ANA SƏHİFƏ
 
GÜNDƏM
QANUNVERİCİLİK
NAMIZƏDLƏR
FORUM
SOSİOLOJİ SORĞU
SƏSVERMƏ
LAYİHƏ
XİDMƏTLƏR
SEÇİN Kİ, SEÇİLƏSİNİZ!
15 oktyabr 2003-cü ildə keçiriləcək Azərbaycan Respublikasının Prezidenti seçkilərində namizədliyi qeydə alınmış [14.08.2003]  Lalə-Şövkət Hacıyeva 

Hacıyeva Lalə-Şövkət 1951-ci ildə Bakı şəhərində anadan olub.

Azərbaycan Tibb İnstitutunu bitirib. Moskva Şəhər Elmi-Tədqiqat Tə'cili Yardım İnstitutunda şö'bə rəhbəri, Rusiya Federasiyasının Elmi-Tədqiqat Mərkəzinin səhiyyə idarəsinin rəhbəri, RSFSR Ali Soveti səhiyyə qanunvericiliyi üzrə ekspert qrupunun rəhbəridir.
Tərcümeyi-hal   namizədə seçici münasibəti
 Beynəlxalq Sosial Gigiyena Mütəxəssisləri və Səhiyyə Təşkilatları Assosiasiyasının vitse- prezidenti, Beynəlxalq Ekologiya Fondu Rəyasət Hey'ətinin üzvü, "Azərbaycan Respublikasında demokratik islahatlar və insan hüquqlarının müdafiəsi uğrunda" beynəlxalq, ictimai-siyasi hərəkatın sədri vəzifələrində işləmişdir.

Tibb elmləri doktoru, fəlsəfə və hüquq elmləri doktoru, professordur. Tibb elmi sahəsində 100-dən artıq elmi məqalənin müəllifidir. 1993-cü ilə qədər Moskva şəhərində yaşamışdır. Heydər Əliyev iqtidarı dövründə, 1993-cü ildə L.Ş.Hacıyeva dövlət katibi vəzifəsinə tə'yin edilmişdi. Dövlət strukturlarındakı korrupsiyaya qarşı e'tirazını açıq bildirənlərdən olmuşdur.

1994-cü ildə vəzifəsindən azad edilmiş və Azərbaycanın BMT-dəki nümayəndəsi tə'yin olunmasına baxmayaraq, bu vəzifənin icrasına başlamamışdır. Hazırda Azərbaycan Liberal Partiyasının sədridir. Ailəlidir. Bir övladı var.

"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652; admin@secki.info