|
|
 |
SEÇİN Kİ,
SEÇİLƏSİNİZ! |
 |
|
|
 |
15 oktyabr 2003-cü ildə
keçiriləcək Azərbaycan Respublikasının Prezidenti
seçkilərində
namizədliyi
qeydə alınmış
[06.08.2003]
Musavat partiyasının başqanı İsa Qəmbər |
1957-ci ildə Bakıda akademik ailəsində anadan olub.
(atası
Yunis Heydər oğlu Qəmbərov keçmiş SSRİ-də tanınmış
kimyaçı-alim olub) 1964-74-cü illərdə 62 saylı Bakı şəhər orta
məktəbində təhsil alıb. |
|
|
1974-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU)
tarix fakültəsinə daxil olub, 1979-cu ildə oranı bitirib,
1979-82-ci illərdə Azərbaycan EA Naxçıvan Elm Mərkəzində,
1982-9O-cı illərdə Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi, elmi
işçi vəzifələrində çalışıb. Geniş ictimaiyyət tərəfindən 1985-ci
ilin yanvarından Zori Balayanın "Ocaq" kitabına yazdığı cavabla
bağlı tanınsa da, fəal siyasətə 1988-ci ildən qoşulub. Akademiyada
işləyərkən İran, Türkiyə və Yaxın Şərqdəki siyasi prosesləri geniş
mütailə və tədqiq edib, Qərb ölkələrinin siyasi həyatı ilə
maraqlanıb. "1978-79-cu illər İran inqilabı" mövzusunda
dissertasiya işi yazıb. AXC-nin yaradıcılarından biri, ilk İH-nin
üzvü, 199O-91-ci illərdə AXC təşkilat şöbəsinin müdiri, sonra sədr
müavini olub. 199O-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə
Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına
sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib.
Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr
ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın
Başqanı seçilib.
4 iyun hadisələrindən sonra Ali Sovetin sədri vəzifəsindən istefa verib.
Sonradan həbs edilib. İctimaiyyətin və dünya
demokratiyasının təzyiqi nəticəsində bir aydan sonra həbsdən
qurtulub. Hazırda Müsavat Partiyasının Başqanı, "Yeni Müsavat"
qəzetinin təsisçisidir.
Evlidir, 2 oğlu var. |
|
|
|
|
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652;
|
|