|
1979-cu ildən 1982-ci ilədək Azərbaycan LKGİ Kəlbəcər rayon
komitəsində təşkilat şöbə müdiri və rayon komitəsinin II katibi
işləmiş və I katibi əvəz etmişdir.
1982-89-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində
balıqçılıq şöbəsinin ixtioloqu və şöbə müdiri əvəzi, şöbə müdiri,
Azərbaycan Dövlət Aqrar-Sənaye Komitəsində balıqçılıq idarəsinin
rəisi, 1989-90-cı illərdə Respublika Embrionköçürmə Mərkəzinin
direktoru, Respublika Süni Mayalanma Mərkəzinin direktoru
vəzifələrində, 1991-92-ci illərdə “Azərbalıq” İstehsalat
Kommersiya Assosiasiyasının sədr müavini və sədri vəzifələrində,
1992-93-cü illərdə “Azərbalıq” Dövlət Konserninin sədri
vəzifəsində çallışmışdır.
1993-cü ildə qiyamçı Surət Hüseynovun göstərişinə əsasən Cinayət
Məcəlləsinin 167-ci maddəsinin 1-ci və 2-ci hissələri ilə məhkum
olunmuş, 1996-cı ildə isə Cinayət Məcəlləsinin 220-ci maddəsi ilə
3 il müddətinə həbs edilmişdir.
1999-cu ildə həbsdən azad olunduqdan sonra Elçibəy Xalq
Hərəkatının yaradılmasının təşkilatçısı və Hərəkatın rəhbəri
olmuşdur.
2001-ci ildə Müasir Müsavat Partiyasının I (təsis) Qurultayında və
2003-cü ildə həmin partiyanin II Qurultayında partiyanın sədri
seçilmişdir.
2001-ci ilin noyabrında “Müasir Müsavat” qəzetini təsis etmiş,
hazırda həmin qəzetin təsisçisi və baş redaktorudur.
Ailəlidir, 3 uşağı var.
|