ANA SƏHİFƏ
 
GÜNDƏM
QANUNVERİCİLİK
NAMIZƏDLƏR
FORUM
SOSİOLOJİ SORĞU
SƏSVERMƏ
LAYİHƏ
XİDMƏTLƏR
SEÇİN Kİ, SEÇİLƏSİNİZ!
15 oktyabr 2003-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində ilk olaraq [19.07.2003] namizədliyi qeydə alınmış Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev.
Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da qədim Naxçıvan şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.1941-44-cü illərdə o, Naxçıvan Muxtar Respublikasında məs'ul vəzifələrdə çalışmışdır.1944-cü ildən Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlamış və 1967-69-cu illərdə həmin komitənin sədri olmuşdur. O, dövlət təhlükəsizliyi sistemində yüksək vəzifə tutmuş və general rütbəsini almış ilk azərbaycanlı olmuşdur.
Tərcümeyi-hal   namizədə seçici münasibəti
1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrınadək o, həmin vəzifəni tutmuşdur. Bu 14 il iqtisadiyyat, mədəniyyət və Azərbaycan xalqının milli özünüdərkinin inkişafına böyük təsir göstərmiş əvəzsiz illər olmuşdur. Bu dövrdə Heydər Əliyev siyasi xadim kimi geniş tanınmışdır.

1982-ci ilin dekabrında Heydər Əliyev keçmiş SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin olunmuş və 1987-ci ilin oktyabrınadək bu vəzifəni icra etmişdir. Eyni zamanda o, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, beləliklə , ölkənin rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev 20 il müddətində SSRİ Ali Sovetinin deputatı olmuş, 5 il isə Ali Sovetin sədr müavini vəzifəsini icra etmişdir.

Müəyyən siyasi qarşıdurmalar və fikir ayrılığı nəticəsində 1987-ci ildə Heydər Əliyev istefa verərək Siyasi Büronu və Nazirlər Sovetini tərk etmişdir.

1990-cı ildə sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı müdaxilədən sonra Heydər Əliyev törədilmiş vəhşilikləri pisləmiş və bu hadisədə günahı olan bütün şəxslərin cəzalandırılmasını tələb etmişdir.

1991-ci il iyulun 19-da H.Əliyev SSRİ Kommunist Partiyasını tərk etmişdir. O, bu qərarın əsas səbəbi kimi 1990-cı ilin yanvar ayında törədilmiş qanlı cinayətin günahkarlarının cəzasız qalmasını, hər iki tərəfə böyük ziyan vurmuş Ermənistan-Azərbaycan münaqişəsində Mərkəzin riyakar siyasətini və Azərbaycanda demokratik azadlıqların boğulmasını göstərmişdir.

1990-cı ildə Heydər Əliyev Azərbaycan Respublikasının deputatı seçilmiş, 1991-1993-cü illərdə Naxçıvan MR-in Ali Məclisinin sədri olmuş, eyni zamanda Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifəsini icra etmişdir.

1993-cü ilin iyun ayında respublika vətəndaş müharibəsi təhlükəsi qarşısında olarkən Azərbaycanda vəziyyəti qaydaya salmaq məqsədilə Heydər Əliyev rəsmi şəkildə Bakıya dəvət edilmişdir.

1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarına əsasən prezident səlahiyyətlərinin icrasına başlamışdır. Həmin dövrdə o, Azərbaycanın parçalanmasının və ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici addımlar atmış və qısa müddət ərzində cəmiyyətdə daxili sabitlik və milli həmrəyliyin yaradılmasına nail olmuşdur.

1993-cü il oktyabrın 3-də keçirilmiş seçkilərdə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə Heydər Əliyev növbəti müddət üçün respublika prezidenti seçilmişdir.

Heydər Əliyevin həyat yoldaşı - məşhur oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının üzvü, professor Zərifə Əziz qızı Əliyeva 1985-ci ildə vəfat etmişdir.

Heydər Əliyevin qızı, oğlu və altı nəvəsi vardır.
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info