|
|
 |
SEÇİN Kİ,
SEÇİLƏSİNİZ! |
 |
|
|
 |
15 oktyabr 2003-cü ildə
keçiriləcək Azərbaycan Respublikasının Prezidenti
seçkilərində
namizədliyi
qeydə alınmış
[15.08.2003]
VHP sədri, Millət vəkili Sabir RÜSTƏMXANLI |
Sabir XUDU oğlu RÜSTƏMXANLI
VHP sədri,
Millət vəkili, Milli Məclisdə Qarabağ Fraksiyasının sədri,
filologiya elmləri doktoru, şair, publisist... Rüstəmxanlı
Sabir Xudu oğlu - 1946-cı il may ayının 20-də Azərbaycanda,
Yardımlı ilçəsinin Hamarkənd köyündə doğuldu. |
|
|
Namizədlərdən biri deyir:
- Mən ancaq ağıllı və ziyalı seçiciləri mənə səs verməyə
çağırıram.
... və hamı məhz ona səs verir.
***
Deyilənə görə, Albert Qor özünə aldığı təzə itə “Vıborşik” adı
verib və yazıq heyvanı «səs ver!» komandası ilə lap təngə gətirib.
***
Dünyanın ən uzun lətifəsi – ABŞ prezidenti seçkiləridir.
***
Namizədlərdən biri seçicilərlə görüşdə deyir:
- Biz demokratlarıq və isətyirik ki, insanlar varlı yaşasınlar.
- Bəs kasıblar necə olsun?
- İndikilər acından öləndən sonra daha kasıb qalmayacaq.
***
Namizədlərdən biri prezident olmaqdan ötrü lap dəri-qabıqdan çıxır.
Ondan soruşurlar:
- Prezident olandan sonra nə etmək fikrindəsən?
- Bu o qədər də önəmli deyil, amma seçilməsəm nə edəcəyimi
düşünəndə az qalsın dəli oluram.
Namizədə sual:
- Siyasətçi kriminal strukturlardan gələn gəlirindən vergi
verməlidirmi?
- Əlbəttə ki, əgər onun vicdanı varsa.
***
Seçki məntəqəsində vətəndaş bülleteni götürüb oxumaq istəyir.
- Sən neynirsən? – deyə, nəzarətçi ondan soruşur.
- Kimə səs verdiyimi bilmək istəyirəm.
- Məyər sən bilmirsən ki, səs vermə gizli şəkildə keçirilir?
***
Seçkilərdə namizədlərdən biri 3 səs toplayır, Arvadı onun
yaxasından yapışıb:
- Yaman ilişdin! Boynuna al ki, məşuqən var.
***
İki seçici söhbət edirlər:
- Namizədlər haqqında nə fikirləşirsən?
- Nə? Allahın bizə rəhmi gəlib ki, onlardan yalnız birini
seçməliyik.
***
Prezident seçkilərində seçicilərdən soruşurlar:
- Siz kimə səs vermisiniz?
- Müxalifət nümayəndələrinə.
- Məyər siz demokratsız?
- Yox, mən MAZOXİSTƏM!
***
Jurnalistlər namizəddən soruşurlar:
- Nə məqsədlə namizədliyinizi irəli sürürsünüz?
- Siz bir fikir verin hakimiyyətdə nələr baş verir, korrupsiya baş
alıb gedir.
- Bunlara son qoymaq fikrindəsiniz?
- Yox canım, mən bu işdə iştirak etmək məqsədindəyəm
***
Pənah İlyas İsmayılova yaxınlaşıb deyir:
- İlyas, İlhamın reytinqi – 99,99 %-dir. Başımıza nə çarə qılaq?
- Biz, sadə əməkçilər partiyasıyıq, odur ki, ölkədə kim işləyirsə,
o da bizə səs verəcək.
***
Ağzında pendir, qara qarğa ağacda oturub. Yaxından keçən tülkü
ondan soruşur:
- İqtidara səs verəcəksən?
Qarğa susur..
Tülkü:
- De görək iqtidara səs verəcəksən?
Qarğa susur.
- Bir söz de, səs verəcəksən ya yox?
Qarğa:
- Hə-ə-ə!!!
Aydın məsələdir ki, pendir düşür ağzından və tülkü cəld onu
götürüb qaçır.
Dilxor olmuş qarğa özündən çıxmış halda deyir:
- Bu tülkü nə gic heyvandı, sanki mənim yox deməyimdən nə isə
dəyişəcəkdi.
***
Uşaq atasından
soruşur:
-Bu düzdür ki, bütün nağıllar «biri var idi biri
yox...» kəlməsiylə başlayır?
-Yox, oğlum. Əsl nağıl «Əgər siz mənə səs
verərsinizsə...» sözlərindən başlayır:) |
|
|
|
|
"SMILE" informasiya mərkəzi
əlaqə telefonları: 658-182; 652-652;
|
|