdiyi qərara əsasən, seçicilərin
5%-dən azının səsini toplamış hər bir namizəd onlar üçün dövlət büdcəsindən
seçkiqabağı kampaniya aparmaq üçün ayrılmış 60 mln manatı qaytarmalıdır. 5%-i
aşmayan bəzi prezidentliyə sabiq namizədlər təsdiq edirlər ki, MSK-nın bu qərarı
qanunsuzdur. Onların arasında Vətəndaş həmrəyliyi partiyasının lideri Sabir
Rüstəmxanlı, "Ədalət" partiyasının sədri İlyas İsmayılov , Lalə Şövkət Hacıyeva
vardır. M.Pənahov isə hesab edir ki, bu məsələdə heç bir problem yoxdur və sabiq
namizədlər yaxın vaxtlarda borcları qaytaracaqlar. O, demişdir:"Düşünmürəm ki,
prezidentliyə namizədlərimiz elə səviyyədə deyillər ki, onlar barəsində həbs
qətimkan tədbiri seçilməsinə imkan versinlər. Hesab edirəm ki, bu məsələ özünün
müsbət həllini tapacaq". M.Pənahov həm də məlumat vermişdir ki, MSK Azərbaycanda
prezident seçkilərinin keçirilməsinə ayrılmış 22 mlrd manatdan 2 mlrd manata
yaxın vəsaitə qənaət etmişdir. O, sözünə əlavə etmişdir ki, bu vəsait dövlət
büdcəsində qalacaq. Trend
[01.11.2003] İlham
Əliyev ilk fərmanını imzaladı
Dünən Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti kimi son fərmanını
verib. Fərmana əsasən İlham Heydər oğlu Əliyev Azərbaycanın prezidenti seçilməsi
ilə əlaqədar baş nazir vəzifəsindən azad edilib. Dünən yeni prezident İlham
Əliyev ilk fərmanı imzalayıb. Sənədə əsasən yeni tərkib formalaşdırılanadək
Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi Kabinetin əvvəlki
tərkibinə həvalə olunub. 525-ci qəzet
[01.11.2003] Prezident
İlham Əliyevinandiçmə mərasimi keçirildi
İLHAM ƏLİYEV: "BİZ HAMIMIZ BİRLƏŞƏRƏK
AZƏRBAYCANIZƏNGİN DÖVLƏTƏ ÇEVİRƏCƏYİK"
Dünən Respublika sarayında Azərbaycanın yeni seçilmiş prezidenti İlham Əliyevin
andiçmə mərasimi keçirilib. Mərasimdə 200 nəfərdən çox xarici qonaq, o cümlədən
Gürcüstan prezidenti Eduard Şevardnadze, Rusiya Federasiyası Şurasının sədri
Sergey Mironov, Türkiyə baş nazirinin müavini Əbdül Nəsir Şənər, İranın
vitse-prezidenti Seyid Məhəmmədəli Əbtəhi və Ukrayna hökumətinin başçısı Viktor
Yakuboviç iştirak ediblər. Mərasimdə ilk çıxış edən Mərkəzi Seçki Komissiyasının
(MSK) sədri Məzahir Pənahov oktyabrın 15-də Azərbaycanda azad və ədalətli
seçkilərin keçirildiyini deyib. M.Pənahov builki seçkiləri digərlərindən
fərqləndirən mühüm cəhətlərdən birinin də ölkə vətəndaşlarının seçkilərdə
göstərdikləri fəallıq olduğunu söyləyib: "Öz seçici hüququnu həyata keçirmək
üçün seçicilərin 71,23 faizi məntəqələrə gələrək səsvermədə iştirak ediblər.
Onların böyük əksəriyyəti vətənin tərəqqisi, xalqın xoşbəxt gələcəyi naminə
İlham Əliyevə səs veriblər".
M.Pənahov İlham Əliyevin 76,84 faiz səs toplayaraq
növbəti beş il müddətinə Azərbaycanın prezidenti seçildiyini bəyan edib. Sonra
söz Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevə verilib. Konstitusiya
Məhkəməsinin 28 oktyabr 2003-cü il tarixli qərarı ilə prezident seçkilərinə dair
MSK-nın nəticələrinin təsdiq olunduğunu və İlham Əliyevin Azərbaycan
Respublikasının prezidenti elan olunduğunu xatırladan F.Abdullayev İlham Əliyevi
and içməyə dəvət edib: "Azərbaycan Respublikasının prezidenti seçilmiş cənab
İlham Əliyevi Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq Konstitusiya
Məhkəməsi hakimlərinin iştirakı ilə and içməyə dəvət edirəm"."Azərbaycan
Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan
Respublikasının Konstitusiyasına əməl edəcəyimə, dövlətin müstəqilliyini və
ərazi bütövlüyünü qoruyacağıma, xalqa ləyaqətlə xidmət edəcəyimə and içirəm.
Əlimi Qurani-Şərifə basaraq and içirəm, Azərbaycan xalqının əsrlər boyu
yaratdığı milli-mənəvi dəyərlərə və ənənələrə sadiq qalacaq, onları daim uca
tutacağam" - deyə and içən İlham Əliyev prezident seçilməsində ona etimad
göstərdiyinə görə Azərbaycan xalqına təşəkkürünü bildirib.Daha sonra İlham
Əliyev mərasim iştirakçıları qarşısında nitq söyləyib.
O, xalqın göstərdiyi
etimadı doğruldacağını və prezident vəzifəsinin öhdəsindən layiqincə gələcəyini
bəyan edib. Prezident oktyabrın 15-də Azərbaycan xalqının seçki məntəqələrinə
gələrək Heydər Əliyev siyasətinə səs verdiyini və Azərbaycanda bu siyasətə
alternativ olmadığını bildirib. Heydər Əliyev siyasətinin Azərbaycana böyük
uğurlar gətirdiyini deyən dövlət başçısı bu siyasətin nəticəsi olaraq ölkənin
bütün sahələrinin inkişaf etdiyini qeyd edib. İlham Əliyev Heydər Əliyevin
siyasəti nəticəsində Azərbaycanın beynəlxalq aləmdə layiqli yer tutduğunu,
xarici dövlətlərin Azərbaycanla hesablaşdığını deyib: "Bunun nəticəsi olaraq
regionda həyata keçirilən bütün beynəlxalq, iri miqyaslı layihələr Azərbaycanın
iştirakı ilə və onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir".
Avropa Şurasının məhz Azərbaycanın təkidilə Ermənistanı işğalçı dövlət kimi
tanıdığını bildirən İlham Əliyev bu kimi proseslərin davam edəcəyini və
Azərbaycanın beynəlxalq aləmdə daha da möhkəm mövqeyə sahib olacağını deyib.
Prezident Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinin uğurla inkişaf etməkdə
olduğunu, bununla yanaşı regional əməkdaşlığın da inkişaf etdiyini söyləyib:
"Mənim andiçmə mərasimimə bir çox dövlət rəhbərlərinin gəlməsi dediklərimi sübut
edir". İlham Əliyev mərasimdə iştirak etdiklərinə görə, Gürcüstan prezidenti
Eduard Şevardnadzeyə, Rusiya Federasiyası Şurasının sədri Sergey Mironova,
Türkiyə baş nazirinin müavini Əbdül Nəsir Şənərə, İranın vitse-prezidenti Seyid
Məhəmmədəli Əbtəhiyə və Ukrayna hökumətinin başçısı Viktor Yakuboviçə
təşəkkürünü bildirib.Azərbaycanda aparılan iqtisadi islahatlardan söz açan
prezident deyib ki, məhz bu islahatların nəticəsi olaraq qısa müddət ərzində
ölkə iqtisadiyyatı inkişaf edib: "Son beş il müddətində iqtisadiyyatın ən mühüm
göstəricisi olan Ümumi Daxili Məhsul hər il 10 faiz artır, infilyasiyanın
səviyyəsi isə 2 faiz təşkil edir. Halbuki on il əvvəl ölkədə infilyasiyanın
səviyyəsi min altı yüz faiz idi".
Ölkədə özəl sektorun uğurla inkişaf etdiyini
qeyd edən İlham Əliyev Ümumi Daxili Məhsulun formalaşmasında özəl sektorun
payının 70 faiz olmasının sevindirici hal olduğunu deyib. Genişmiqyaslı
özəlləşdirmə proqramının həyata keçirilməsindən, torpaq islahatının
aparılmasından danışan prezident torpağın artıq kəndlinin özəl mülkiyyətinə
verildiyini deyərək bildirib ki, bunun nəticəsində kənd təsərrüfatı istehsalı
artıb: "Bütün bunlar onu göstərir ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyilə
aparılan islahatlar öz nəticələrini verməkdədir".Sonra İlham Əliyev ölkəyə
xarici sərmayələrin cəlb olunmasından söz açıb. Bu işin də yüksək səviyyədə
aparıldığını deyən dövlət başçısı bütün mənbələrdən Azərbaycana qoyulan
investisiyanın həcminin 15 milyard dollar məbləğində olduğunu bildirib. Xarici
investisiyanın əsasən sabitliyin mövcud olduğu ölkələrə qoyulduğunu qeyd edən
İlham Əliyev xarici investorlar üçün Azərbaycanın bu baxımdan məqbul ölkə
olduğunu vurğulayıb. İlham Əliyev ölkə iqtisadiyyatı təqaüdlərin 40 faiz
artırıldığını xatırladıb: "Bu bir daha onu göstərir ki, sosial məsələlər daim
diqqət mərkəzindədir və bu indidən sonra da belə olacaq. Biz hamımız birləşərək
Azərbaycanı zəngin, qüdrətli bir ölkəyə çevirəcəyik".Ölkədə ordu quruculuğundan
söz açan İlham Əliyev bu sahədə də mühüm işlər görüldüyünü və görüləcəyini
bildirib: "Bu məsələ daim mənim diqqətimdə olacaq. Əminəm ki, Azərbaycan ordusu
ən yüksək standartlara cavab verəcək və qarşısında duran bütün vəzifələri yerinə
yetirəcək".Sonra prezident Dağlıq Qarabağ problemindən danışıb. Uzun illərdir
ki, Azərbaycanın atəşkəs rejimində yaşadığını xatırladan İlham Əliyev təəssüflə
bildirib ki, bu məsələ ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun
fəaliyyəti hələlik heç bir nəticə vermir: "Amma biz hələ də ümid edirik ki,
həmsədrlər bu məsələ ilə daha məsuliyyətli məşğul olacaqlar və müsbət nəticələr
əldə edəcəklər". Prezident hesab edir ki, sözügedən problem bir neçə prinsip
əsasında, əsasən də beynəlxalq hüquq normaları əsasında həll oluna bilər:
"İstənilən halda Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, bir milyon
qaçqın öz doğma torpaqlarına qayıtmalıdır və ölkəmizin ərazi bütövlüyü bərpa
olunmalıdır".
İlham Əliyev Azərbaycanın öz torpaqlarının itirilməsilə heç bir
zaman barışmayacağını deyib: "Baxmayaraq ki, biz sülhün tərəfdarıyıq, hamı onu
da bilməlidir ki, səbrimiz də tükənməz deyil. Azərbaycan öz torpaqlarını nəyin
bahasına olursa-olsun azad edəcək".Sonra İlham Əliyev Azərbaycanın xoşbəxt
gələcəyinə inandığını, ölkənin inkişaf edəcəyinə əmin olduğunu bildirib: "Bütün
bunlara nail olmaq üçün çox işlər görülməlidir. Amma ən əsası bu işlərin həyata
keçirilməsi üçün Azərbaycanda Heydər Əliyev siyasəti davam etdirilməsidir. Mən
Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, daim Heydər
Əliyev siyasətini davam etdirəcəyəm".
525-ci qəzet
daha çox oxuyun []
[] []
[] []
[] []
[] |
|
|
|
|
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652;
|
|