Azərbaycan Respublikasının
Seçki Məcəlləsi
Azərbaycan Respublikasının dövlət hakimiyyətinin əsasını Azərbaycan xalqının iradəsi təşkil edir. Azərbaycan xalqının iradəsi ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə azad və mütəmadi keçirilən seçkilərdə, habelə ümumi, bərabər və birbaşa seçki hüququ əsasında gizli və şəxsi səsvermə yolu ilə keçirilən ümumxalq səsverməsində - referendumda öz təzahurunu tapır. Azərbaycan dövləti Azərbaycan Respublikası vətəndaşlarının iradəsinin azad ifadə edilməsinə seçki hüququnun prinsip və normalarının müdafiə edilməsi yolu ilə təminat verir. Bu Məcəllə Azərbaycan Respublikası parlamentinin - Milli Məclisin deputatlarının, Azərbaycan Respublikası Prezidentinin və bələdiyyə seçkilərinin, həmçinin ümumxalq səsverməsinin - referendumun təşkili və keçirilməsi qaydalarını müəyyən edir.
1-Cİ BÖLMƏ
ƏSAS ANLAYIŞLAR:
1-Cİ FƏSİL. Əsas anlayışlar və prinsiplər
2-Cİ FƏSİL. Seçki hüququnun təminatları. Məhdudiyyətlər
3-CÜ FƏSİL. Seçki və referendum orqanları
4-CÜ FƏSİL. Mərkəzi seçki komissiyası
5-Cİ FƏSİL. Seçki (referendum) dairələri və dairə seçki komissiyaları
6-Cİ FƏSİL Seçki (referendum) məntəqələri və məntəqə seçki komissiyaları
7-Cİ FƏSİL. Seçkilərin (referendumun) hazırlanması və keçirilməsi zamanı aşkarlıq
8-Cİ FƏSİL. Seçici (referendumda iştirak etmək hüququ olan vətəndaşların) siyahıları
9-CU FƏSİL. Siyasi partiyaların və siyasi partiyalar bloklarının seçkilərdə (referendumda) iştirakının əsasları
10-CU FƏSİL. Seçkilər zamanı namizədlərin irəli sürülməsi və qeydiyyatı
11-Cİ FƏSİL. Referendum üzrə təşviqat qruplarının yaradılması və qeydiyyatı
12-Cİ FƏSİL. Qeydə alınmış namizədlərin və referendum üzrə təşviqat qruplarının statusu
13-CÜ FƏSİL. Seçkiqabağı (referendumqabağı) təşviqat
14-CÜ FƏSİL. Seçkilərin (referendumun) maliyyələşdirilməsi
15-Cİ FƏSİL. Səsvermənin təşkili