|
1966-cı ildən 1970-ci ilədək Azərbaycan
Elmlər Akademiyasının fəlsəfə və Hüquq İnstitutunun kiçik və baş
elmi əməkdaşı işləyib, sonra 2 il respublika prokurorunun
köməkçisi olub. 1972-ci ildən 1978-ci ilədək Azərbaycan KP MK-nın
inzibati orqanlar şö'bəsinin tə'limatçısı olub. 1978-ci ildən
1985-ci ilədək respublika prokurorunun müavini, həmin vaxtdan
1990-cı ilin sentyabrına kimi Azərbaycan Respublikası prokuroru
olmuşdur. 1990-cı ilin sentyabrından 1992-ci ilin yanvarınadək
SSRİ prokurorluğunda şö'bə rəisi vəzifəsində çalışıb. 1992-1994-cü
illərdə Azərbaycan Respublikası ədliyyə naziri olub. Hüquq elmləri
doktoru, professordur. 1997-ci ildə rəhbərlik etdiyi Ədalət
Partiyası S.Cəlaloğlunun rəhbərlik etdiyi Azərbaycan Demokrat
Partiyası ilə birləşmiş, İ.İsmayılov həmin partiyanın sədri
seçilmişdir. "Xalqlar dostluğu" ordeni ilə təltif olunub.
Ailəlidir. İki övladı var. |